ABŞ Səudiyyə Ərəbistanına altı "uçan radar" yerləşdirib

ABŞ Səudiyyə Ərəbistanına altı "uçan radar" yerləşdiribABŞ son günlərdə Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına ümumilikdə 6 "E-3C Sentry AWACS" uzaqdan radiolokasiya aşkarlayıcı və idarəetmə təyyarəsi yerləşdirib.

Oxu.Az-ın xəbərinə görə, bunu "Flightradar24" aviasiya resursunun məlumatları göstərir.

Təyyarələrin sonuncu cütlüyü ötən gün ABŞ-dən transatlantik uçuşdan sonra Səudiyyə Ərəbistanına çatıb. Çinin "MizarVision" peyk məlumatları provayderi Səudiyyə Ərəbistanı aviabazasından fotolar dərc edib ki, orada altı təyyarənin hamısı əks olunub.

"Boeing E-3C" təyyarəsi havadan komandanlığı və idarəetmə sisteminin əsasını təşkil edir və genişmiqyaslı hava əməliyyatlarını idarə etməyə, qırıcı təyyarələrin, tanker təyyarələrin və kəşfiyyat platformalarının hərəkətlərini koordinasiya etməyə (əlaqələndirməyə), eləcə də yüzlərlə kilometr məsafədə düşmən təyyarələri barədə erkən xəbərdarlıq etməyə qadirdir. "Itamilradar" portalının qeyd etdiyi kimi, indi aydındır ki, bölgəyə çox sayda döyüş aviasiyasının yerləşdirilməsinin davam etməsi fonunda ABŞ təkcə zərbə gücünü artırmaqla qalmayıb, həm də döyüş əməliyyatları şərtlərində onun tam şəkildə idarəetmə sistemini yaradır.

Qərb mediasının məlumatına görə, bir çox analitiklər AWACS təyyarələrinin Yaxın Şərqə gəlməsini ABŞ-nin İrana qarşı hərbi əməliyyat keçirməsi üçün lazım olan son "çatışmayan elementlərdən" biri kimi görürlər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 411   Tarix: 21 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

The Spectator: "Ukrayna və İran müharibələri bir-birinə qarışmağa başlayır"

Ukrayna ilə Rusiya arasında davam edən müharibə və İran ətrafında artan gərginlik artıq ayrı-ayrı böhranlar deyil. "The Spectator" yazır ki, son hadisələr bu iki münaqişənin getdikcə bir-birinə bağlandığını göstərir. Nəşrin təhlilinə görə, Ukraynanın Xəzər dənizində İranla əlaqəli hədəflər

4 avqust
.

Dünya istilərlə mübarizə aparır, Yeni Zellandiyada qar yağır - Məktəblər bağlandı

Dünyanın bir çox bölgəsində rekord istilər müşahidə olunduğu bir vaxtda, Yeni Zellandiyada Antarktidadan gələn soyuq hava axını dəniz səviyyəsinədək qar yağmasına səbəb olub. Qaynarinfo xəbər verir ki, bu barədə yerli KİV-lərə istinadən "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, Antarktidada

4 avqust
.

1851-ci il: Tarixin ilk Günəş tutulması fotosu necə çəkildi?

Fotoqrafiyanın hələ inkişafının ilkin mərhələsində olduğu XIX əsrin ortalarında qaranlıqda qalan səma cismini görüntüləmək demək olar ki, mümkünsüz sayılırdı. Lakin 28 iyul 1851-ci il tarixində bu təsəvvür tamamilə dəyişdi. Qaynarinfo xəbər verir ki, Kanada sərhədlərindən başlayaraq Rusiya imperiyasın

4 avqust
.

İsrail-Livan danışıqları bu tarixdə bərpa oluna bilər

Romada İsrail və Livan nümayəndə heyətləri arasında danışıqlar yeni bir gərginləşmə mərhələsindən sonra avqustun 6-da bərpa oluna bilər. Bu barədə "Associated Press"ə istinadən xəbər verir. Qeyd edilib ki, İsrail və Livan arasında danışıqların əvvəlki mərhələsi son dərəcə məhsuldar olub.Tərəflə

6 avqust
.

The Guardian: "Çin Sakit okeanda yeni raket sınağı keçirib"

Çin Sakit okean regionunda uzaqmənzilli raket sınağı həyata keçirib. The Guardian-a istinadən xəbər verir ki, hadisə Avstraliya və bəzi regional ölkələr tərəfindən təhlükəsizlik baxımından narahatlıqla qarşılanıb. Sınağın Pekinin hərbi imkanlarını, xüsusilə uzaqmənzilli zərbə qabiliyyətlərini nümayi

6 avqust
.

The Times: "Süni intellekt dövründə təhsil sistemi dəyişməlidir"

Böyük Britaniyanın The Times nəşrində dərc olunan məqalədə müəllimlər və təhsil mütəxəssisləri bildirirlər ki, mövcud imtahan yönümlü təhsil modeli artıq müasir dövrün tələblərinə tam cavab vermir. Onların fikrincə, məktəblər yalnız akademik biliklər deyil, həm də şagirdlərdə emosional intellekt, ünsiyyə

5 avqust
.

ABŞ Braziliya səfirinin vizasını ləğv etdi

ABŞ Dövlət Departamenti Braziliyanın Vaşinqtondakı səfirinin vizasını ləğv edib və bu, iki ölkə arasında diplomatik böhranı daha da dərinləşdirib. xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. "Bu, Braziliyanın yeni ABŞ səfirinin təsdiqini təxirə salmaq və bir sır

5 avqust
.

MakQreqor əməliyyat olunub

Mütləq Döyüşçü Çempionatının (UFC) keçmiş çempionu - irlandiyalı əlbəyaxa döyüş sənətləri ustası Konor MakQreqor ayağından uğurlu əməliyyat olunub. xəbər verir ki, bu barədə o, özü "Instagram" səhifəsində məlumat verib. "Əməliyyat ideal keçib. Mən buna əminəm", -deyə MaqQreqor yazı

6 avqust
.

ABŞ-İran müharibəsində yeni mərhələ: Vaşinqton danışıqları davam etdirir, Tehran isə hədələrini sərtləşdirir

ABŞ ilə İran arasında beş aydır davam edən qarşıdurma fonunda diplomatik səylər sürətlənsə də, bölgədə hərbi gərginlik hələ də yüksək olaraq qalır. Reuters-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası Tehranla aparılan danışıqlarda irəliləyiş olduğunu bəyan edib. Eyni zamand

6 avqust