2024 YR4 2032-ci ildə Ayla toqquşa bilər: Bu baş versə, partlayış Yerdən görünəcək
Ötən ilin bu dövrlərində diametri təxminən 60 metr olan bir asteroidin 2032-ci ildə Yerə çırpılma ehtimalı ilə bağlı xəbərlər qlobal miqyasda narahatlıq yaratmışdı. Lakin aparılan detallı hesablamalardan sonra 2024 YR4 adlandırılan bu göy cisminin planetimiz üçün təhlükə yaratmadığı dəqiqləşmişdi. Bu açıqlama "Don’t Look Up" tipli bir ssenarinin yaşanmayacağına dair ümumi bir rahatlıq da doğurmuşdu.
Qaynarinfo-nun məlumatına görə, astronomlar bildirir ki, Yer üçün risk aradan qalxsa da, asteroidin 2032-ci ildə Aya çırpılma ehtimalı tamamilə sıfırlanmayıb. Son hesablamalara əsasən, bu ehtimal təxminən 4 faiz səviyyəsindədir. Alimlər indi isə belə bir toqquşmanın Yerdən necə görünə biləcəyini daha aydın şəkildə təsvir edirlər.
Hələ elmi rəy qiymətləndirməsindən keçməyən və arXiv.org ön çap platformasında dərc olunan yeni araşdırmada qeyd olunur ki, asteroid Aya çırpılsa, Yerdən müşahidə edilə bilən güclü bir "optik flaş" yaranacaq. Bu ani işıq partlayışını saatlarla davam edə biləcək infraqırmızı parıltı izləyəcək. Tədqiqatçılara görə, bu hadisə bəşəriyyət tarixində qeydə alınmış ən enerjili Ay toqquşması ola bilər.
Alimlər bu toqquşmanın son dərəcə təsirli olacağını daha əvvəl də proqnozlaşdırmışdılar. Əvvəlki qiymətləndirmələrə görə, 2024 YR4 Aya çırpılsa, təxminən bir kilometr diametrində krater yarana bilər. Toqquşma zamanı təqribən 100 milyon metrik ton materialın üzə çıxacağı və bunun bir hissəsinin Yerə qədər çata biləcəyi ehtimallar arasında göstərilir. Təbii ki, belə bir ssenarinin mütləq baş verəcəyinə dair qəti zəmanət yoxdur. Lakin bu hadisə reallaşarsa, elm dünyası üçün tarixi bir an yaşanacaq.
Araşdırmanın müəlliflərindən biri, Çindəki Tsinxua Universitetinin tədqiqatçısı Yisüan Vu "Live Science" nəşrinə açıqlamasında bildirib: "Əgər bu ssenari gerçəkləşərsə, planetologiya elmi üçün dönüş nöqtəsi olar. Yer-Ay sistemi asteroid toqquşmaları ilə bağlı anlayışlarımızı sınaqdan keçirə biləcəyimiz nəhəng bir səhnəyə çevrilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...