Keniyada torpağın altında yatan sərvət: Gündəlik hədəf 30 qram...

Keniyada torpağın altında yatan sərvət: Gündəlik hədəf 30 qram...Şərqi Afrika ölkəsi Keniyanın qərbində yerləşən Kakameqa bölgəsində minlərlə aztəminatlı kənd sakini dolanışığını təmin etmək üçün primitiv üsullarla qızıl hasil edir.

Qaynarinfo xəbər verir ki, 1900-cü illərin əvvəllərindən istifadə olunan köhnə mədən ocaqlarında çalışan sakinlər böyük risklərə gedərək yerin metrlərlə dərinliyində qazıntılar aparırlar.

Bölgədə qızıl axtarışı həm yoxsulluqla mübarizə aparan yerli əhali üçün ümid mənbəyinə çevrilib, həm də milyardlarla dollar dəyərində ehtiyatlara görə qlobal şirkətlərin maraq göstərdiyi strateji sahə kimi ön plana çıxıb.

Köhnə mədən sahələrini yenidən işlədən kiçik sahibkarlar 15-20 metr dərinliyə endiklərini, bəzi nöqtələrdə isə 50 metrə çatan tunelləri taxta dayaqlarla saxladıqlarını bildirirlər.

Qazılan qaya parçaları vedrələrlə yer səthinə çıxarılır. Yerüstü sahədə isə əksəriyyəti qadınlardan ibarət işçilər iri qaya parçalarını çəkiclərlə xırdalayaraq çınqıl ölçüsünə salırlar. Günlərlə davam edən sındırma prosesindən sonra daşlar maşınlarda üyüdülərək qum halına gətirilir.

Qızıl axtarışının ən kritik və təhlükəli mərhələsi qum halına salınmış materialın emalı zamanı baş verir. Qadın işçilər qumu kiçik ləyənlərdə civə qatılmış su ilə yuyaraq qızıl mineralını ayırırlar.

Əldə olunan gümüşü rəngli xam qızıl odun kömürü ocağında qızdırılaraq saflaşdırılır. Qızdırma prosesindən sonra sarı rəng alan qızıl satışa hazır vəziyyətə gətirilir. Lakin civədən istifadə həm sağlamlıq, həm də ətraf mühit üçün ciddi risklər yaradır.

Mədəndə çalışan işçilər bildirirlər ki, uğurlu günlərdə təxminən 30 qram xam qızıl hasil etmək mümkündür. İstehsal olunan qızılın hər qramı 30-40 dollar arasında dəyişən qiymətlərlə vasitəçilər üzərindən xarici şirkətlərə satılır.

Keniyada qızıl ticarəti ilə bağlı yetərli tənzimləmələrin olmaması kiçik istehsalçıların birbaşa bazara çıxışını çətinləşdirir və onların vasitəçilərdən asılılığını artırır.

Kakameqa bölgəsi yalnız kiçik miqyaslı mədənçilərin deyil, beynəlxalq şirkətlərin də diqqət mərkəzindədir. Britaniyanın "Acacia Mining" mədən şirkəti 2017-ci ilin fevralında bölgədə 1,3 milyon uns həcmində, təxminən 1,7 milyard dollar dəyərində qızıl ehtiyatı aşkar etdiyini açıqlamışdı. Bu ehtiyat Afrikada son illərin ən böyük kəşflərindən biri hesab olunur.

Bununla yanaşı, "Shanta Gold Kenya Limited" şirkəti Lirhanda Korridor bölgəsində 5,28 milyard dollar dəyərində yeni qızıl ehtiyatının tapıldığını elan edib. Kakameqa və Vihiga bölgələrini əhatə edən 1.200 kilometrlik mineral qurşaqda yerləşən bu ərazinin yüksək tərkibli filiz ehtiva etdiyi bildirilir.

Şirkətin 2026-cı ildə mədən və emal zavoduna investisiya üçün təxminən 208 milyon dollar xərcləməsi planlaşdırılır.

Kakameqada yerli əhali metrlərlə dərinlikdə həyat mübarizəsi apararkən, bölgənin altında yerləşən milyardlarla dollarlıq ehtiyat qlobal mədən şirkətlərinin marağını cəlb etməyə davam edir. Kiçik miqyaslı hasilatla sənaye mədənçiliyi arasındakı böyük iqtisadi fərq isə bölgədə sosial və iqtisadi müzakirələri daha da gücləndirir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1747   Tarix: 20 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı

ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd

20 sentyabr
.

Kim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"

ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd

20 sentyabr
.

Trampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi

ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd

20 sentyabr
.

Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı

Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məluma

22 sentyabr
.

İlk Homo sapiensin üzü necə görünürdü?

Bir vaxtlar Afrika neandertalı hesab edilən Cəbəl İrhud fosilləri bu gün ən qədim Homo sapiens nümunələri arasında göstərilir. Müxtəlif fərdlərə aid hissələrin rəqəmsal şəkildə birləşdirilməsi ilə hazırlanmış yeni model ilk əcdadlarımızın üzünün necə göründüyünə dair diqqətçəkən təsəvvür yaradır. Qaynarinf

22 sentyabr
.

Si Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək

Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq

21 sentyabr
.

Qazaxıstan və Britaniya ticarəti genişləndirmək və birgə layihələrə başlamaq niyyətindədir

Qazaxıstan və Böyük Britaniya ticarət, kritik əhəmiyyətli mineralların emalı, sənaye, energetika və logistika sahələrində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. "Report"un yerli bürosunun Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinə istinadən verdiyi məlumata görə, bu məsələləri qurumu

22 sentyabr
.

Sərxoş qadın ərini oxlovla döyüb öldürdü

Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü

20 sentyabr
.

Nobel mükafatının məbləği artırıldı

Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb

20 sentyabr