Suriyanın hökumət qüvvələri Əl-Qamışlı hava limanına nəzarəti ələ keçirib
Suriyanın Mülki Aviasiya və Hava Nəqliyyatı İdarəsi Türkiyə ilə sərhəddə yerləşən Əl-Həsəkə vilayətinin Əl-Qamışlı şəhərindəki beynəlxalq hava limanına nəzarəti ələ keçirib.
"Report" SANA agentliyinə istinadən xəbər verir ki, bu, idarənin teleqram kanalında yayılan bəyanatda qeyd olunub.
Bu addım Suriya hökuməti ilə "Suriya Demokratik Qüvvələri" (SDQ) arasında bağlanmış sazişin icrası çərçivəsində atılıb.
"Departament rəhbərləri hava limanının istismar, texniki və inzibati imkanlarını qiymətləndirmək, həmçinin mülki aviasiya sahəsində ən yüksək beynəlxalq standartlara uyğun olaraq fəaliyyətin bərpası mexanizmlərini müzakirə etmək üçün hava limanını ziyarət ediblər", - məlumatda deyilir.
Xatırladaq ki, cari ilin yanvarında Suriya Prezidenti Əhməd əş-Şaraa və SDQ komandanı Mazlum Abdi razılığa gəliblər ki, qruplaşmanın döyüşçüləri hökumət qüvvələrinin tərkibinə daxil olacaq, onların Suriyanın şimal-şərqində yaratdıqları özünüidarə institutları isə Suriya dövlət strukturlarının bir hissəsi olacaq. Sənədə əsasən, Rumeylan və Əs-Suveydadakı neft yataqları, Əl-Qamışlı hava limanı və bütün sərhəd keçid məntəqələri Dəməşqin nəzarətinə keçir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 395 Tarix: 22 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
1851-ci il: Tarixin ilk Günəş tutulması fotosu necə çəkildi?
Fotoqrafiyanın hələ inkişafının ilkin mərhələsində olduğu XIX əsrin ortalarında qaranlıqda qalan səma cismini görüntüləmək demək olar ki, mümkünsüz sayılırdı. Lakin 28 iyul 1851-ci il tarixində bu təsəvvür tamamilə dəyişdi. Qaynarinfo xəbər verir ki, Kanada sərhədlərindən başlayaraq Rusiya imperiyasın
4 avqustABŞ Braziliya səfirinin vizasını ləğv etdi
ABŞ Dövlət Departamenti Braziliyanın Vaşinqtondakı səfirinin vizasını ləğv edib və bu, iki ölkə arasında diplomatik böhranı daha da dərinləşdirib. xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. "Bu, Braziliyanın yeni ABŞ səfirinin təsdiqini təxirə salmaq və bir sır
5 avqustMakQreqor əməliyyat olunub
Mütləq Döyüşçü Çempionatının (UFC) keçmiş çempionu - irlandiyalı əlbəyaxa döyüş sənətləri ustası Konor MakQreqor ayağından uğurlu əməliyyat olunub. xəbər verir ki, bu barədə o, özü "Instagram" səhifəsində məlumat verib. "Əməliyyat ideal keçib. Mən buna əminəm", -deyə MaqQreqor yazı
6 avqustHüseyn Həsənov qiyabi olaraq dörd il həbs cəzasına məhkum edildi
Moskvanın Presnenski Rayon Məhkəməsi Azərbaycan əsilli bloger Hüseyn Həsənovu çirkli pulların leqallaşdırılması işi üzrə qiyabi olaraq 4 il müddətinə azadlıqdan məhrum edib. Qaynarinfo xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı məlumat yayıb. Məhkəmənin qərarına əsasən, bloger
4 avqust18 yaşında universitet professoru oldu - 306 illik rekord
ABŞ-də yaşayan Natan Tomas cəmi 18 yaş 346 günlüyündə universitet professoru kimi fəaliyyətə başlayaraq, "Ginnesin Rekordlar Kitabı"na düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı" təşkilatı açıqlama yayıb. Bildirilir ki, Tomas 2023-cü ilin avqustund
6 avqust