10 min nəfərlik cinayətkar imperiyanı idarə edən 11 nəfər edam olundu

10 min nəfərlik cinayətkar imperiyanı idarə edən 11 nəfər edam olunduÇində Myanmada mafiya tipli dələduzluq mərkəzlərini idarə edən və qaçmağa cəhd göstərən işçiləri öldürən məşhur Min ailəsinə məxsus cinayət qruplaşmasının 11 üzvü edam edilib. Bu barədə cümə axşamı Çin dövlət KİV-ləri məlumat yayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Min ailəsi Myanmanın şimalındakı "dörd ailə" kimi tanınan cinayət sindikatlarından biri olub. Bu qruplaşmalar internet dələduzluğu, fahişəlik və narkotik istehsalı ilə məşğul olan yüzlərlə təşkilatı idarə etməkdə ittiham edilirdi.

Edam edilən 11 nəfər sentyabr ayında ölüm cəzasına məhkum olunub. "Sinxua" xəbər agentliyinin bildirdiyinə görə, onlar qətl, qanunsuz azadlıqdan məhrumetmə və dələduzluq kimi cinayətlərdə təqsirli biliniblər.

Təqsirləndirilən şəxslərdən ikisi apellyasiya şikayəti versə də, iş Çinin ən ali məhkəmə instansiyası olan Ali Xalq Məhkəməsinə göndərildikdən sonra ilkin hökm qüvvədə saxlanılıb.

Min Syüeçan tərəfindən idarə olunan cinayətkar ailə uzun müddət Myanma-Çin sərhədində yerləşən, muxtar ərazi olan Kokanqdakı "Sürünən Pələng Villası" kimi tanınan məşhur komplekslə əlaqələndirilirdi. Çin dövlət televiziyası CCTV-nin məlumatına görə, qrup ən güclü dövründə dələduzluq və digər cinayətlərlə məşğul olan təxminən 10 min nəfəri özündə birləşdirib.

CNN telekanalı qeyd edir ki, Kokanqın paytaxtı Laukkayq Myanmanın "qanunsuzluğun hökm sürdüyü" bölgələrində kök salaraq milyardlarla dollar dövriyyəsi olan dələduzluq sənayesinin mərkəzinə çevrilib. Bu mərkəzlərdə insan alverinin qurbanı olan şəxslər mürəkkəb onlayn sxemlər vasitəsilə yad insanları aldatmağa məcbur edilib.

İllər boyu bu dələduzluq mərkəzlərində işləməyə məcbur edilmiş insanların yaxınlarının şikayətlərindən və beynəlxalq medianın artan diqqətindən sonra Pekin 2023-cü ildə bu komplekslərə qarşı tədbirlər görməyə başlayıb.

Həmin ilin noyabrında Çin hakimiyyəti ailə üzvlərinin həbsi üçün orderlər verib, onları dələduzluq, qətl və insan alverində ittiham edərək tutulmalarına görə 14 min dollardan 70 min dollara qədər mükafat təyin edib.

Min Syüeçan ailəsinin başçısı, eyni zamanda Myanma parlamentinin üzvü olmuş şəxs, daha sonra həbsdə olarkən həyatına son qoyub. Bu barədə o zaman Çin dövlət KİV-ləri məlumat yayıb.

Cümə axşamı "Sinxua" agentliyi bildirib ki, edam olunanlar arasında Syüeçanın Kokanq sərhəd qoşunlarının komandiri olan oğlu Min Qopin və nəvəsi Min Çjençjen də olub. Məlumatda qeyd olunur ki, hökm icra olunmazdan əvvəl onlar yaxın qohumları ilə görüşüblər.

"Sinxua"nın yaydığı xəbərə görə, Min ailəsinin sindikatı başqa bir cinayət qruplaşmasının lideri U Hunminlə (o da edam edilib) əlbir olaraq qəsdən qətl, xəsarət yetirmə və dələduzluqla məşğul olan şəxslərin qanunsuz saxlanılması kimi əməllər törədib. Bu hadisələr nəticəsində 14 Çin vətəndaşı həyatını itirib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 832   Tarix: 29 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik

12 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021