Zelenski: ABŞ sülh bağlanana qədər təhlükəsizlik təminatları vermək istəmir

Zelenski: ABŞ sülh bağlanana qədər təhlükəsizlik təminatları vermək istəmirABŞ Rusiya ilə atəşkəs sazişi imzalanana qədər Ukraynaya təhlükəsizlik təminatları verməyə hazır deyil.

"Report" xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

"ABŞ bizə açıq şəkildə bildirdi ki, onlar mümkün qədər tez sülh bağlamaq istəyirlər. Onlar bütün sənədləri eyni vaxtda imzalamaq istəyirlər. Ukrayna üçün isə əvvəlcə təhlükəsizlik təminatlarını imzalamaq lazımdır", - o qeyd edib.

Zelenski qeyd edib ki, Vaşinqton Kiyevə 15 illik təhlükəsizlik təminatları təklif edib, lakin Ukrayna 20-30 illik təminatlar istəyir.

"Biz bu gün senatorlarla görüşdə dedik ki, investorlar üçün biz təhlükəsizlik təminatlarının müddətini artırmaq istəyirik. İndicə investorlarla, biznes nümayəndələri ilə görüş oldu və onlar üçün 5-10 ildən uzun təminatlar lazımdır. Bu gün bizdə Amerika tərəfindən 15 illik təklif var, biz 20 və 30 il istəyirik, administrasiya və Konqresin nəyə razı olacağına baxacağıq", - Zelenski deyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 311   Tarix: 15 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsrael Katz: İsrail İrana qarşı hərəkət azadlığını qorumalıdır

İsrail gələcəkdə İrana qarşı müstəqil hərəkət etmək qabiliyyətini saxlamaq niyyətindədir. "Report"un məlumatına görə, İsrailin müdafiə naziri İsrael Katz bunu "X" sosial media platformasında yazıb. "İsrail gələcəkdə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün müstəqi

14 iyun
.

ABŞ-nin xaricdəki biolaboratoriyaları maliyyələşdirdiyinə dair sübutlar açıqlanıb

ABŞ Milli Kəşfiyyat Direktorunun Ofisi Birləşmiş Ştatların 30-dan çox ölkədə 120-dən çox biolaboratoriyanı maliyyələşdirdiyinə dair sübutlar açıqlayıb. xəbər verir ki, müvafiq sənəd iyunun 12-də ofisin rəsmi saytında dərc edilib. "Kəşfiyyat qrupunun arxivləri və sənədlərinin bir neçə ay davam edə

14 iyun
.

Böyük Britaniyanın yeni təhlükəsizlik naziri MƏLUM OLDU

Böyük Britaniyada müdafiə naziri təyin edilən Den Jarvisin yerinə təhlükəsizlik məsələləri üzrə yeni nazir təyin edilib. xəbər verir ki, müvafiq qərar dövlət fərmanında öz əksini tapıb. Təhlükəsizlik məsələləri üzrə nazir vəzifəsini Anjela İql icra edəcək. O bu postda bir müddət əvvəl ölkənin müdafi

13 iyun
.

Rumıniyanın Baş naziri Tomak istefa verib

Rumıniya Prezidenti Nikoşur Dan Eugen Tomakın Baş nazir vəzifəsindən istefa verdiyini elan edib. "Report" "Radio Romania İnternational"a istinadən xəbər verir ki, yeni Baş nazir Adrian Veştea təyin edilib. Danın sözlərinə görə, Veştea mühüm inzibati vəzifələrdə çalışıb, xüsusən d

14 iyun
.

Rusiyanın Ukraynaya hücumları zamanı ölən və yaralananlar var

Ötən sutka ərzində Rusiya hərbçilərinin Ukraynanın Sumı və Zaporojye vilayətlərinə endirdiyi zərbələr nəticəsində üç nəfər ölüb, yeddi nəfər xəsarət alıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. "Ötən sutka ərzində Sumı vilayətini

14 iyun
.

37 ildir ziyarət edirdi: atasının məzarından başqasının qalıqları çıxdı

ABŞ sakini Mark Uells dəhşətli həqiqətlə üzləşib. O, təsadüf nəticəsində öyrənib ki, 37 il ərzində atasının deyil, tamamilə yad bir kişinin məzarını ziyarət edib. xarici mediaya istinadla bildirir ki, amerikalının sözlərinə görə, atası Deyl Ueyn Uells 1985-ci ilin fevralında işdən evə qayıdarkən itki

14 iyun
.

Starmer: İstefaya getməyəcəm, ölkəni yeni seçki xaosuna sürükləmək olmaz

Böyük Britaniya hökumətinin başçısı Kir Starmer ölkəni yeni seçki xaosuna sürükləməmək üçün istefa vermək niyyətində olmadığını bəyan edib. "Report"un məlumatına görə, baş nazir bunu BBC-yə müsahibəsində bildirib. "İstefaya getmək niyyətində deyiləm. Biz ölkəni lider seçkiləri xaosun

14 iyun
.

"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır

"Uzbekistan Airways" aviaşirkəti Rusiyanın şəhərlərinə uçuşların sayını azaldır. Bu barədə aviaşirkətin mətbuat xidmətinə istinadən xəbər verir. Aviadaşıyıcının məlumatında qeyd olunub ki, bu qərar aviasiya yanacağının çatışmazlığı və bahalaşması səbəbindən qəbul edilib. "Ləğv edilmi

13 iyun
.

Aİ Ukrayna və Moldova ilə danışıqların başlamasını razılaşdırıb

Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna və Moldova ilə Aİ-yə üzvlük üzrə danışıqların birinci klasterinin açılmasını razılaşdırıb. "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin birgə bəyanatında bildirilib

14 iyun