Qadınlar doğuşda, yoxsa abortda daha çox ölür? - ARAŞDIRMA

Qadınlar doğuşda, yoxsa abortda daha çox ölür? - ARAŞDIRMAAlimlər qadınların hamiləlik dövründə və hamiləliyin öz istəyi ilə dayandırılmasından sonra həyat üçün mövcud riskləri müqayisə ediblər.

ABŞ-da aparılan yeni genişmiqyaslı tədqiqat göstərib ki, hamiləlik və doğuş zamanı ölüm riski əvvəlki proqnozlarla müqayisədə üç dəfə yüksəkdir. Alimlər xəbərdarlıq edirlər ki, aborta çıxışın məhdudlaşdırılması ana ölümü göstəricilərinin kritik şəkildə artmasına səbəb ola bilər.

Lent.az xəbər verir ki, araşdırmanın nəticələri JAMA Network Open elmi jurnalında dərc olunub.

Tədqiqatın nəticələrinə əsasən, qadının hamiləlik, doğuş və ya bu proseslərlə bağlı ağırlaşmalar nəticəsində həyatını itirmə riski əvvəl düşünüləndən üç dəfə çoxdur. Eyni zamanda bu risk abort nəticəsində ölüm ehtimalını 44-70 dəfə üstələyir.

Alimlər 2018-2021-ci illər ərzində ABŞ üzrə ümummilli statistik məlumatları təhlil ediblər. Araşdırma təxminən 15 milyon doğuş və 3,5 milyondan çox abort halını əhatə edib. Hesablamalara hamiləlik dövründə və doğuşdan sonrakı bir il ərzində, əgər ölüm hamiləlik ağırlaşmaları və ya həmin dövrdə yaranmış infeksiyalarla əlaqəli olubsa, bu hallar daxil edilib.

Eyni zamanda COVID-19-la bağlı ölümlər, düşüklər, qeyri-qanuni abortlar və hamiləliklə birbaşa əlaqəsi dəqiq müəyyən edilməyən hallar analizdən çıxarılıb.

Hətta bu məhdudiyyətlərə baxmayaraq, alimlər müəyyən ediblər ki, orta hesabla hər 100 min doğuşa 32 ana ölümü düşür. 2021-ci ildə isə bu göstərici demək olar ki, 44-ə yüksəlib. Bu, 1998-2005-ci illərdə qeydə alınan 8,8-14,5 göstəricisindən xeyli yüksəkdir.

Tədqiqatçılar bu artımı əsasən ölüm hallarının qeydiyyat və uçot sisteminin təkmilləşdirilməsi ilə izah edirlər, yəni söhbət kəskin real artımdan yox, daha dəqiq statistikadan gedir. Bununla belə, alimlər vurğulayırlar ki, təhlükəsiz aborta çıxışın məhdudlaşdırılması real şəkildə ana ölümünün artmasına gətirib çıxara bilər.

Qeyd olunur ki, digər bir elmi araşdırma 12 həftəyədək ev şəraitində aparılan medikamentoz abortun xəstəxana şəraitində həyata keçirilən prosedur qədər təhlükəsiz və effektiv olduğunu sübut edib. 371 halın təhlili göstərib ki, hər iki üsulda ağırlaşmaların və ya natamam abortun payı demək olar ki, eynidir.

İki mərhələli dərman qəbulu əsasında həyata keçirilən bu metod hamiləliyin inkişafını dayandırmağa və embrionun orqanizmdən çıxarılmasına imkan verir. Alimlərin fikrincə, bu yanaşma tibb müəssisələrinin yükünü azaldır və qadınların reproduktiv seçim imkanlarını genişləndirir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 587   Tarix: 08 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bred Pitt və İnes de Ramon yeni fotolarda baba və nəvə ilə müqayisə edildilər

Hollivud ulduzu Bred Pitt sevgilisi İnes de Ramonla birlikdə İspaniyanın Madrid şəhərində görünüb. xarici KİV-ə istinadən xəbər verir ki, paparassilər onları əl-ələ gəzərkən lentə alıblar. 62 yaşlı aktyor boz köynək, qara şalvar, sarı idman ayaqqabısı, eynək ilə diqqət çəkib. İnes de Ramon isə ağ köynək

29 sentyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr
.

Telefonda zəng müddətini necə uzatmaq olar?

Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu

4 oktyabr
.

Fiqu "Qızıl top"un favoritlərini AÇIQLADI

200-ci il "Qızıl top" mükafatının qalibi Luiş Fiqu 2025/26-cı il mövsümündə ilin futbolçusu mükafatına əsas namizədlərin adını açıqlayıb. -ın xarici mediaya istinadən məlumatına görə, portuqaliyalı qeyd edib ki, bu il vahid favorit müəyyən etmək olduqca çətindir. "Qızıl top" mükafatın

29 sentyabr
.

Toyda bəyin sevinci diqqət çəkdi - VİDEO

Sosial şəbəkələrdə toylardan birində lentə alınan maraqlı görüntülər yayılıb. xəbər verir ki, kadrlarda sevdiyi xanımla ailə quran bəyin sevinc dolu anları əks olunub. Gəlinlə birlikdə rəqs edən bəyin hərəkətləri və yüksək əhval-ruhiyyəsi diqqətdən yayınmayıb. Sevincini gizlədə bilməyən bəyin hərəkətlər

3 oktyabr
.

Məşhur filmin köpək balığı səhnələri ABŞ-də gerçək oldu

ABŞ-nin Nyu-Cersi ştatının Serf-Siti şəhərinin sakinləri şiddətli fırtınadan sonra su basmış küçədə üzən köpəkbalığının videosunu lentə alıblar. -ın xəbərinə görə, görüntüləri yerli "News 12" telekanalı ilk olaraq yayımlayıb. Videonu telekanala göndərən kişinin sözlərinə görə, köpəkbalığın

28 sentyabr
.

Valideynlərin bu sözləri uşağın özünəinamını sarsıdır - Psixoloq xəbərdarlıq etdi

"Mən kifayət qədər yaxşı deyiləm", "Məndə heç nə alınmayacaq", "Mən başqalarından pisəm" - belə düşüncələr uşaqda onların haradan qaynaqlandığını özü izah etməyi öyrənməzdən xeyli əvvəl yarana bilər. Özünəinam tədricən formalaşır. Buna məktəb, dostlar, uğurlar və uğursuzluqlar

28 sentyabr
.

Pulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb

Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund

3 oktyabr
.

İldə 300 gün ildırım çaxır - qeyri-adi hadisə harada yaşanır

Yer kürəsində hər saniyə 100 dəfə ildırım çaxdığı barədə geniş yayılan məlumat köhnə hesablamalara əsaslanır. Müasir peyk müşahidələrinə görə, dünyada saniyədə təxminən 35-55 ildırım parıltısı qeydə alınır. xarici mediaya istinadla xəbər verir ki, ildırımların ən intensiv müşahidə olunduğu yerlərdə

28 sentyabr