İran prezidentindən iddialı vəd: Rəşt-Astara xətti nə vaxt açılacaq?

İran prezidentindən iddialı vəd: Rəşt-Astara xətti nə vaxt açılacaq?İran Prezidenti Məsud Pezeşkian "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin inkişafına maneə törədən bütün əngəllərin martın sonunadək aradan qaldırılacağına söz verib.

Oxu.Az "Tasnim News Agency"yə istinadən xəbər verir ki, bu nəhəng layihə çərçivəsində Tehran və Moskva İran körfəzi limanlarına birbaşa tranzit keçidi təmin edəcək strateji əhəmiyyətə malik Rəşt-Astara dəmir yolu hissəsini birgə inşa edirlər.

"İran və Rusiya arasındakı münasibətlər olduqca möhkəmdir. Tərəflər arasında çoxsaylı sazişlər imzalanır və uğurla icra olunur. Nəzərdə tutulan dəmir yolu marşrutunun tikilib istifadəyə verilməsi üçün ilin sonunadək (İran təqvimi üzrə ilin sonu 2026-cı il martın 20-nə təsadüf edir - red.) mövcud baryerləri tamamilə aradan qaldıracağıq", - deyə İran prezidenti bildirib.

Xatırladaq ki, 2023-cü ildə Rusiya və İran "Şimal-Cənub" layihəsi çərçivəsində 160 kilometrlik Rəşt-Astara dəmir yolu xəttinin birgə tikintisinə dair razılaşma imzalayıblar. İran körfəzi limanlarına maneəsiz çıxışı təmin etməyi hədəfləyən bu layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir. Moskva və Tehran layihələndirmə, tikinti işləri, eləcə də mal və xidmətlərin tədarükünü birgə maliyyələşdirəcəklər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 391   Tarix: 15 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-İran müharibəsində son durum: Danışıqlarda irəliləyiş olsa da, gərginlik qalır

ABŞ və İran arasında aylardır davam edən qarşıdurmanın dayandırılması istiqamətində diplomatik səylər güclənib. ABŞ prezidenti Donald Tramp danışıqların məhsuldar keçdiyini bildirərək tərəflər arasında "çox yaxşı müzakirələrin" aparıldığını və yaxın günlərdə mühüm açıqlamaların verilə biləcəyin

5 avqust
.

İnsanların əvvəllər məlum olmayan əcdadları olub - Təkamülün yeni sirləri

Müasir insanlar neandertallar və denisovalılarla yanaşı, əvvəllər məlum olmayan iki sirli "kölgə nəsli" ilə də qarışıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Sci.News" nəşri Kaliforniya Universitetinin Berkli kampusunun rəhbərliyi ilə aparılan yeni araşdırmaya istinadən məluma

5 avqust
.

Dünyanın yaşamaq üçün ən əlverişli şəhərləri - Reytinq açıqlandı

Danimarkanın paytaxtı Kopenhagen ardıcıl ikinci dəfə dünyanın yaşamaq üçün ən əlverişli şəhəri seçilib. Qaynarinfo xəbər verir ki, bu barədə Economist Intelligence Unit tərəfindən hazırlanan 2026-cı il üzrə Qlobal Yaşanabilirlik İndeksində qeyd olunub. Reytinqə əsasən, Kopenhagen 173 şəhər arasında sabitlik

6 avqust
.

Dünya istilərlə mübarizə aparır, Yeni Zellandiyada qar yağır - Məktəblər bağlandı

Dünyanın bir çox bölgəsində rekord istilər müşahidə olunduğu bir vaxtda, Yeni Zellandiyada Antarktidadan gələn soyuq hava axını dəniz səviyyəsinədək qar yağmasına səbəb olub. Qaynarinfo xəbər verir ki, bu barədə yerli KİV-lərə istinadən "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, Antarktidada

4 avqust
.

Atasının pensiyasını almaq üçün meyitini illərlə dondurucuda gizlətdi

Yunanıstanda 55 yaşlı kişi atasının meyitini illərlə dondurucuda gizlədib onun təqaüdünü almağa davam etməkdə şübhəli bilinərək həbs edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan polisinin məlumatına görə, hadisə Peloponnes yarımadasında, Sparta yaxınlığındakı Mistra kəndində qeydə alınıb

6 avqust
.

"İkinci Yer"in izləri tapıldı

Alimlər Yerdən təxminən 49 işıq ili uzaqlıqda yerləşən ekzoplanetdə atmosferin mövcudluğuna dair mühüm dəlillər əldə ediblər. Tədqiqatçılar hesab edirlər ki, LHS 1140b adlı planet həyat üçün əlverişli şəraitə malik ola biləcək ən maraqlı namizədlərdən biridir. "Qafqazinfo" xəbər verir ki, "Supe

4 avqust
.

İran və Oman Hörmüz boğazı üzrə razılığa gəldilər

İran və Oman Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatlarını razılaşdırıblar. Yaxın vaxtlarda bununla bağlı birgə bəyanat dərc oluna bilər. TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib. "Tərəflərin nəzərdən keçirdiy

5 avqust
.

Avropa Ukraynaya 1,4 milyard avro ayıracaq

Avropa İttifaqı Ukraynaya yardım göstərmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməyə davam edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib. "Biz Ukraynaya bu aktivlərdən daha 1,4 milyard avro ayıracayıq", - deyə o qeyd edib. [hh4-unikal

5 avqust
.

ABŞ-da əmək bazarı gözləntiləri üstələdi, investorların diqqəti FED-in növbəti addımındadır

The Wall Street Journal yazır ki, ABŞ-da açıqlanan son məşğulluq göstəriciləri əmək bazarının hələ də güclü olduğunu göstərib. The Wall Street Journal-a istinadən xəbər verir ki, bu isə ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələri ilə bağlı növbəti qərarına dair gözləntiləri yenidən dəyişib

5 avqust