Epşteynin əsas varisi o imiş - 630 milyon dollarlıq sərvət
Yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi qurduğuna görə həbs olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteyn vəsiyyətnaməsini ölümündən iki gün əvvəl imzalayıbmış.
"Qafqazinfo" xəbər verir ki, "1953-cü il Trastı" adlanan sənəd 630 milyon dollarlıq sərvətin 43 nəfər arasında bölüşdürülməsini nəzərdə tutur.
ABŞ Ədliyyə Departamentinin açıqladığı sənədlərdən məlum olur ki, Epşteyn mirasının böyük hissəsini sonuncu partnyoruna, hazırda 35 yaşı olan belaruslu Karina Şulyaka vəsiyyət edib. O, maliyyə sənədinə əlavə edilmiş əlyazma qeydində qalmaqallı maliyyəçi Karina Şulyakla evlənmək niyyətini ifadə edib. Belə ki, Epşteyn partnyoruna 32,73 karat çəkisi olan və dəyəri bir neçə milyon dollar qiymətləndirilən brilyant üzüklə evlilik təklifi edibmiş.
Epşteynlə təxminən 10 il ərzində münasibətdə olmuş Şulyak həm də ölümündən bir gün əvvəl onunla telefonla danışan sonuncu şəxs hesab olunur.
Vəsiyyətnaməyə əsasən, C.Epşteynin ölümündən sonra K.Şulyak yarısını dərhal, digər yarısı isə illik müavinət şəklində olmaqla, 100 milyon dollar almalı idi. Maliyyəçinin bütün daşınmaz əmlakı belaruslu xanıma keçməli idi:
- Manhettendə malikanə;
- Parisdə mənzil;
- Nyu-Meksikoda ranço;
- ABŞ-nin Vircin adalarında yerləşən və "Pedofil adası" kimi tanınan "Kiçik Müqəddəs Ceyms" və "Böyük Müqəddəs Ceyms" adaları.
Nişan üzüyündən əlavə, ona həmçinin 48 ədəd brilyant və xərclərini qarşılamaq üçün xüsusi fond ayrılmışdı.
"1953-cü il Trastı"nın digər iki mühüm benefisiarı Ceffri Epşteynin şəxsi vəkili Darren İndik və mühasibi Riçard Kandır. Sənədə əsasən İndikə 50 milyon, Kana isə 25 milyon dollar çatacaqdı. Maliyyəçi bu şəxsləri vəsiyyətnaməsinin icraçıları və əmlakının idarəediciləri təyin etmişdi.
Epşteynin uşaq istismarı şəbəkəsində əsas fiqur olan Gisleyn Maksvell də vəsiyyətnamədə özünə yer etməyi bacarmışdı. On il ərzində yetkinlik yaşına çatmayan qızların istismarı şəbəkəsindəki "rolu"na görə 240 ay həbs cəzasına məhkum etmiş Maksvel 10 milyon dollar almalı idi.
Fotoda Ceffri Epşteyn və Gisleyn Maksvell
Siyahıda həmçinin Epşteynin əməkdaşları, qulluqçuları, şəxsi pilotları, eləcə də bir neçə alim yer alıb.
Yeddi benefisiarın adı isə açıqlanmır, onlara 3-10 milyon dollara qədər ayrılmışdı. Sənədə əsasən, vəsaitlər Epşteynin ölümündən azı iki il sonra ödənilməli idi.
Bununla belə, hazırda benefisiarlardan hər hansı birinin bu mirasdan bir dollar belə alması çətin görünür, çünki Epşteynin hesablarına həbs qoyulub, onlardakı vəsaitlər isə, çox güman ki, yalnız "Epşteyn işi" ilə əlaqəli cinayətlərin qurbanlarına kompensasiya məqsədilə istifadə ediləcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2283 Tarix: 04 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabrQrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl
20 sentyabrBu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı
Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba
20 sentyabrİran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib
İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə
20 sentyabrKXDR öz istehsalı olan kamikadze dronları təqdim edib
Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib
20 sentyabrDonald Tramp BMT-də Zelenski ilə görüşməyəcək?
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməyi nəzərdə tutsa da, siyahıya Ukrayna lideri Volodimir Zelenskinin adı daxil edilməyib. xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Obşestvennoye Novosti" nəşr
19 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq
Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd
19 sentyabrEdqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabr