Məşhur blogger girdiyi hovuzdan qupquru çıxdı - VİDEO
Məşhur blogger Ruhi Çenet açıq məkanda həyata keçirdiyi maraqlı təcrübə ilə sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.
Sonxeber.az xəbər verir ki, Çenet bədənini "dünyanın ən yaxşı izolyasiya materialı" kimi təqdim etdiyi aerojel maddəsi ilə örtərək hovuza daxil olub və islanmadığını göstərən görüntüləri paylaşıb.
Təxminən 30 saniyəlik videoda Çenet açıq havada qurulmuş şişmə hovuzun kənarında, boz və metalik görünüşlü örtüklə kamera qarşısına çıxır. Üzərinə çəkilən maddə səbəbilə dərisi parlaq, gümüşü səth təsiri bağışlayır. Kameraya müraciət edərək, "Bu hovuza girəcəyəm və heç islanmayacağam" deyən blogger daha sonra suya daxil olur.
Kadrlarda suyun onun bədəninə toxunduğu anda səthdən sürüşərək uzaqlaşdığı, damcıların yapışmadan axıb getdiyi müşahidə olunur. Hovuzun içində hərəkət edərkən örtüyün daha qabarıq metalik effekt yaratdığı görünür. Çenet videoda bildirir ki, dəri ilə su arasında hava boşluğu yarandığı üçün bu effekt meydana çıxır.
Sudan çıxdıqdan sonra üzərində gözlə görünən yaşlıq izi olmadığı da görüntülərdə əksini tapır. O, suyun soyuqluğunu hiss etmədiyini və tamamilə quru qaldığını vurğulayaraq bunu "möcüzə" adlandırır. Çenet özünü su keçirməz hala gətirən maddənin aerojel olduğunu qeyd edir.
Videonun sonunda aerojelin toz formasını bədəninə tətbiq etdiyi anlar da göstərilir. Paylaşım qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 868 Tarix: 23 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaponlar niyə kökəlmir? - Kömək edən vərdişlər
Yaponların arıq qalmasının sirri möcüzəvi pəhrizdə deyil, sağlam həyat tərzini əks etdirən gündəlik vərdişlərdə gizlənir. Kiçik porsiyalarla qidalanmaq, balanslı rasiona üstünlük vermək, bol balıq və tərəvəz istehlak etmək, hər gün fiziki aktiv olmaq və şirniyyatdan ölçülü istifadə etmək onlara uzu
14 iyunSəyahət üçün Avropanın ən ucuz şəhərləri - Paris və Romadan gözəl
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo 2026-cı il üçün Avropanın ən sərfəli turizm istiqaməti seçilib. xarici mediaya istinadla xəbər verir ki, şəhər "City Cost Barometer 2026" reytinqində araşdırılan 50 Avropa şəhəri arasında birinci olub. Sarayevo zəngin tarixi, fərqli mədəniyyətləri
11 iyunPul xəstəlik yaradırmış - XƏBƏRDARLIQ
Həkimlərin sözlərinə görə, nağd pullar müxtəlif mikroorqanizmlərin daşıyıcısı ola bilər. Bunun əsas səbəbi əskinasların gün ərzində çox sayda insanın əlindən keçməsi və müxtəlif səthlərlə təmasda olmasıdır. Bu risk xüsusilə kağız pullara aiddir. Məsaməli quruluşa malik olan əskinaslar bəzi digər materiallarl
11 iyunAzərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu
"Qəbələ və Şəki şəhərləri Azərbaycana səfər edən turistlər üçün Bakıdan sonra ən populyar istiqamətlərdir". xəbər verir ki, bu barədə TASS agentliyinə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATGA) İdarə Heyətinin sədri Tural Musayev məlumat verib. T.Musayevin sözlərinə görə, bunun əsa
14 iyunİdman ayaqqabılarının arxasındakı halqa BUNUN ÜÇÜN İMİŞ
İdman ayaqqabılarındakı arxa halqa detalı ayaqqabının daha rahat geyilməsini təmin edir, eyni zamanda ayağın içəridə daha yaxşı sabitlənməsinə kömək edir. Xüsusilə qaçış və yürüş zamanı komfortu artıran bu kiçik dizayn elementi ayaqqabının qurudulmasında da praktik istifadə imkanı təklif edir. xəbə
13 iyunToylarla bağlı QƏRAR VERİLDİ
Ankara valiliyi 7-8 iyul tarixlərində keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvəsi ilə əlaqədar təhlükəsizlik tədbirlərini nəzərdə tutan xüsusi qərar yayımlayıb. Türkiyə mətbuatına istinadla bildirir ki, qərara əsasən, zirvə müddətində Altındağ, Çankaya, Etimesgut, Gölbaşı, Keçiören, Mamak, Pursaklar
14 iyunÇörək qabına bunu qoyun - daha gec xarab olacaq
Təzə çörək bir çox insan üçün gündəlik qidalanmanın vacib hissəsidir. Xırtıldayan qabığı, yumşaq içliyi və özünəməxsus ətri səhər yeməyini daha ləzzətli edir. Lakin problem ondadır ki, çörək alındıqdan bir neçə gün sonra bərkiyir, elastikliyini itirir və dadı dəyişə bilir. xəbər verir ki, bir çox insa
14 iyunÇörəyi bu yerdə saxlamaq olmaz: yeganə düzgün ÜSUL
Mütəxəssislərin sözlərinə görə, əgər çörəyi bir neçə gün ərzində yeyəcəksinizsə, onu mətbəx masasının üzərində, otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. Soyuducu süd, pendir və hazır yeməklərin saxlanması üçün nəzərdə tutulsa da, çörək üçün uyğun yer hesab edilmir. xəbər verir ki, soyuduc
14 iyun