Bu mağara itmiş bir dünyanı ortaya çıxardı
Yeni Zellandiyanın Şimal Adasında dik bir yamacın içində gizlənmiş olan Moa Yumurta Qabığı Mağarası (Moa Eggshell Cave), elm dünyasına qapılarını açıb. Mağara adətən bir zaman maşını kimi fəaliyyət göstərir.
Qaynarinfo xəbər verir ki, Vaitomo bölgəsi parlayan tırtılların işıqlandırdığı möhtəşəm mağaraları ilə tanınsa da, bu xüsusi mağara daha dərin bir sirri saxlayır.
Araşdırıcılar Homo sapiens hələ dünyaya gəlmədən əvvəl yaşamış canlılara aid qalıqları gün üzünə çıxararaq, Yeni Zellandiyanın unudulmuş bir dövrünə aid ekoloji bir "xatirə kartı" tapıb. Mağara ilk dəfə 1960-cı illərdə kəşf edilsə də və bəzi fosillər toplanmış olsa da, son araşdırmalar ayaberqin yalnız görünən hissəsinə toxunulduğunu göstərir.
Mağaranın dərinliklərində aparılan qazıntılarda 12 fərqli qədim quş və 4 qurbağa növünə aid fosillər aşkarlanıb. Bu tapıntılar arasında ən diqqət çəkəni, indiki Kakapo quşunun qədim əcdadı olan "Strigops insulaborealis" adlı yeni bir papağan növü ola bilər. Hazırda yaşayan Kakapolar uça bilməyən və yer üzündə yaşayan quşlar kimi tanınır, lakin fosil qeydləri bu qədim əcdadın zəif ayaq quruluşu səbəbindən göydə süzə bilmiş ola biləcəyinə işarə edir.
Eyni zamanda tədqiqat qrupu, Yeni Zellandiyanın simvolik quşlarından biri olan Takahünin nəsli kəsilmiş bir əcdadını və Avstraliyadakı bronz qanadlı göyərçinlərlə yaxın qohum olan qədim bir göyərçin növünü də üzə çıxarıb.
Milyon illik fəlakətlərin izində
Fosillərin yaşını müəyyənləşdirmək üçün mağaranın qatları arasına sıxışmış vulkan külü təbəqələrindən istifadə edilib. Analizlər göstəri. ki, bu heyvanlar 1,55 milyon ilə 1 milyon il əvvəl baş vermiş iki böyük partlayış arasında qısa bir dövrdə yaşayıblar. Bu tapıntı adanın təbii tarixində böyük bir boşluğu doldurur.
Muzey kuratoru Dr. Paul Şkofieldin sözlərinə görə, bu kəşf Yeni Zellandiya tarixinin yalnız əskik bir səhifəsi deyil, tamamilə itmiş bir cilddir. Mağarada aşkar edilmiş növ müxtəlifliyi, bölgənin son 1 milyon il ərzində necə böyük bioloji itkilərə məruz qaldığını da göstərir.
Ümumiyyətlə, Yeni Zellandiyadakı quş növlərinin yox olması təxminən 750 il əvvəl adaya gəlmiş insanlarla əlaqələndirilir. Lakin bu araşdırma sübut edi ki, insanların gəlişindən çox əvvəl, növlərin 33-50%-i nəhəng vulkan partlayışları və sərt iqlim dəyişiklikləri səbəbindən məhv olub. Beləliklə, təbiətin dağıdıcı qüvvələri, adadakı həyatın kimliyini milyonlarla il əvvəl formalaşdırmağa başlayıb. Ekosistemlərin dəfələrlə sarsılması və yenidən qurulması, Yeni Zellandiyanın vəhşi həyatının niyə bu qədər "qəribə" və unikal olduğunu izah edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...