Al Səud: ABŞ-nin zərbə endirməkdən imtinası İran hakimiyyətini gücləndirəcək
Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Al Səud hesab edir ki, ABŞ-nin İrana mümkün zərbədən imtina etməsi Tehrandakı rəhbərliyi gücləndirəcək.
"Report"un məlumatına görə, bu barədə "Axios" portalı mənbələrə istinadən yazıb.
Məlumata görə, səudiyyəli nazir bu mövqeyini Vaşinqtonda yerli analitik mərkəzlərin rəhbərlərinin iştirakı ilə keçirilən qapalı brifinqdə ifadə edib. "Axios" bildirib ki, bundan bir gün əvvəl o, ABŞ Dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə görüş keçirib.
Portalın yazdığına görə, Səudiyyə Ərəbistanının müdafiə naziri: "Bu mərhələdə əgər (İrana zərbə - red.) baş verməsə, bu, yalnız İran rəhbərliyini gücləndirəcək", - deyib.
"Axios"un məlumatına görə, səudiyyəli nazir ABŞ Prezidenti Donald Trampın administrasiyasının eskalasiyadan yayınmağa çalışaraq hərbi xarakterli tədbirlər görməli olacağını bildirib. Portal vurğulayıb ki, bu kimi açıqlamalar Ər-Riyadın rəsmi mövqeyi ilə üst-üstə düşmür.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 971 Tarix: 01 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı
Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba
20 sentyabrSüni intellektin səhvi ABŞ və Çin arasında az qala müharibəyə səbəb olacaqdı
Yaz aylarında ABŞ hərbçiləri Yaxın Şərqdə Çinə məxsus gəmini ələ keçirməyə yaxın olublar. Buna səbəb süni intellekt tərəfindən generasiya edilmiş və gəmidə nüvə proqramı komponentlərinin daşındığını səhvən iddia edən kəşfiyyat hesabatı olub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatın
19 sentyabrAvropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabrEdqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabr