Ağıllı köməkçi, yaxud təhlükəli illüziya - ChatGPT haqqında həqiqət
Süni intellekt həyatın müxtəlif sahələrinə sürətlə inteqrasiya olunur. Stil və psixologiyadan sonra indi də sağlamlıq mövzusu gündəmə gəlib. OpenAI şirkəti ChatGPT Health adlı yeni bölməni istifadəyə verib. Bu format istifadəçilərin analiz nəticələri, əlamətlər və sağlam həyat tərzi ilə bağlı suallarını daha sistemli şəkildə cavablandırmaq üçün nəzərdə tutulub.
Məlumata görə, hər gün milyonlarla insan ChatGPT-yə dərmanlar, tibbi terminlər və özünü necə hiss etməsi ilə bağlı suallar ünvanlayır. Artan maraq fonunda yaradılan ChatGPT Health onlayn diaqnostika xidməti deyil və həkim müayinəsini əvəz etmir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, platformanın əsas məqsədi pasiyentlərin həkim qəbuluna daha hazırlıqlı gəlməsinə kömək etməkdir.
Xidmət analiz nəticələrinin izahı, əlamətlərin strukturlaşdırılması, həkimə veriləcək sualların hazırlanması və sağlamlıq göstəricilərinin dinamikasının izlənməsi kimi funksiyalara fokuslanır.
Ekspertlər qeyd edirlər ki, bu yanaşma qəbul prosesini daha məhsuldar edə bilər. Belə ki, həkim əsas anlayışları izah etməyə daha az vaxt sərf edir və diqqət pasiyentin real ehtiyaclarına yönəlir. Eyni zamanda birgə qərarvermə prosesi də asanlaşır.
Bununla yanaşı, mütəxəssislər risklərə də diqqət çəkirlər. Bildirilir ki, süni intellektə həddindən artıq etibar təhlükəlidir. ChatGPT cavabları "ikinci tibbi rəy" kimi qəbul edilməməlidir. Alqoritm istifadəçini görmür, səs tonunu və fərdi tibbi konteksti bilmir.
Qeyd olunur ki, ChatGPT tibbi terminləri izah edə və istifadəçiyə düzgün suallar formalaşdırmağa kömək edə bilər. Lakin diaqnoz qoymaq, xəstəliyin gedişini proqnozlaşdırmaq və konkret müalicə planı tövsiyə etmək onun funksiyası deyil. Tibbi qərarlar mütləq həkim tərəfindən təsdiqlənməlidir.
Məxfilik məsələsi də xüsusi vurğulanır. Platformaya daxil edilən məlumatlar tibbi sirr qanunları ilə qorunan həkim-pasiyent münasibətinə daxil deyil.
Ekspertlərin proqnozuna görə, yaxın 5 ildə süni intellekt tibbin mərkəzi deyil, yardımçı aləti olacaq. Həkimlər sənədləşmə və məlumat analizində AI-dən istifadə edəcək, pasiyentlər isə onu şəxsi sağlamlıq köməkçisi kimi görəcəklər. Lakin etibar, empatiya və klinik qərarvermə insan faktorunun əsas üstünlüyü olaraq qalacaq.
Mütəxəssislər xüsusilə psixi sağlamlıq, reproduktiv sağlamlıq, psixoaktiv maddələrdən istifadə, HİV statusu və genetik məlumatlar kimi həssas mövzularda daha diqqətli olmağa çağırırlar.
Beləliklə, ChatGPT Health tibbi məlumatın daha əlçatan olmasına töhfə verə bilər. Ancaq o, həkimi əvəz etmir və klinik məsuliyyət daşımır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1124 Tarix: 20 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dadına görə yeyilmir, amma...
Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind
7 sentyabr 2021Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO
Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq
14 sentyabr 2021İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO
Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:
15 sentyabr 2021Kosmosa uçanların - FOTOLARI
Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar
18 sentyabr 2021Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy
8 sentyabr 2021Əkiz bəylər əkiz gəlinlərlə evləndi
Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar
6 sentyabr 2021Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO
Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb
10 sentyabr 2021Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA
MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur
14 sentyabr 2021