Yaşlı kişinin 25 il ərzində evində topladığı zibili 20-yə yaxın yük maşını iki günə təmizlədi - VİDEO

Yaşlı kişinin 25 il ərzində evində topladığı zibili 20-yə yaxın yük maşını iki günə təmizlədi - VİDEOTürkiyənin Sakarya vilayətinin Akyazı rayonunda 76 yaşlı kişinin 25 il ərzində evində topladığı zibillər aidiyyəti qurumları hərəkətə gətirib. İki gün davam edən təmizləmə işləri nəticəsində evdən təxminən 20 yük maşını həcmində tullantı çıxarılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, rayonun Yeni Mahalle məhəlləsində yerləşən və 76 yaşlı İ.T.-yə məxsus olduğu bildirilən evlə bağlı sakinlərin müraciətindən sonra araşdırmalara başlanılıb.

Hadisə yerinə baxış keçirən qurum əməkdaşları iki mərtəbəli evin birinci mərtəbəsinin tamamilə zibillə dolu olduğunu müəyyən ediblər. Bundan sonra bələdiyyə işçiləri xüsusi texnika və yük maşınlarının köməyi ilə ev və həyətdə yığılan tullantıların daşınmasına başlayıblar. Mənzildən və əlavə tikililərdən çıxarılan çoxsaylı tullantılar nəzarətli şəkildə maşınlara yüklənərək ərazidən uzaqlaşdırılıb.

İ.T.-nin 25 il ərzində topladığı zibillərin daşınması prosesi zamanı polis və bələdiyyə nəzarət xidmətinin əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görüblər. Eyni zamanda, mümkün risklərə qarşı təcili tibbi yardım briqadası da hazır vəziyyətdə saxlanılıb.

Müdaxilə zamanı hər hansı xoşagəlməz hadisə qeydə alınmayıb. Təxminən iki gündür davam edən işlər çərçivəsində 20-yə yaxın yük maşını həcmində tullantı çıxarıldığı bildirilir. Təmizləmə işlərinin sabah da davam edəcəyi qeyd olunur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2143   Tarix: 19 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr
.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr
.

Havasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın

İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav

11 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr
.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr
.

Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər

Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni

11 oktyabr
.

Qız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi

Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi

4 oktyabr