Kamran Əsədov ev dustaqlığı istədi - Bunları səbəb göstərdi
Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Qafqazinfo"nun məlumatına görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə Kamran Əsədov məhkəməyə yazılı vəsatət verib.
Vəsatətdə K. Əsədov azyaşlı övladlarından birinin autizim sindromu olduğunu, həyat yoldaşının şəkərli diabetdən əziyyət çəkdiyini və atasının səhhətini əsas gətirərək ev dustaqlığına buraxılmasını xahiş edib.
Daha sonra Gündüz Abbasov vəsatətini təqdim edib.
Hər ikisinin müraciəti təmin edilməyib.
Proses şahidlərin dindirilməsi ilə davam etdirilib.
Ş. Əzizova ifadəsində bildirib ki, Kamran Əsədovla ailəvi dostu vasitəsilə tanış olub. O bildirib ki, övladının universitetə qəbul olması üçün 15 min manat verib. Lakin ərinin təkidi ilə çiyin və qulağa taxılması üçün nəzərdə tutulan texniki vasitələri K. Əsədova qaytarıb və verilən məbləği geri alıb.
Digər şahid S. Abdıyeva Gəncədə yaşadığı üçün Gündüz Abbasovu tanıdığını bildirib.
Onun sözlərinə görə, övladı ilə bərabər bir neçə dəfə G. Abbasovla görüşüb və ondan texniki vasitələrin necə işlətmək qaydasını öyrəniblər:
"Bunun qarşılığında 3 min manat ödənilməli idi. Pul imtahanın nəticələrindən sonra veriləcəkdi, lakin imtahan vaxtı texniki vasitə işləmədi. Biz də pulu ödəmədik".
Proses fevralın 19-da davam etdiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1173 Tarix: 12 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leyla Əhmədova həbs olundu
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta
8 sentyabrÖtən gün qəzada yaralanan sürücü vəfat etdi
Ötən gün Xəzər rayonunda baş verən qəzada yaralanan sürücü vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Belə ki, Elmar Hüseynovun idarə etdiyi "Daewoo" markalı avtobus Elçin Qədimovun idarə etdiyi "Lada Granta" markalı avtomobillə toqquşub
8 oktyabrToydan gələrkən qəzaya düşdü - Fotolar
Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl
4 sentyabrBakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı
Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, paytaxtın mərkəzində "makler"lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-c
26 avqustQubada 21 yaşlı oğlan müəmmalı şəkildə öldü
Qubada gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 29-u saat 01 radələrində Birinci Nügədi kəndində baş verib. 2005-ci il təvəllüdlü Cəfərov Səbuhi Azər oğlu yaşadığı evdə naməlum səbəbdən ölüb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyi
29 sentyabrPlastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasından məhrum edildi
Xəbər verdiyimiz kimi, məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz imiş. Mərhumun qızı atasının anasından qalan mirasa münasibətdə ləyaqətsiz vərəs
13 oktyabrBakıda kişi arvadını dişlədi, tava ilə döydü
Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü İsa Sərdarov (ad və soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr
5 oktyabrQisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş
5 sentyabr