Zelenski Münxendə İran hakimiyyətini kəskin tənqid edib
Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı İran hakimiyyətini kəskin tənqid edib.
"Report"un məlumatına görə, Zelenski qeyd edib ki, məhz İranın Rusiyaya tədarük etdiyi "Shahed" dronları ukraynalıları öldürür və ölkə infrastrukturunu dağıdır.
"Ukraynanın İranla sərhədi yoxdur. Bizim İran rejimi ilə heç vaxt maraqlarımız toqquşmayıb. Lakin Rusiyaya satdıqları "Shahed" dronları ukraynalıları öldürür və infrastrukturumuzu məhv edir", - Zelenski bildirib.
Onun sözlərinə görə, İran artıq bir əsr boyu bir çox digər rejimlərin Ukraynaya vurduğundan daha çox ziyan vurub və bu, davam edə bilər.
"Buna baxmayaraq, bu rejim hələ də mövcuddur və hər şeydən, hətta bu böhrandan da sağ çıxacağına ümid edir. İran rejimi kimi rejimlərə vaxt vermək olmaz. Onların vaxtı olduqda daha çox öldürürlər. Onları dərhal dayandırmaq lazımdır", - o bəyan edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 328 Tarix: 14 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dünyanın yaşamaq üçün ən əlverişli şəhərləri - Reytinq açıqlandı
Danimarkanın paytaxtı Kopenhagen ardıcıl ikinci dəfə dünyanın yaşamaq üçün ən əlverişli şəhəri seçilib. Qaynarinfo xəbər verir ki, bu barədə Economist Intelligence Unit tərəfindən hazırlanan 2026-cı il üzrə Qlobal Yaşanabilirlik İndeksində qeyd olunub. Reytinqə əsasən, Kopenhagen 173 şəhər arasında sabitlik
6 avqustAtasının pensiyasını almaq üçün meyitini illərlə dondurucuda gizlətdi
Yunanıstanda 55 yaşlı kişi atasının meyitini illərlə dondurucuda gizlədib onun təqaüdünü almağa davam etməkdə şübhəli bilinərək həbs edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan polisinin məlumatına görə, hadisə Peloponnes yarımadasında, Sparta yaxınlığındakı Mistra kəndində qeydə alınıb
6 avqust"İkinci Yer"in izləri tapıldı
Alimlər Yerdən təxminən 49 işıq ili uzaqlıqda yerləşən ekzoplanetdə atmosferin mövcudluğuna dair mühüm dəlillər əldə ediblər. Tədqiqatçılar hesab edirlər ki, LHS 1140b adlı planet həyat üçün əlverişli şəraitə malik ola biləcək ən maraqlı namizədlərdən biridir. "Qafqazinfo" xəbər verir ki, "Supe
4 avqustİran və Oman Hörmüz boğazı üzrə razılığa gəldilər
İran və Oman Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatlarını razılaşdırıblar. Yaxın vaxtlarda bununla bağlı birgə bəyanat dərc oluna bilər. TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib. "Tərəflərin nəzərdən keçirdiy
5 avqustAvropa Ukraynaya 1,4 milyard avro ayıracaq
Avropa İttifaqı Ukraynaya yardım göstərmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməyə davam edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib. "Biz Ukraynaya bu aktivlərdən daha 1,4 milyard avro ayıracayıq", - deyə o qeyd edib. [hh4-unikal
5 avqust