Arxeoloji tapıntılar sübut etdi: Çində qədim insanlar axmaq olmayıb

Arxeoloji tapıntılar sübut etdi: Çində qədim insanlar axmaq olmayıbÇindəki arxeoloji abidədə mürəkkəb daş alətlərin aşkarlanması alimləri insanın təkamülü haqqında mövcud anlayışları yenidən nəzərdən keçirməyə məcbur edir.

Qaynarinfo-nnu "The Independent"ə istinadən məlumatına görə, Danjiangkou su anbarı ərazisində arxeoloqların qazıntıları göstərir ki, insanların əcdadları 160-72 min il əvvəl texnoloji cəhətdən inkişaf etmiş daş alətlərdən istifadə ediblər. Bu dövrdə Çində eyni vaxtda bir neçə iri hominin növü mövcud idi - o cümlədən Homo longi, Homo juluensis, bəlkə də Homo sapiens.

Alınan məlumatlar elmdə geniş yayılmış fikirə ziddir: Uzun müddət Şərqi Asiyanın qədim insanları sadə və konservativ daş texnologiyalarından istifadə edirdi, Afrika və Qərbi Avropada yaşayanlardan fərqli olaraq.

"Onilliklər boyu hesab olunurdu ki, Afrika və Qərbi Avropadakı homininlər əhəmiyyətli texnoloji irəliləyiş göstərib, Şərqi Asiyada isə daş emalı primitiv ənənələrlə məhdudlaşıb", deyə ekspedisiyanın rəhbəri Xişya Yan bildirib.

Əsas kəşflərdən biri saplı daş alət olub - bu, Şərqi Asiyada mürəkkəb (kompozit) alətlərin istifadə olunmasının ən qədim təsdiqlənmiş sübutudur. Belə alətlər daş hissəni taxta və ya digər baza ilə birləşdirirdi, bu isə mürəkkəb planlama, texniki bacarıq və alətin effektivliyini başa düşməyi tələb edirdi.

"Bu alətlərin mövcudluğu Sigou homininlərinin davranış çevikliyi və ixtiraçılıq səviyyəsinin yüksək olduğunu göstərir", deyə araşdırmanın müəlliflərindən biri, Qambit və Paleontologiya İnstitutunun tədqiqatçısı Cian-Pin Yue izah edib.

Kəşf həmçinin göstərir ki, Çində qədim insanların növlərinin müxtəlifliyi təxminən 90 min il ərzində artıb. Bu növlərin bəzilərinin böyük beyin həcmi mürəkkəb davranış və texnologiyalar üçün bioloji zəmin yaradırdı.

Qriffit Universitetinin Avstraliya İnsan Təkamülü Tədqiqat Mərkəzinin direktoru Maykl Petraglia bildirib ki, Danjiangkou ərazisində tapılan materialların analizi göstərir ki, oradakı sakinlər müxtəlif və mürəkkəb daş alət istehsalı üsullarından istifadə ediblər. Bu alətlər geniş spektrli tapşırıqlar üçün tətbiq olunub.

"Bu texnoloji strategiyalar homininlərin dəyişkən təbii şəraitə uyğunlaşmasında əsas rol oynayırdı, bu dövrdə Şərqi Asiya üçün xarakterik idi", deyə o, vurğulayıb.

Tədqiqat göstərir ki, Çində erkən insan populyasiyaları Afrika və Avropadakı həmyaşıdları ilə müqayisədə oxşar kognitiv və texniki qabiliyyətlərə malik idilər.

"Siqou və digər abidələrdən əldə olunan yeni məlumatlar göstərir ki, qədim Çində texnologiyalar hazırlanmış nüvələr, innovativ kəsilmiş alətlər və hətta iri kəsici alətləri əhatə edirdi. Bu, əvvəlki anlayışlardan daha zəngin və mürəkkəb texnoloji mənzərəni göstərir", deyə Xişya Yan yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 791   Tarix: 30 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20 sentyabr
.

Avstraliyada üzgüçüyə hücum edən köpəkbalığının öldürülməsi barədə qərar verilib

Avstraliyada köpəkbalığının üzgüçüyə ölümlə nəticələnən hücumundan sonra Pert bölgəsindəki bir sıra çimərliklər bazar gününə qədər bağlı qalacaq. "Report" BBC-yə istinadən xəbər verir ki, Qərbi Avstraliya ştatının səlahiyyətliləri köpəkbalığının tutulması və öldürülməsi barədə nadir qərar veriblər

20 sentyabr
.

Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı

Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba

20 sentyabr
.

İran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib

İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə

20 sentyabr
.

Bolqarıstan səfirini geri çağırdı və vəzifəsindən azad etdi

Bolqarıstanın Xarici İşlər Nazirliyi korrupsiya əməllərində şübhəli bilindiyi üçün ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri İvan Yordanovu geri çağırıb. xəbər verir ki, bu barədə Bolqarıstanın "Fokus" nəşri məlumat yayıb. Bildirilir ki, Bolqarıstanın xarici işlər naziri Velislav

19 sentyabr
.

Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü

Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki

20 sentyabr
.

"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub

Google şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının sınağı zamanı müstəqil şəkildə üç real şirkətin qorunan sistemlərinə giriş əldə edib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb. Hadisələr may ayında kibertəhlükəsizlik üzr

20 sentyabr
.

Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"

Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman

20 sentyabr
.

ABŞ-də dizelin qiyməti rekordu yeniləyib

ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd

20 sentyabr