Qonşular azyaşlının ağlamaq səsinə görə evlərinə hücum edib uşağın başını yardılar - VİDEO

Qonşular azyaşlının ağlamaq səsinə görə evlərinə hücum edib uşağın başını yardılar - VİDEOYalovanın Çınarcık rayonunda qonşular arasında "uşaq səsi" üstündə yaranan mübahisə ağır zorakılıq hadisəsinə çevrilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 34 yaşlı Muhammed Baca və qucağındakı 14 aylıq qızı İkra qonşularının dəyənəklə hücumuna məruz qalıb. Nəticədə atanın burnu sınıb, azyaşlının isə kəllə sümüyündə çat əmələ gəlib.

Hadisə Çınarcık rayonunun Esenköy qəsəbəsində baş verib. Məlumata görə, Baca ailəsi təxminən bir il əvvəl 4 övladı ilə birlikdə yeni aldıqları evə köçüb. Eyni binada yaşayan digər ailə ilə uşaqların ağlamaq səsinə görə tez-tez mübahisələr yaşanıb. Bildirilir ki, tərəflər arasındakı gərginlik zaman-zaman təhdid həddinə qədər yüksəlib.

Son olaraq fevralın 20-də baş verən insident zamanı Muhammed Baca 14 aylıq qızı İkranı qucağında saxladığı anda Şener E. adlı şəxs tərəfindən dəyənəklə vurulduğu iddia edilir. Hücum nəticəsində ata ağır xəsarət alıb, körpənin isə kəllə sümüyündə çat yaranıb.

Yaralı ata və övladı dərhal Yalova Eğitim ve Araştırma Hastanesi xəstəxanasına çatdırılıb və müalicə altına alınıb.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, ata və azyaşlıya qarşı zor tətbiq etməkdə şübhəli bilinən şəxs saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 838   Tarix: 23 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ! Qəzadan sağ çıxdı, maşından düşəndə TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib

11 oktyabr
.

Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto

Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl

12 oktyabr
.

14 yaşlı qız dəm qazından öldü

Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm

12 oktyabr
.

Stres oyuncağı partladı: 11 yaşlı uşağın ayağında ikinci dərəcəli yanıq yarandı - VİDEO

Ankarada imtahan uğuruna görə hədiyyə edilən stres oyuncağı 11 yaşlı Furkan Seçkinin əlində partlayıb. xarici mediaya istinadla xəbər verir ki, oyuncağın içindəki gelin uşağın dərisinə təmas etməsi nəticəsində ayağında ikinci dərəcəli yanıq və qızartı yaranıb. Hadisədən sonra xəstəxanaya aparılan Furkanı

29 sentyabr
.

Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı

Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində

3 oktyabr
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

3 oktyabr
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl

4 oktyabr
.

Gəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu

Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi

11 oktyabr
.

Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video

Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]

3 oktyabr