Toydan çıxarkən bıçaqlanan davulçu sabiq sevgilisindən şikayətçi, həyatından narahatdır

Toydan çıxarkən bıçaqlanan davulçu sabiq sevgilisindən şikayətçi, həyatından narahatdırFevralın 1-də Şəmkirdə keçmiş sevgilisi tərəfindən bıçaqlanan Səkinə İmamquliyeva qarşı tərəfin onun taleyinə və müalicəsinə biganə yanaşdığını bildirir.

Sonxeber.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, 33 yaşlı qadın musiqiçi (davulçu) olduğunu, hadisənin iştirak etdiyi toyun keçirildiyi şadlıq evinin qarşısında baş verdiyini deyib:

"Hadisə fevralın 1-də saat 19 radələrində yaşadığım Gəncə şəhərindən Şəmkirə dəvət edildiyim toy mərasimindən çıxarkən baş verdi. Şadlıq evinin qarşısında maşınıma minərkən əvvəllər qeyri-rəsmi münasibətdə yaşadığım Əli Kamran oğlu Əsgərov qəfil hücum etdi. O, gözlənilmədən maşınıma yaxınlaşdı, sağ ön qapını açaraq boğazımdan tutub boğmağa çalışdı. Daha sonra cibindən bıçaq çıxarıb dörd dəfə zərbə endirdi. Zərbələrdən biri ürək nahiyəmə, üçü isə sol qoluma dəydi. Həmin vaxt bıçaq qırılaraq döş qəfəsimdə qaldı, yoxsa daha çox zərbə endirib məni öldürə də bilərdi. Çünki bıçaqla ardıcıl olaraq məni vururdu. Bıçağın qırıldığını, ətrafdakı insanların səs-küyə gəldiyini görərək qaçıb getdi".

S.İmamquliyeva qeyd edib ki, hadisəyə səbəb onun sevgilisindən ayrılması olub:

"Artıq münasibətimiz bitmişdi. Əli Əsgərov ayrılıqdan sonra məni mütəmadi izləyir, hədə-qorxu gəlirdi. Bıçaqlanandan sonra Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Beynəlxalq Xəstəxanasına aparılaraq əməliyyat olundum. Döş qəfəsimdə qırılıb qalan bıçağın kəsici hissəsi əməliyyatla bədənimdən xaric edildi. Hazırda səhhətimdə yaranmış ağır fəsadlar səbəbindən işləyə bilmirəm. Bu hadisəyə görə külli miqdarda maddi-mənəvi zərərlə üzləşmişəm, qarşı tərəf isə heç maraqlanmır. Hadisəni törədən şəxsin saxlanıldığı bildirilsə də, istintaqın gedişindən məlumatsızam. Qarşı tərəf varlıdır və təsir imkanları çoxdur. Həyatıma hər an təhlükə ola bilər. Bu işin ədalətli araşdırılmasını və təhlükəsizliyimin təmin olunmasını istəyirəm".

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Qafqazinfo"ya bildirib ki, müraciətlə əlaqədar Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində müvafiq ekspertiza təyin olunmaqla araşdırma aparılıb:

"Ekspertiza rəyinə görə, hadisə zamanı kəsici-deşici alətlə yüngül bədən xəsarəti yetirilməsi faktı təsdiqlənib. Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir".
Toydan çıxarkən bıçaqlanan davulçu sabiq sevgilisindən şikayətçi, həyatından narahatdırToydan çıxarkən bıçaqlanan davulçu sabiq sevgilisindən şikayətçi, həyatından narahatdır


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 917   Tarix: 10 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Stres oyuncağı partladı: 11 yaşlı uşağın ayağında ikinci dərəcəli yanıq yarandı - VİDEO

Ankarada imtahan uğuruna görə hədiyyə edilən stres oyuncağı 11 yaşlı Furkan Seçkinin əlində partlayıb. xarici mediaya istinadla xəbər verir ki, oyuncağın içindəki gelin uşağın dərisinə təmas etməsi nəticəsində ayağında ikinci dərəcəli yanıq və qızartı yaranıb. Hadisədən sonra xəstəxanaya aparılan Furkanı

29 sentyabr
.

Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil

11 oktyabr
.

Xaçmazda 9 nəfərin xəsarət alması ilə nəticələnən AĞIR QƏZA: Vəziyyətləri açıqlandı - FOTO/VİDEO

Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan doqquz nəfər (dörd kişi, beş qadın) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub

28 sentyabr
.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

4 oktyabr
.

Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video

Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış

9 oktyabr
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən

3 oktyabr
.

Bakı sakininin maşını Şuşada minaya düşdü

İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində 2026-cı il 28 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirili

28 sentyabr
.

Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı

Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində

3 oktyabr
.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10 oktyabr