6 Fevral zəlzələlərinin üçüncü ildönümündə ürəkdağlayan bir hekayə yenidən gündəmə gəlib - VİDEO

6 Fevral zəlzələlərinin üçüncü ildönümündə ürəkdağlayan bir hekayə yenidən gündəmə gəlib - VİDEOKahramanmaraş mərkəzli 6 fevral 2023-cü il zəlzələlərində Qaziantepin İslahiye rayonunda bütün ailəsini itirən bir şəxs, saatlar 04:17-ni göstərərkən Adanadakı ailə məzarlığında göz yaşlarına hakim ola bilməyib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, zəlzələ zamanı işdə olduğu üçün sağ qalan ata, aradan üç il keçməsinə baxmayaraq, dağıntılar altından cənazəsi tapılmayan 13 yaşlı qızını ümidlə axtarmağa davam edir.

Mərkəzi Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan iki güclü zəlzələ 11 vilayətdə böyük dağıntılara səbəb olmuşdu. Qaziantepin İslahiye rayonunda da çox sayda bina yerlə-yeksan olmuş, Karaca ailəsi isə ən ağır itkiləri yaşayan ailələrdən biri kimi yadda qalmışdı. Gecə növbəsində işlədiyi üçün dağıntılar altında qalmayan ata Fatih Karaca, zəlzələdə anasını, həyat yoldaşını, biri universitet tələbəsi olmaqla 3 övladını və qayınanasını itirib.

Ailəsinin Adanadakı Kabasakal qəbiristanlığında yerləşən məzarı başında saat 04:17-də dua edən Fatih Karaca bildirib ki, onun üçün ən böyük ağrı dağıntılar altından cənazəsi tapılmayan 13 yaşlı qızı İrem Karacadır. O, üç il keçməsinə baxmayaraq qızından heç bir iz tapılmadığını, amma ümidini itirmədiyini deyib.

Göz yaşları içində danışan ata, "Allah heç kəsə övlad acısı yaşatmasın. Ən pisi isə üç ildir nə ölüsünə, nə də dirisinə çata bilmədiyim qızımdır. Zəlzələdən sonra məzar yeri 10 gün hazır saxlanıldı. Araşdırmalar apardıq. Üç qız onun sağ olduğunu demişdi, birlikdə oynadıqlarını söyləmişdilər. O gündən bəri qızımı axtarıram. İtkin olmaq daha betərdir - tapa bilmirsən, dərdini də kimsəyə tam anlada bilmirsən. Çarəsizlik çox ağırdır. Allah belə bir dərdi heç kimə yaşatmasın. Evlad sevgisini yaşadıb, tez aldı. Bu acının təsviri yoxdur", - deyə bildirib.

Bayramların və xüsusi günlərin onun üçün artıq mənasını itirdiyini deyən Karaca sözlərinə belə davam edib: "Mən dörd uşaq atası idim. Bayram gələndə ‘ata, bayramlıq ver’ deyən övladım qalmayıb. Anam, qayınanam, həyat yoldaşım və üç övladım burada uyuyur. Onlarsız həyat çox çətindir. Yeganə ümidim qızımı sağ tapmaqdır. Onu tapsam, həyat davam edəcək. İnsanlar bayramda övladları ilə bayramlaşır, mən isə dayanıb baxıram. Bayramları və xüsusi günləri işdə keçirirəm. Qiymət cədvəli alan uşaqları görəndə qısqanıram. Allaha dua edirəm ki, heç kimə belə bir acı yaşatmasın."


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1019   Tarix: 06 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Bio Balance Age Reversing Instant Wrinkle Filler

Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:

10 sentyabr 2021