Ən aşağı istilik temperaturu AÇIQLANDI
Evdə istiliyi saxlamaq bahalıdır və enerji xərcləri getdikcə artır. Lakin buna baxmayaraq, evin kifayət qədər isidilməsi vacibdir. Mütəxəssislər bildirirlər ki, soyuqluq hissi sadəcə narahatlıq yaratmır evdəki temperatur ümumi sağlamlığımıza birbaşa təsir edir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, əllərin yuyulması virus və bakteriyalardan qorunmağın ən effektiv üsullarından biri kimi qəbul edilsə də, səhiyyə mütəxəssisləri qış mövsümündə istiliyin qorunmasının da sağlamlıq üçün vacib olduğunu vurğulayırlar.
National Health Service (NHS), UK Health Security Agency (UKHSA) və World Health Organization (ÜST) eyni minimal temperaturu tövsiyə edir - 18°C. ÜST-nin yaşayış şəraiti və sağlamlıqla bağlı tövsiyələrində qeyd olunur ki, qapalı məkanlarda temperatur insanları soyuğun sağlamlığa zərərli təsirindən qoruyacaq qədər yüksək olmalıdır.
Mülayim və ya daha soyuq iqlimə malik ölkələr üçün 18°C qış aylarında əhalinin sağlamlığını qorumaq üçün təhlükəsiz və balanslı daxili temperatur hesab olunur. Bu göstərici UKHSA-nın qış mövsümündə sağlamlığın qorunması ilə bağlı tövsiyələrində də təsdiqlənir. Məhz bu temperatur səviyyəsində orqanizmdə dəyişikliklər hiss olunmağa başlayır qan qatılaşa bilər. Buna görə temperaturun bir qədər daha yüksək olması məsləhət görülür. Lakin soyuğa daha həssas insanlar üçün termostat daha yüksək səviyyədə tənzimlənməlidir. NHS-in məlumatına görə, soyuq hava hər kəsə təsir edə bilər, amma bəzi insanlar daha yüksək risk qrupuna daxildir.
Risk qrupuna 65 yaşdan yuxarı şəxslər, ürək və ağciyər xəstəlikləri və ya psixi pozuntuları olanlar, 5 yaşdan kiçik uşaqlar, hamilə qadınlar, evdə qalmaq imkanı olmayan və ya hərəkət məhdudiyyəti olan şəxslər daxildir. Uels İctimai Səhiyyə Xidməti bu kateqoriyaya daxil olan şəxslər üçün daha yüksək temperatur 23°C tövsiyə edir. Daimi soyuqluq hissi immun sisteminin zəifləməsinə, ürək-damar problemlərinin artmasına və ümumi halsızlığa səbəb ola bilər. Buna görə də istiliyə qənaət etmək vacib olsa da, sağlamlıq risklərini nəzərə almaq daha önəmlidir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 501 Tarix: 15 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?
Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını
11 oktyabrYaponlar buna görə göbəyə gül suyu damladırmışlar
Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə
11 oktyabrKərə yağını uzun müddət təzə saxlamağın yolları
Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ
11 oktyabrPayızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrAilənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI
Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind
4 oktyabrYatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl
10 oktyabrAzərbaycanda ən gənc müəllimin neçə yaşı var?
2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib
4 oktyabr