Fevralın 28-də "planetlərin böyük paradı" müşahidə olunacaq

Fevralın 28-də "planetlərin böyük paradı" müşahidə olunacaqFevralın 28-də axşam astronomik hadisə - "planetlərin böyük paradı" baş verəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Qaynarinfo-ya verilən xəbərə görə, həmin tarixdə gün batandan sonra altı planet - Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun eyni vaxtda səmanın müəyyən bir hissəsində müşahidə olunacaq.

Qeyd olunub ki, həmin vaxt planetlərin dördü adi gözlə, ikisi isə optik alətlərlə görünəcək. Belə hadisələr nadir baş verir və axşam saatlarında müşahidə üçün əlverişli olması onu daha da cəlbedici edir.

Ən parlaq obyektlərdən biri olan Venera, eləcə də Yupiter və Saturn asanlıqla seçiləcək. Merkuri üfüqə yaxın olduğundan müşahidə üçün üfüqü açıq olan ərazilər - dənizkənarı və şəhərdən kənar məkanlar tövsiyə olunur. Uran və Neptun isə yalnız binokl və ya teleskop vasitəsilə görünəcək. Bakı üçün ən əlverişli müşahidə vaxtı təxminən saat 19:10-20:30 aralığında olacaq.

Astronomiyada "planetlərin paradları" iştirak edən planetlərin sayına görə təsnif edilir. 3-4 planet kiçik, 5 planet orta, 6 və daha çox planet böyük parad sayılır.

Fevralın 28-də altı planetin eyni vaxtda görünməsi bu hadisəni "planetlərin böyük paradı" kateqoriyasına daxil edir. Belə hadisələr orta hesabla 10-20 ildən bir, bu qədər əlverişli axşam şəraitində isə daha da nadir halda baş verir.

Qeyd edək ki, planetlər yalnız səma proyeksiyasında bir xətt boyunca görünür, fiziki olaraq bir-birinə yaxınlaşmırlar. "Planetlərin paradı" Yerə cazibə, seysmik, iqlim və maqnit təsiri göstərmir. İnsan sağlamlığına və təbiətə də heç bir zərəri yoxdur. Bu, tamamilə təhlükəsiz və yalnız müşahidə xarakterli astronomik hadisədir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 631   Tarix: 05 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı

Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba

20 sentyabr
.

ABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib

ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey

20 sentyabr
.

Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir

Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı

20 sentyabr
.

Donald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?

ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə

19 sentyabr
.

Cənubi Koreya Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verməyə hazırdır

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə Seulun Hörmüz boğazında gəmiçiliyin bərpasına əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib. Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb. "Ço Rubioy

20 sentyabr
.

Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb

Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm

20 sentyabr
.

ABŞ-də dizelin qiyməti rekordu yeniləyib

ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd

20 sentyabr
.

Rubio Danimarka ilə Qrenlandiya üzrə razılaşmanın detallarını açıqlayıb

Danimarka Qrenlandiyanın təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilmədiyi üçün ABŞ-la razılaşmağa gedib. "Report"un məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib. "Danimarka və Qrenlandiya anlayırlar ki, Qrenlandiyay

19 sentyabr
.

Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"

Rusiya və Gürcüstan xalqları artıq bir-biri üçün darıxıb və viza rejiminin ləğv edilməsi çoxdan gözlənilən bir addım idi. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS agentliyinə verdiyi müsahibəsində bildirib. "Düşünürəm ki, Gürcüstan nümayəndə heyətin

19 sentyabr