Energetikaya dəyən ziyandan danışan Zelenski HHM-in gücləndirilməsi tapşırığını verib
Rusiya tərəfindən həyata keçirilən kütləvi hücumlardan sonra bütün Ukrayna ərazisində enerji infrastrukturuna ciddi ziyan vurulub.
"Report" xəbər verir ki, bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin bütün vilayətlərinin hesabatları səsləndirilən müşavirənin yekunlarına dair açıqlamasında yer alıb.
"Rusiya 400-dən çox dron tətbiq edib və onların əhəmiyyətli hissəsi "Shahed"lərdir. Həmçinin təxminən 40 raket istifadə olunub. Təəssüf ki, enerji obyektlərinə əhəmiyyətli ziyan dəyib və bu, praktiki olaraq bütün ölkədə enerji vəziyyətinə təsir göstərib: kütləvi elektrik kəsilmələri baş verir. Rusiya yaxın zamanda bu müharibəni bitirməyə hazır olduğunu nümayiş etdirmir, Ukraynanın faktiki məhv edilməsi siyasətini davam etdirir", - o, "Telegram" kanalında yazıb.
Zelenski qeyd edib ki, Rusiya Silahlı Qüvvələri məqsədyönlü şəkildə, xüsusilə Ukraynanın atom elektrik stansiyalarının fəaliyyətindən asılı olan enerji obyektlərinə zərbələr endirib. Bu da yalnız Ukraynanın deyil, regionun və Avropanın təhlükəsizliyini təhdid altına alır. Kiyev, Xarkov, Çerniqov vilayətləri, Sumı, Poltava və digər bölgələrdə enerji təchizatı ilə bağlı çətin vəziyyət müşahidə olunur.
Onun sözlərinə görə, Ukrayna Daxili İşlər Nazirliyi qərb vilayətlərindəki enerji obyektlərində Rusiya zərbələrinin nəticələrinin aradan qaldırılması üçün operativ iş aparmaq məqsədilə əlavə komandalar yaradır.
Zelenski həmçinin daha səmərəli müdafiə üçün müəyyən vilayətlərdə mobil hava hücumundan müdafiəyə aid atəş qruplarının gücləndirilməsini tapşırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 466 Tarix: 08 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
Bəzi kəpənək növlərinin qocalma prosesini digər növlərlə müqayisədə daha yavaş keçirdiyi müəyyən edilib. xəbər verir ki, Bristol Universitetinin rəhbərliyi ilə Smithsonian Tropik Tədqiqat İnstitutunun əməkdaşlığı çərçivəsində aparılan araşdırmada Cənubi və Mərkəzi Amerikanın tropik yağış meşələrind
19 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabrAvropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrTramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad
20 sentyabrİrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabr