Tramp idxal rüsumlarını 15 %-ə qaldırıb
ABŞ Prezidenti Donald Tramp bütün ölkələr üçün idxal rüsumlarını 10 %-dən 15 %-ə qaldırmaq qərarına gəlib.
"Report"un məlumatına görə, o, bunu "Truth Social" sosial şəbəkəsində yazıb.
"ABŞ Ali Məhkəməsi tərəfindən dünən, aylarla davam edən müzakirələrdən sonra verilən gülünc və dərin mənada Amerikaya zidd olan tarif qərarının hərtərəfli nəzərdən keçirilməsinə əsaslanaraq, xahiş edirəm, bu açıqlamanı rəsmi bildiriş hesab edəsiniz ki, mən, Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dərhal qüvvəyə minən və ölkələrə tətbiq edilən 10 % qlobal tarifləri tam səlahiyyətli və qanuni olaraq etibarlı olan 15 %-ə qaldırıram", - paylaşımda bildirilir.
Onun sözlərinə görə, növbəti bir neçə ay ərzində Vaşinqton administrasiyası əvvəllər heç vaxt görünməmiş səviyyədə olan "Amerikanı yenidən böyük etmək üçün uğurlu proses"i davam etdirəcək yeni, qanuni olaraq icazə verilən tarifləri müəyyənləşdirəcək və tətbiq edəcək.
Tramp bir gün əvvəl bütün ölkələrdən idxala 10 % tarif tətbiq edən icra sərəncamının imzalandığını elan edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 283 Tarix: 22 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arıların insan üzünü tanımaq və fərqləndirmək qabiliyyəti aşkarlandı
Alimlər ayrı-ayrı arılara konkret insan üzünün fotoşəklini seçməyi və digər oxşar təsvirlərdən qaçınmağı öyrədiblər. xəbər verir ki, bu barədə məlumat yayıb. Məlumata görə, düzgün seçimə görə həşəratlar bir damcı şəkər siropu, səhvə görə isə acı xinin suyu alırdılar. Mükafatsız keçirilən həlledici testd
14 iyunRusiyanın Ukraynaya hücumları zamanı ölən və yaralananlar var
Ötən sutka ərzində Rusiya hərbçilərinin Ukraynanın Sumı və Zaporojye vilayətlərinə endirdiyi zərbələr nəticəsində üç nəfər ölüb, yeddi nəfər xəsarət alıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. "Ötən sutka ərzində Sumı vilayətini
14 iyunPentaqon üçüncü dəfə məxfilikdən çıxarılan UNO materiallarını yayımlayıb
ABŞ-nin Müharibə Nazirliyi uçan naməlum obyektlər - anomal hadisələr haqqında üçüncü dəfə məxfilikdən çıxarılan materialları yayımlayıb. "Report"un məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnell açıqlama verib. "Müharibə Nazirliyi üçüncü dəfə naməlum anomal hadisələ
13 iyunStarmer: İstefaya getməyəcəm, ölkəni yeni seçki xaosuna sürükləmək olmaz
Böyük Britaniya hökumətinin başçısı Kir Starmer ölkəni yeni seçki xaosuna sürükləməmək üçün istefa vermək niyyətində olmadığını bəyan edib. "Report"un məlumatına görə, baş nazir bunu BBC-yə müsahibəsində bildirib. "İstefaya getmək niyyətində deyiləm. Biz ölkəni lider seçkiləri xaosun
14 iyunRusiyada dron hücumundan sonra yanacaq anbarları yanıb
Rusiyanın Yaroslavl vilayətində dronlar yanacaq saxlamaq üçün nəzərdə tutulmuş sənaye obyektlərini vurub, nəticədə yanğın baş verib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu regionun qubernatoru Mixail Yevrayev açıqlayıb. "Pilotsuz uçuş aparatlarının əksəriyyəti vurulub
14 iyun"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
"Uzbekistan Airways" aviaşirkəti Rusiyanın şəhərlərinə uçuşların sayını azaldır. Bu barədə aviaşirkətin mətbuat xidmətinə istinadən xəbər verir. Aviadaşıyıcının məlumatında qeyd olunub ki, bu qərar aviasiya yanacağının çatışmazlığı və bahalaşması səbəbindən qəbul edilib. "Ləğv edilmi
13 iyun