2026-cı ildə ziyarət etməyə dəyər dünyanın yeddi möcüzəsi (FOTO)

2026-cı ildə ziyarət etməyə dəyər dünyanın yeddi möcüzəsi (FOTO)Hər il turistlər üçün yeni yerlər tapmaq çətinləşir - bəziləri daha çox müxtəliflik axtarır, bəziləri isə izdihamdan uzaq qalmaq istəyir.

Qaynarinfo xəbər verir ki, bu çətinliyi yüngülləşdirmək üçün "Conde Nast Traveller" jurnalının turizm ekspertləri 2026-cı ildə ziyarət etməyə dəyər yeddi yeni dünya möcüzəsini seçiblər.

"Hər il növbəti il üçün yeddi dünya möcüzəsini seçmək məqsədimiz olur. Qədim dünyanın yeddi möcüzəsinə Rodos Kolosu, Aleksandriya mayakı və Babil asma bağları daxildir. Bu gün yalnız Böyük Giza Piramidası qalır. Bəs müasir dünyada turistlər harada möcüzələr axtarmalıdır? Aşağıda 2026-cı il üçün yeddi yeni dünya möcüzəsini sadaladıq. Böyük milli parklar, tarixi şəhərlər və Atlantik adalar - hər biri sizi ilk baxışdan heyran edəcək", deyə reytinqin müəllifləri qeyd ediblər.

2026-cı ildə ziyarət ediləcək 7 yeni dünya möcüzəsi

Matera, İtaliya

2026-cı ildə ziyarət etməyə dəyər dünyanın yeddi möcüzəsi (FOTO)2026-cı ildə Aralıq dənizi mədəniyyət və dialoq paytaxtı Matera bir çox mədəni tədbirlərə ev sahibliyi edəcək - sənətçi rezidensiyalarından tutmuş film nümayişlərinə və canlı tamaşalara qədər. Matera, paleolitik mağarələrlə zəngindir; bu mağarələrdə 1950-ci illərə qədər ailələr yaşayır və mal-qarasını saxlayırdı, indi isə bəziləri lüks otellərə çevrilib. Turistlərə unikal imkanlar təqdim edir: dolanbaclı küçələr, dərin dərələr, qayalı yamaclar və nadir barok sarayları araşdırmaq mümkündür.

Banff Milli Parkı, Kanada

2026-cı ildə ziyarət etməyə dəyər dünyanın yeddi möcüzəsi (FOTO)Kanadanın ən qədim milli parkı olan Banff uzun müddət xizək xətləri ilə məşhurdur. Lakin bölgədə daha bir çox maraqlı fəaliyyət mövcuddur - at sürmə, qayaya dırmanma, kanoe və isti aylarda yürüşlər. Zümrüd göllər, meşəli vadilər və alplər tərzi çəmənliklərlə zəngin olan Banff, 2026-cı ildə açılacaq yeni dəmiryolu marşrutu ilə Casper Milli Parkına birləşdiriləcək. "Rocky Mountaineer" şirkəti tərəfindən xidmət ediləcək marşrut yalnız iyun-iyul aylarında açıq olacaq, biletinizi öncədən bron etmək tövsiyə olunur. Tura Serna dağının zirvəsinə teleferik gedişi və Atabaska Buzlağına həyəcanlı buz ekskursiyası daxildir.

Bradford-Pennins Qoruğu, İngiltərə
2026-cı ildə ziyarət etməyə dəyər dünyanın yeddi möcüzəsi (FOTO)"Royal Series" qoruqlarından biri olan Bradford-Pennins, Böyük Britaniyanın təbii irsinin qorunması, biomüxtəlifliyin artırılması və yerli icmaların təbiətə çıxışının yaxşılaşdırılması təşəbbüsünün bir hissəsidir. 1272 hektarlıq ərazi Bronte bacılarının yaşadığı bölgədə yerləşir. Burada dalğalı torpaqlar, küləklə cilalanmış qayalıqlar və uzaq mənzərələr ilə sakit, dramatik peyzaj hakimdir. Yeni marşrutlar Hovart, Stanberi və Thornton kimi qədim kəndləri birləşdirir, orta əsr körpülərinə, gizli şəlalələrə və qədim publara aparır.

Cemila, Əlcəzair

2026-cı ildə ziyarət etməyə dəyər dünyanın yeddi möcüzəsi (FOTO)Əlcəzair Afrika qitəsinin ən böyük ölkəsi olsa da, illər boyu qeyri-sabitlik onu ən az ziyarət olunan ölkələrdən birinə çevirdi. Şimalda isə Roma dövründən qalma Djemila qalıqları turistlər üçün əsas cazibədir. İmperator Septimius Sever tərəfindən qurulan bu şəhər forumlar, bazilikalar və qapıları ilə günümüzə qədər gəlib çıxıb. Arxeoloqlar qeyd edirlər ki, qalıqların yalnız 40%-i hazırda qazılıb.

Farer Adaları

2026-cı ildə ziyarət etməyə dəyər dünyanın yeddi möcüzəsi (FOTO)Turistlər burda puffin quşlarını müşahidə edə, sahil boyunca kayakla səyahət edə və ya Gasadalur və Saksun kimi kəndləri kəşf edə bilərlər. Qastronom turizmi üçün isə baş şəhər Torshavnda dünya səviyyəli restoranlar mövcuddur. Michelin ulduzlu Raest restoranı ada ləzzətlərini - spərdil və skerpikiet - meşədən yığılmış yosunlar, dəniz kirpiləri və langustinlərlə təqdim edir.

Riçtersveld, Cənubi Afrika

2026-cı ildə ziyarət etməyə dəyər dünyanın yeddi möcüzəsi (FOTO)Qeyri-adi, ay mənzərəsini xatırladan ərazi, qumtaşı və qranitlərlə örtülüb, bəzəkli nadir bitkilər və leopar izləri ilə zəngindir. Namibiya sərhədinə yaxın yerləşir və Cənubi Afrikanın ən uzaq guşələrindən biridir. Burada aslan yoxdur, lakin digər cazibədar təbiət möcüzələri var. Parkdakı daş üzərindəki surətlərin yaşı 200-dən 10.000 ilə qədər hesablanır.

El-İmpossible Milli Parkı, Salvador

2026-cı ildə ziyarət etməyə dəyər dünyanın yeddi möcüzəsi (FOTO)Mərkəzi Amerikada az tanınan təbii ərazi - dərin kanyonlar, nadir puma və şəlalələrlə zəngindir. Əsas görməli yer fermerlərin qəhvə məhsullarını buludlarla örtülmüş zirvələrdən Akajutla limanına daşıdığı təhlükəli yoludur. Bu səkkiz saatlıq yol dar izləri və uçurumlarla doludur. İndi sadə bir körpü tikilib, lakin fermerlər hələ də qəhvə karvanlarını buradan keçirdirlər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1331   Tarix: 19 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr
.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr
.

Havasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın

İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav

11 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr
.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr
.

Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər

Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni

11 oktyabr
.

Qız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi

Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi

4 oktyabr