Naxçıvanda DƏM QAZI FACİƏSİ: Ölənlərin sayı artıb
Naxçıvanda dəm qazı sızması nəticəsində xəstəxanaya yerləşdirilən azyaşlılardan biri dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, uşaqların hamısı Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüblər.
Onlardan biri 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov bu xəstəxanada həyatını itirib.
15:04
Naxçıvanda dəm qazından zəhərlənənlərin sayı yeddiyə çatıb, onlardan beşi azyaşlıdır.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Pəri Əliyeva məlumat verib. O deyib ki, xəstəxanaya daxil olarkən azyaşlıların vəziyyəti çox ağır qiymətləndirilib.
P.Əliyeva bildirib ki, onlar Reanimasiya şöbəsinə yerləşdiriliblər:
"Hazırda uşaqların vəziyyəti ağır stabil olaraq qiymətləndirilir və müalicələri Reanimasiya şöbəsində stasionar şəraitdə davam etdirilir".
Mərkəzin baş həkimi əlavə edib ki, uşaqlar xəstəxanaya qəbul edildikdən təxminən 35-40 dəqiqə sonra həmin ailənin qonşuluğunda yaşayan iki nəfər vətəndaş da dəm qazından zəhərlənmə şübhəsi ilə xəstəxananın Təcili yardım şöbəsinə çatdırılıb.
"Həmin şəxslərə də ilkin tibbi yardım göstərilib. Onların vəziyyəti hazırda stabildir. İlkin ehtimallara görə, hadisə dəm qazı zəhərlənməsi nəticəsində baş verib, xəstəxana şəraitində aparılan müayinələr zamanı bu diaqnoz təsdiqlənib", - deyə baş həkim bildirib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 551 Tarix: 14 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda ağır qəza - 4 ölü - Yenilənib
Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind
7 oktyabrDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabrGürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri
2 oktyabrGəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabrPakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30 sentyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabr