Faciəli şəkildə həlak olan yanğınsöndürənin atası: "Gözləyirdik ki, işdən gələcək" - VİDEO
Salyan rayonunda yanan avtomobili söndürən iki nəfəri maşın vurub. Biri ölüb, digəri xəsarət alıb.
Hadisə nəticəsində 42 yaşlı yanğınsöndürən Hakim Piriyev həlak olub.
Mərhumun anası Şərqiyyə Piriyeva hadisə barədə Baku TV-yə danışarkən göz yaşlarını saxlaya bilməyib:
"Mənə dedilər ki, əzilib. İşdə olub, əzilib. Balam sevinə-sevinə maşın aldı, maşınla balalarını məktəbə aparıb gətirirdi, sevinə-sevinə işə gedirdi. Balamı gözümlə gördüm meyitxanada. Gözlərim görməyəydi".
Mərhumun atası Şahlar Piriyev isə baş verənlərlə bağlı bunları deyib:
"Gözləyirdik, işdən gələcəkdi. Həmişə gəlirdi, gözləyirdik. Gəlib çatmadı".
Hadisə zamanı Salyan rayonunun Xocalı kənd sakini, 37 yaşlı Elşən Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ambulator müalicə üçün evə buraxılan Elşən Tağıyev hadisəni belə xatırlayır:
"Səhər saatlarında yanğın hadisəsi ilə bağlı məlumat daxil oldu. Hava dumanlı olduğu üçün hadisə baş verdi. Yanğını söndürürdük, o da bərk gəldi, vurdu bizi".
20 ilə yaxın müddətdə Fövqəladə Hallar Nazirliyinin müvafiq bölməsində xidmət edən Hakim Piriyev peşəsinə sadiq xilasedici kimi tanınıb.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1544 Tarix: 22 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrBakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində
3 oktyabrTovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
3 oktyabrGəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrMəşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
3 oktyabr