"Apple" istifadəçiləri şokda: Son yeniləmə smartfonları yararsız hala salıb?

"Apple" istifadəçiləri şokda: Son yeniləmə smartfonları yararsız hala salıb?"iPhone"da "Face ID" (üz tanıma sensoru) biometrik sistemi "iOS 26.2.1" yeniləməsindən sonra bir çox smartfonlarda düzgün işləməyi dayandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The Mac Observer" nəşri məlumat verib.

Məlumata görə, bununla bağlı istifadəçilər sosial şəbəkələrdə paylaşımlar ediblər. Paylaşımlardan birinin müəllifi bildirib ki, "iOS 26.2.1" səbəbindən "Face ID" sensoru düzgün işləməyib və istifadəçini tanıya bilməyib. Buna görə də o, cihazı blokdan çıxarmaq üçün hər dəfə rəqəmsal kodu daxil etməyə məcbur olub.

Nəşrin jurnalistləri şikayətləri araşdırıb və aşkar ediblər ki, "Face ID" sensoru çox tez-tez əlavə tətbiqlərdə - bank xidmətləri, sosial şəbəkələr və digər proqramlarda işləməyib. Bəzi smartfon sahibləri vurğulayıblar ki, biometrik kilidaçma funksiyası son dərəcə yavaş işləməyə başlayıb.

"Face ID" ilə bağlı şikayətlərdən başqa, istifadəçilər "Safari" brauzerində problemlərin olduğunu, bəzilərinin yaddaşda saxlanılan səhifələrinin yoxa çıxdığını bildiriblər. "iPhone" sahibləri, həmçinin "Apple Maps"də yadda saxlanılan yerlərin itdiyini və "HomeKit" ağıllı ev qadcetləri idarəetmə mərkəzində çoxsaylı fasilələrin yarandığını qeyd ediblər. Xüsusilə qeyd edilib ki, "iOS" smartfonun yaddaşında daha çox yer tutmağa başlayıb.

"Apple" hələlik bu məlumatlara rəsmi reaksiya verməyib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 569   Tarix: 06 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ət BAHALAŞIR - Onu mətbəxdə nə əvəzləyə bilər?

"Ümumiyyətlə, əti əvəz edən ikinci bir qida yoxdur. Bu düzgün yanaşma deyil. Qırmızı ət, toyuq, qaraciyər, bir sözlə, hamısının tərkibində müxtəlif vitaminlər var və heç biri digərini əvəzləyə bilməz". Bunu "Yeni Sabah"a açıqlamasında qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib

14 iyun
.

Emiliano Martines "Yuventus"a keçəcək

Argentinanın heyətində Dünya çempionatının qalibi qapıçı Emiliano Martines İngiltərənin "Aston Villa" klubundan Turinin "Yuventus" klubuna keçəcək. -ın xarici mediaya istinadən məlumatına görə, İtaliya klubu 33 yaşlı qapıçı ilə üç illik müqavilə imzalayacaq. Emiliano Martines 2020-c

10 iyun
.

Bədənlərinə ay-ulduz döyməsi etdirdilər, səbəbi şok edir

İngiltərənin "Hull City" klubunun bəzi azarkeşləri komandanın Premyer Liqaya yüksəlməsini qeyri-adi şəkildə qeyd ediblər. xarici mediaya istinadla xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən bayram tədbirləri zamanı azarkeşlər bədənlərinə ay-ulduz döyməsi etdiriblər. Premyer Liqay

10 iyun
.

Parkda bıçaqlanaraq öldürülən yeniyetmənin görüntüləri yayılıb - VİDEO

Türkiyənin Ankara şəhərinin Etimesgut rayonunda qısqanclıq zəminində baş verən mübahisə faciə ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Şeyx Şamil məhəlləsindəki parklardan birində qeydə alınıb. Məlumata görə, 17 yaşlı gənc keçmiş sevgilisini 16 yaşlı K.A. ilə birlikdə görüb. Tərəflə

10 iyun
.

Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi

Yapon alimlərinin hazırladığı və itirilmiş dişlərin yenidən çıxmasını hədəfləyən eksperimental dərman insanlar üzərində test edilir. Siçanlar üzərindəki sınaqlarda uğurlu nəticələr verən bu müalicə metodu klinik mərhələləri də uğurla başa vurarsa, protez və implant istifadəsini böyük ölçüdə azalda biləcə

13 iyun
.

Məşhur müğənnilərə mahnılar yazan istedadlı musiqiçi vəhşicəsinə öldürüldü

İngilis müğənni və bəstəkar Talay Rayli bıçaqlanaraq öldürülüb. xarici KİV-ə istinadla xəbər verir ki, 35 yaşlı Rayli iyunun 5-i səhər saatlarında Londonun Silvertovn bölgəsində ölü tapılıb. Musiqiçi çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Hadis

9 iyun
.

Mətbəx mebeli quraşdırılarkən ən vacib məqamlar hansılardır?

Mətbəx mebelində istifadə olunan materialların keyfiyyəti nə qədər yüksək olsa da, düzgün quraşdırılmadıqda gözlənilən nəticəni verməyə bilər. Dəqiq ölçü aparılmadıqda dolab qapıları eyni xətt üzrə görünmür, siyirmələr rahat açılıb bağlanmır və dəzgah hissələrində boşluqlar yarana bilir. Peşəkar yanaşm

13 iyun
.

Yerin yaxınlığından güclü maqnit qasırğası yaradan plazma buludu keçib

Alimlərin güclü G3 səviyyəli geomaqnit qasırğası ilə bağlı proqnozları özünü doğrultmayıb. Günəş maddəsinin atılması planetimizdən tam şəkildə yan keçib. -ın -ya istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiy

9 iyun
.

Bu uşağı tanıdınız? İndi bütün dünya onun dalınca düşüb

"Real" klubu Xulian Alvarea üçün "Atletiko"ya etdiyi 150 milyon avroluq təklifin rədd edildiyini açıqlayıb. Bu hadisədən sonra Xulian Alvaresin 12 yaşında İspaniyaya gələrək "Real" üçün sınaq məşqlərində iştirak etdiyi görüntülər ortaya çıxıb. -ın xarici mediaya istinadə

11 iyun