Pəhləvi Trampı İranla danışıqlara vaxt sərf etməməyə çağırıb
Sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampın administrasiyasını İranla danışıqlara çox vaxt sərf etməməyə və dərhal hərbi müdaxiləyə keçməyə çağırıb.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Münxen Təhlükəsizlik Konfransının kuluarlarında bildirib.
"ABŞ-nin müdaxiləsi və Prezident Trampın İran xalqını dəstəkləmək vədini yerinə yetirməsinin vaxtı çatıb. Müdaxilə həyatları xilas etməyin yoludur", - Pəhləvi deyib.
Onun sözlərinə görə, ABŞ-nin hərbi müdaxiləsi sadəcə zaman məsələsidir.
Xatırladaq ki, Tramp administrasiyası İranla nüvə sazişi barədə danışıqlar aparır, eyni zamanda, regionda hərbi qüvvələrini artırır.
Ötən həftə, fevralın 6-da amerikalı və iranlı diplomatlar Omanda danışıqlar aparıblar və fevralın 17-də növbəti danışıqların aparılması gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 419 Tarix: 14 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp oğlunun toyunda iştirak edə bilməyəcək
ABŞ Prezidenti Donald Tramp dövlət işləri səbəbindən böyük oğlu Donald Tramp-kiçiyin toyunda iştirak edə bilməyəcəyini açıqlayıb. "Report" xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb. ABŞ lideri ailəsi ilə birlikdə olmaq istədiyini, lakin hökumə
24 may"Qiyamət günü radiosu" yenidən efirdə: Sirli mesaj yayımlandı
"Qiyamət günü radiosu" kimi tanınan UVB-76 stansiyası ardıcıl ikinci gündür efirə çıxaraq yeni şifrəli mesaj yayımlayıb. xəbər verir ki, məlumat stansiyanın "Telegram" kanalında paylaşılıb. Efirə verilən mesaj belə olub:. "TОD3 U352 DXQЕ 94066 09270 32781 SКАZОPАТ 7507 4374 SNOPOTYU
24 mayABŞ gündəmini silkələyən xəbər: Donald Trampın oğlu gizli evləndi
ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Tramp Jr. model Bettina Anderson ilə gizli şəkildə evlənib. xəbər verir ki, bu barədə "People" nikah sənədinə istinadən məlumat yayıb. Məlumata görə, toy mərasimi Florida ştatının Uest-Palm-Biç şəhərində Bettina Andersonun bacısı Kristinanın evind
24 mayTramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar zamanı Çin lideri onu tənqid edərkən Yaponiyanın Baş naziri Sanae Takaiçini dəstəkləyib. "Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Yomiuri Shimbun" qəzeti hökumət mənbələrinə istinadən yazıb. Nəşri
24 mayRusiyada şəhər meri vəfat etdi
Rusiyanın Nalçik şəhərinin meri Taymuraz Axoxov vəfat edib. "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Kabarda-Balkar rəhbərliyinin administrasiyası məlumat yayıb. Qeyd olunub ki, T.Axoxov 55 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Axoxov paytaxt meriyasın
24 may"Hyundai" 400 mindən çox avtomobili geri çağırır - SƏBƏB
Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai Motor" proqram təminatındakı xəta səbəbindən ABŞ-dən 421 mindən çox avtomobilini geri çağırır. xəbər verir ki, bu barədə ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi məlumat yayıb. Məlumata görə, sözügedən problem avtomobillərdə qəfil v
23 may