Geyindiyiniz paltarların rəngi şəxsiyyətinizi üzə çıxarır
Psixoloqlar və stil mütəxəssislərinə görə, qarderobunuzda üstünlük təşkil edən rənglər xarakterinizin "güzgüsü" rolunu oynayır. Seçdiyiniz rənglər ətrafınızdakı insanlara sizin haqqınızda gizli mesajlar ötürür.
Milli.Az xəbər verir ki, qara rəngə üstünlük verənlər adətən nüfuza, gücə və zəkaya önəm verirlər. Bu rəng həm avtoriteti, həm də insanın öz sərhədlərini qorumaq istəyini təmsil edir. Qara geyinənlər çox vaxt ciddi, ambisiyalı, lakin hisslərini gizlətməyi sevən şəxslərdir.
Mavi sadiqliyin və özünəinamın simvoludur. Tünd mavi tonlarını seçənlər adətən sakit, etibarlı və nəzakətli insanlardır. İş müsahibələrində ən çox tövsiyə olunan rəng olan mavi, qarşı tərəfə "mənə etibar edə bilərsən" mesajını verir.
Qırmızı diqqət mərkəzində olmağı sevən, ekstravert (ünsiyyətcil) və enerjik insanların rəngidir. Bu rəngi geyinənlər adətən iddialı, hərəkətli və tez həyəcanlanan bir quruluşa malikdirlər. Qırmızı eyni zamanda cəsarəti və liderlik xüsusiyyətlərini vurğulayır.
Ağ rəngi tez-tez seçənlər; azadlığına düşkün, təmizliyi sevən və həyata nikbin baxan insanlardır. Bu şəxslər adətən yeni başlanğıclara açıq və təfərrüatçı (detalçı) bir xarakterə malik olurlar.
Yaşıl geyinməyi sevənlər adətən geniş sosial ətrafa sahib olmaq istəyən, nəzakətli və yumşaqqəlbli insanlardır. Bu rəng sabitliyi, böyüməni və emosional balansı təmsil edir. Yaşıl seçənlərin ətrafına hüzur verdiyi düşünülür.
Sarı rəng macəraçı və yaradıcı ruhların simvoludur. Bu rəngi seçənlər adətən pozitiv, gülərüz və öyrənməyə maraqlıdırlar. Lakin sarı, eyni zamanda diqqəti üzərinə çəkmək istəyən və müstəqilliyinə düşkün şəxslərin də tərcihidir.
Qəhvəyi tonlarını sevənlər; ayağı yerə möhkəm basan, dürüst və adət-ənənələrinə bağlı insanlardır. Bu şəxslər nümayişkaranəlikdən qaçır, sakitlik və sabitlik axtarırlar.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 461 Tarix: 15 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"50 qəpik"də maşın yuyanların diqqətinə
Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara
11 oktyabrHündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə
Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti
11 oktyabrQayğanağı yumşaq edən sadə sirr
Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt
4 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabrHavasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın
İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav
11 oktyabrAyağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın
Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy
11 oktyabrWi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər
Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni
11 oktyabrQız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi
Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi
4 oktyabr