KİV: Avropa liderləri Trampa qarşı mübarizə planı hazırlayıblar
Avropa ölkələrinin liderləri Brüsseldə işgüzar şam yeməyi zamanı ABŞ Prezidenti Donald Trampın təhdidlərinə və təzyiqlərinə qarşı plan hazırlayıblar.
"Report"un məlumatına görə, bunu "The New York Times" qəzeti mənbələrə istinadla yazıb.
Nəşr qeyd edir ki, Tramp Avropaya iqtisadi zərbə vurmaqla hədələyərək, siyasətçilərini alçaldaraq və onların dəyərlərini sərt tənqid edərək bütün dünyanı şoka saldıqdan sonra Avropa liderləri fəaliyyət planı hazırlayıblar. Sənəddə ABŞ Prezidentinin gələcək təxribatlarına soyuqqanlı reaksiya vermək, həmçinin cavab olaraq rüsumlar tətbiq etməklə hədələmək nəzərdə tutulur. Bundan əlavə, Avropanın Vaşinqtondan hərbi və iqtisadi asılılığını azaltmaq planlaşdırılır, çünki ABŞ etibarsız müttəfiqə çevrilib.
Mənbələrin məlumatına görə, İtaliyanın Baş naziri Corciya Meloni görüşdə ABŞ Prezidenti ilə dialoqu davam etdirməyi təklif edib. Almaniya Kansleri Fridrix Mers ABŞ-dən iqtisadi asılılığın azaldılması üçün sürətli tədbirlərin görülməsinə çağırıb. Fransa Prezidenti Emmanuel Makronun fikrincə isə Avropa Vaşinqtona müqavimət göstərməyə hazır olduğunu nümayiş etdirməli, bununla da Trampın hörmətini qazanmağa nail olmalıdır.
Qəzet Avropa liderlərinin planını nisbətən cəsarətli, lakin hələ də kifayət qədər mücərrəd adlandırıb və vurğulayıb ki, bu, Avropa liderlərinin Trampa qarşı indiyədək olmadığı qədər sərt ritorika ilə çıxış etdiklərini, lakin hələ bəyanatlarını real addımlarla möhkəmləndirməyə çalışdıqlarını göstərir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 380 Tarix: 01 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DƏHŞƏTLİ QƏTL: Ailəsi ilə görüşə getdi, sevgilisini və özünü güllələdi - FOTO
Moldovada eyni vaxtda qətl və intihar hadisəsi baş verib. bu barədə Publika-ya istinadən xəbər verir. Bildirilib ki, qətl sentyabrın 12-də Hinceşti rayonunun Fundul Galbenei kəndində baş verib. Qeyd olunur ki, sevdiyi qızın qohumları ilə görüşə gələn gələcək kürəkən arasında mübahisə baş verib. 28 yaşl
16 sentyabr 2021Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib
Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy
16 sentyabr 2021Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı
İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş
16 sentyabr 2021Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO
ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı
17 sentyabr 2021Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO
Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl
18 sentyabr 2021Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO
Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək
16 sentyabr 2021