Süni intellekt onları sürətlə əvəz edəcək: Ən həssas 40 peşə
"Microsoft" tədqiqatçıları süni intellektin (AI) təsirinə ən çox məruz qalan 40 peşənin yenilənmiş siyahısını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, araşdırma 200 mindən çox istifadəçi ilə "Copilot" arasında real dialoqları təhlil etməyə əsaslanır. Müəlliflər, insanların hansı iş vəzifələrini AI-a həvalə etməyə daha çox çalışdığını araşdıraraq bunu peşə təsvirləri ilə müqayisə ediblər.
Tədqiqatçılar vurğulayırlar ki, yüksək "AI tətbiqi potensialı" insanın avtomatik əvəz olunması demək deyil - söhbət daha çox iş proseslərinin transformasiyasından gedir.
Siyahının başında intellektual işlə bağlı peşələr - kompüter, riyaziyyat və inzibati sahələr dayanır. Yüksək mövqelər həmçinin satış və call-center işçilərində də qeydə alınıb.
Qeyd etmək lazımdır ki, ali təhsil sahibi olmaq artıq texnologiyanın təsirindən qorunmaq üçün etibarlı amil sayılmır. Bəzi peşələrdə, bakalavr dərəcəsi tələb olunan işlərdə, AI tətbiqi potensialı daha yüksək olub.
AI-a ən həssas 40 peşə
* Tərcüməçilər
* Tarixçilər
* Hava heyəti və xidmət personalı
* Xidmət satış menecerləri
* Yazıçılar və müəlliflər
* Müştəri dəstəyi mütəxəssisləri
* CNC operatorları
* Telefon operatorları
* Bilet satış agentləri və turizm katibləri
* Radio və televiziya aparıcıları, DJ-lər
* Brokerlər
* Ev idarəçiliyi üzrə müəllimlər
* Telemarketoloqlar
* Konsyerjlər
* Politoloqlar
* Jurnalistlər, reportyorlar və xəbər analitikləri
* Riyaziyyatçılar
* Texniki yazıçılar
* Redaktor-korrektorlar
* Hosteslər
* Redaktorlar
* Biznes müəllimləri
* PR mütəxəssisləri
* Promouterlər və məhsul nümayişçiləri
* Reklam agentləri
* Yeni hesab açan katiblər
* Statistik köməkçilər
* Kirayə/podrat işçiləri
* Data Scientist-lər
* Şəxsi maliyyə məsləhətçiləri
* Arxivçilər
* İqtisadiyyat müəllimləri
* Veb-tərtibatçılar
* Biznes analitikləri və idarəetmə məsləhətçiləri
* Coğrafiya mütəxəssisləri
* Modellər
* Bazar analitikləri
* Təxirəsalınmaz xidmət dispetçerləri
* Operatorlar
* Kitabxana işləri üzrə müəllimlər
Eyni zamanda, AI-ın təsiri hələ minimal olan sahələr də var - əsasən avadanlıqla fiziki iş tələb edən sahələr, məsələn, ekskavator operatorları və su təmizləmə sistemlərinin işçiləri.
Səhiyyə sahəsində tələbin artdığı qeyd olunur: evdə qulluq sahəsi yaxın onillikdə ən çox iş yerlərindən birini yaratması gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2318 Tarix: 11 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dördüncü "Matrix"in tizeri yayımlanıb
"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu
9 sentyabr 202156 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
16 sentyabr 2021Dadına görə yeyilmir, amma...
Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind
7 sentyabr 2021Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO
Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır
11 sentyabr 2021Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO
Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb
10 sentyabr 2021Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...
Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə
8 sentyabr 2021Fransada porno saytlar məhkəməyə verildi
Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki
7 sentyabr 2021Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər
18 sentyabr 2021