Epşteynin ölüm gecəsinə aid yeni detal üzə çıxdı - Video

Epşteynin ölüm gecəsinə aid yeni detal üzə çıxdı - VideoYetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi qurmaqda ittiham olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin vəfat etdiyi gecə ilə bağlı yeni görüntülər yayımlanıb.

"Qafqazinfo" xəbər verir ki, ABŞ-nin CBS telekanalının analitik hesabatında rəsmi açıqlamalara zidd olaraq, həmin gecə Epşteynin kamerasının yerləşdiyi mərtəbəyə doğru narıncı geyimli bir şəxsin hərəkət etdiyi iddia olunur.

Hesabatda bildirilir ki, ABŞ Ədliyyə Departamentinin açıqladığı sənədlərdə müstəntiqlər 9 avqust 2019-cu il tarixində saat təxminən 22:39-da Metropolitan İslah Mərkəzində Epşteynin kamerasının yerləşdiyi təcrid olunmuş və kilidli L mərtəbəsinə aparan pilləkənlərdə narıncı rəngli bir fiqurun yuxarı qalxdığını müşahidə ediblər.

FTB-nin video qeydlərinə dair müşahidə məlumatlarında bu görüntü "ehtimal ki, mərtəbəyə müşayiət olunan bir məhbus" kimi təsvir edilib. Lakin Ədliyyə Departamentinin Baş Müfəttiş Ofisinin hesabatında həmin fiqurun narıncı rəngli "çarşaf və ya yataq dəsti" daşıyan "kimliyi müəyyən edilməyən islah məmuru" ola biləcəyi irəli sürülür.

Bu fərqli yanaşmalar rəsmi hesabatlar arasında ziddiyyət yaradıb.

"CBS News"un məlumatına görə, yeni sənədlər Epşteynin kamerasının yaxınlığında həmin axşam baş verən fəaliyyətlə bağlı cavabsız sualları gündəmə gətirir. Maraqlıdır ki, nə FTB, nə də Ədliyyə Nazirliyinin müstəntiqləri hadisə gecəsi növbədə olan mühafizəçilərə narıncı geyimli fiqur barədə birbaşa sual ünvanlamayıb.

Sənədlərdə qeyd olunur ki, həmin gecə mərtəbədə növbətçi olan qadın mühafizəçi Tova Noel 2019-cu ildə dindirilib və məhbus sayında uyğunsuzluq olduğunu bildirib. Noel ifadəsində saat 22:00 ilə 03:00 arasında məhbus sayını 72 olaraq qeydə aldığını, halbuki bu rəqəmin 73 olmalı olduğunu deyib və ehtimal ki, səhv etdiyini qeyd edib.

FTB-nin keçmiş direktor müavini Den Boncino isə ötən yay "Fox News"a verdiyi müsahibədə Epşteynin ölüm gecəsi onun kamerasının yerləşdiyi mərtəbədə mühafizəçilərdən başqa heç kimin olmadığını və görüntülərin "tam aydın" olduğunu iddia edib.

Qeyd olunur ki, həmin gecə işlədiyi bilinən yeganə müşahidə kamerası Epşteynin kamerasına aparan pilləkənləri qismən əhatə edib və mərtəbəyə daxil olan hər kəsi tam göstərməyib.

Son görüntülər və açıqlanan sənədlər Epşteynin ölüm səbəbi ilə bağlı şübhələri yenidən gücləndirib. Rəsmi qurumlar onun intihar etdiyini bildirsə də, Epşteynin kiçik qardaşı Mark Epşteyn uzun müddətdir ki, qardaşının qətlə yetirildiyinə inandığını açıq şəkildə bəyan edir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 712   Tarix: 06 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bolqarıstan səfirini geri çağırdı və vəzifəsindən azad etdi

Bolqarıstanın Xarici İşlər Nazirliyi korrupsiya əməllərində şübhəli bilindiyi üçün ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri İvan Yordanovu geri çağırıb. xəbər verir ki, bu barədə Bolqarıstanın "Fokus" nəşri məlumat yayıb. Bildirilir ki, Bolqarıstanın xarici işlər naziri Velislav

19 sentyabr
.

Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib

Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad

20 sentyabr
.

Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb

Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm

20 sentyabr
.

İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin ərazi bütövlüyünün dinc yolla bərpasının milli arzu olduğunu bildirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, İ.Kobaxidze məcburi köçkün ailələrinə mənzillərin verilməsi tədbirində çıxışı zamanı deyib ki, hökumət ərazi bütövlüyünün bərpasın

19 sentyabr
.

Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü

Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki

20 sentyabr
.

Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var - Foto

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp cari prezidentlik müddətində əldə etdiyini düşündüyü "25 əsas nailiyyət"in siyahısını ictimaiyyətə təqdim edib. O, əvvəllər də vurğuladığı kimi, "8 irimiqyaslı müharibənin nizamlanması" bəndinə Bakı ilə İrəvan arasında əlaqələri

19 sentyabr
.

Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"

Rusiya və Gürcüstan xalqları artıq bir-biri üçün darıxıb və viza rejiminin ləğv edilməsi çoxdan gözlənilən bir addım idi. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS agentliyinə verdiyi müsahibəsində bildirib. "Düşünürəm ki, Gürcüstan nümayəndə heyətin

19 sentyabr
.

"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub

Google şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının sınağı zamanı müstəqil şəkildə üç real şirkətin qorunan sistemlərinə giriş əldə edib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb. Hadisələr may ayında kibertəhlükəsizlik üzr

20 sentyabr
.

İrakli Kobaxidze: Gürcüstanda 1600 məcburi köçkün ailəsinə yeni mənzillər verilib

Gürcüstanda 1 600 məcburi köçkün ailəsinə yeni mənzillər verilib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanda 1 600 məcburi köçkün ailəsi yeni, tam təmirli mənzillərlə təmin olunacaq. Gürcüstanın Baş naziri İrakli Kobaxidze məcburi köçkün ailələrinə mənzillərin verilməsi mərasimind

19 sentyabr