Fridrix Merts rüsumları müzakirə etmək üçün Vaşinqtona gedəcək

Fridrix Merts rüsumları müzakirə etmək üçün Vaşinqtona gedəcəkAlmaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla rüsumlarla bağlı dəyişən vəziyyəti müzakirə etmək üçün Vaşinqtona gedəcəyini elan edib.

"Report" xəbər verir ki, Merts bunu Ştutqartda Xristian-Demokrat İttifaqının qurultayı başa çatdıqdan sonra ARD telekanalına müsahibəsində bildirib.

"Bu, çoxlarının gözlədiyi maraqlı qərardır: Vaşinqtondakı Ali Məhkəmə administrasiyaya gömrük siyasəti məsələlərində onun səlahiyyətlərinin hüdudlarını göstərib", - Merts deyib və hökmün sektoral rüsumlara deyil, ümumi tarif dərəcəsinə aid olduğunu dəqiqləşdirib.

Kanslerin sözlərinə görə, ABŞ Prezidenti ilə danışıqlardan əvvəl "tamamilə aydın Avropa mövqeyi" hazırlamaq məqsədilə Avropa İttifaqı (Aİ) ilə məsləhətləşmələr aparılacaq. "Gömrük siyasəti ayrı-ayrı üzv dövlətlərin deyil, Avropa İttifaqının səlahiyyətidir. Mən Vaşinqtona razılaşdırılmış Avropa mövqeyi ilə gedəcəyəm", - Kansler davam edib.

"İlk növbədə bu (rüsumlar - red.), onları tətbiq edən ölkəyə ziyan vurur", - hökumət başçısı vurğulayıb. Onun sözlərinə görə, Almaniya da yük altındadır, çünki daha az mal göndərir. "Lakin nəticədə ABŞ-də istehlakçılar daha çox ödəməli olur", - Merts izah edib və Amerika məhkəməsinin hökmünü müsbət xəbər adlandırıb. "Görünür ABŞ-də hakimiyyət qollarının bölünməsi hələ də fəaliyyət göstərir və bu, yaxşı xəbərdir", - o yekunlaşdırıb.

"Bild" qəzetinin məlumatına görə, Kansler martın əvvəlində ABŞ-yə səfər edəcək və Prezident Donald Trampla görüşəcək. Ağ Evdə görüş martın 3-nə planlaşdırılıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 284   Tarix: 22 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-İran müharibəsində yeni mərhələ: Vaşinqton danışıqları davam etdirir, Tehran isə hədələrini sərtləşdirir

ABŞ ilə İran arasında beş aydır davam edən qarşıdurma fonunda diplomatik səylər sürətlənsə də, bölgədə hərbi gərginlik hələ də yüksək olaraq qalır. Reuters-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası Tehranla aparılan danışıqlarda irəliləyiş olduğunu bəyan edib. Eyni zamand

6 avqust
.

Dünya istilərlə mübarizə aparır, Yeni Zellandiyada qar yağır - Məktəblər bağlandı

Dünyanın bir çox bölgəsində rekord istilər müşahidə olunduğu bir vaxtda, Yeni Zellandiyada Antarktidadan gələn soyuq hava axını dəniz səviyyəsinədək qar yağmasına səbəb olub. Qaynarinfo xəbər verir ki, bu barədə yerli KİV-lərə istinadən "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, Antarktidada

4 avqust
.

1851-ci il: Tarixin ilk Günəş tutulması fotosu necə çəkildi?

Fotoqrafiyanın hələ inkişafının ilkin mərhələsində olduğu XIX əsrin ortalarında qaranlıqda qalan səma cismini görüntüləmək demək olar ki, mümkünsüz sayılırdı. Lakin 28 iyul 1851-ci il tarixində bu təsəvvür tamamilə dəyişdi. Qaynarinfo xəbər verir ki, Kanada sərhədlərindən başlayaraq Rusiya imperiyasın

4 avqust
.

ABŞ Braziliya səfirinin vizasını ləğv etdi

ABŞ Dövlət Departamenti Braziliyanın Vaşinqtondakı səfirinin vizasını ləğv edib və bu, iki ölkə arasında diplomatik böhranı daha da dərinləşdirib. xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. "Bu, Braziliyanın yeni ABŞ səfirinin təsdiqini təxirə salmaq və bir sır

5 avqust
.

MakQreqor əməliyyat olunub

Mütləq Döyüşçü Çempionatının (UFC) keçmiş çempionu - irlandiyalı əlbəyaxa döyüş sənətləri ustası Konor MakQreqor ayağından uğurlu əməliyyat olunub. xəbər verir ki, bu barədə o, özü "Instagram" səhifəsində məlumat verib. "Əməliyyat ideal keçib. Mən buna əminəm", -deyə MaqQreqor yazı

6 avqust
.

Hüseyn Həsənov qiyabi olaraq dörd il həbs cəzasına məhkum edildi

Moskvanın Presnenski Rayon Məhkəməsi Azərbaycan əsilli bloger Hüseyn Həsənovu çirkli pulların leqallaşdırılması işi üzrə qiyabi olaraq 4 il müddətinə azadlıqdan məhrum edib. Qaynarinfo xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı məlumat yayıb. Məhkəmənin qərarına əsasən, bloger

4 avqust
.

Avropada pensiya yaşı artırılacaq: Hansı ölkələrdə insanlar daha çox işləyəcək?

Avropa İttifaqı ölkələrində 2060-cı illərin sonunadək pensiya yaşının əhəmiyyətli dərəcədə artırılması gözlənilir. Qaynarinfo "Euronews"a istinadən xəbər verir ki, kişilər üçün orta pensiya yaşı 64,7-dən 66,7 yaşa, qadınlar üçün isə 64-dən 66,6 yaşa yüksələcək. Gözlənilir ki, Avropa ölkələrini

4 avqust
.

İnsanların əvvəllər məlum olmayan əcdadları olub - Təkamülün yeni sirləri

Müasir insanlar neandertallar və denisovalılarla yanaşı, əvvəllər məlum olmayan iki sirli "kölgə nəsli" ilə də qarışıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Sci.News" nəşri Kaliforniya Universitetinin Berkli kampusunun rəhbərliyi ilə aparılan yeni araşdırmaya istinadən məluma

5 avqust
.

18 yaşında universitet professoru oldu - 306 illik rekord

ABŞ-də yaşayan Natan Tomas cəmi 18 yaş 346 günlüyündə universitet professoru kimi fəaliyyətə başlayaraq, "Ginnesin Rekordlar Kitabı"na düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı" təşkilatı açıqlama yayıb. Bildirilir ki, Tomas 2023-cü ilin avqustund

6 avqust