Pekin Trampı Çinə səfərini ləğv etməklə hədələdi
Çin Vaşinqtonun Tayvana yeni silah partiyasının satışını davam etdirəcəyi təqdirdə ABŞ Prezidenti Donald Trampın aprel ayında Pekinə planlaşdırılan səfərini ləğv edə bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Financial Times" nəşri mənbələrə istinadən məlumat verib.
Mənbələrin məlumatına görə, bəzi ABŞ rəsmiləri hesab edirlər ki, Çin blef edir və Trampın səfəri ləğv olunmayacaq.
Eyni zamanda, bəzi ekspertlərin fikrincə, Tramp Çindən qayıdana qədər Tayvana silah satışını təxirə salacaq.
* ABŞ Çini gizli nüvə sınağı keçirməkdə ittiham edib
"Financial Times" yazıb ki, Tramp administrasiyası dekabr ayında açıqlanan rekord 11.1 milyard dollarlıq silah paketinə əlavə olaraq, Tayvanın satın alması üçün dörd sistemdən ibarət paket hazırlayır. Tayvan "Patriot" raketlərindən əlavə, ABŞ-dən "NASAMs" zenit-raket kompleksi, qabaqcıl "yer-hava" sinifli raketi və iki digər silah sistemini ala bilər. Bir neçə məlumatlı mənbə nəşrə bildirib ki, müqavilənin dəyəri 20 milyard dollara çata bilər.
Qeyd edək ki, Çin Sədri Si Cinpin fevralın 4-də Trampla telefon danışığı zamanı Tayvana silah satışı məsələsini qaldırıb.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si Cinpin vurğulayıb ki, ABŞ Tayvana silah satışı məsələsinə ehtiyatla yanaşmalıdır.
Xatırladaq ki, dekabrın əvvəlində Tramp administrasiyası Tayvana 11 milyard dollar dəyərində silah satışını elan edib. Paketə "HIMARS" yaylım atəşli reaktiv qurğular, haubitsalar, tank əleyhinə raketlər və hücum PUA-ları (Pilotsuz Uçuş Aparatları - dron) daxildir.
Buna cavab olaraq, Çin hakimiyyəti ABŞ-nin müdafiə sahəsi ilə bağlı 20 şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər elan edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 895 Tarix: 07 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
Bəzi kəpənək növlərinin qocalma prosesini digər növlərlə müqayisədə daha yavaş keçirdiyi müəyyən edilib. xəbər verir ki, Bristol Universitetinin rəhbərliyi ilə Smithsonian Tropik Tədqiqat İnstitutunun əməkdaşlığı çərçivəsində aparılan araşdırmada Cənubi və Mərkəzi Amerikanın tropik yağış meşələrind
19 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabrAvropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrTramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad
20 sentyabrİrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabr