Hansı uşaqlara peyvənd vurmaq olmaz? - Pediatr açıqladı

Hansı uşaqlara peyvənd vurmaq olmaz? - Pediatr açıqladıUşaqlara peyvəndlərin vurulub-vurulmaması məsələsi həmişə valideynlər tərəfindən müzakirə edilib. Bir çoxları peyvəndin yan təsirlərindən qorxduğu üçün onu təxirə salmağı, ümumiyyətlə vurdurmamağı da düşünür. Bu gün yayılan xəbərdə azyaşlının peyvənddən sonra dünyasını dəyişdiyi iddia olunur.

Bəs görəsən, hansı hallarda uşaqlara peyvənd vurmaq olmaz? Peyvənddən əvvələr nələr yoxlanılmalıdır?

Həkim-pediatr Şəlalə Poluxova Lent.az-a açıqlamasında bildirib ki, ilkin məlumatlara baxıb, peyvəndin birbaşa ölümə səbəb olduğunu demək tibbi baxımdan doğru deyil:

"Peyvənd son günlərdə cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Ümumiyyətlə, vaksinlər daim müzakirə mövzusu olub, birmənalı qarşılanmayıb. Hər hansısa ölümün səbəbini rəsmi tibbi ekspertiza və araşdırma nəticəsində müəyyən edilə bilər. İlkin məlumatlara baxıb, peyvəndin birbaşa ölümə səbəb olduğunu demək tibbi baxımdan doğru deyil.

Peyvəndlər uzun illərdir ki, dünya praktikasında təbiq olunur. Onların təhlükəsizliyi Ümumdünya Səhiyyə Təşkilatı, CDC (Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi) kimi mühüm beynəlxalq qurumlar tərəfindən davamlı şəkildə monitorinq edilir. Peyvənddən sonra anafilaktik şoklara çox nadir hallarda rast gəlinir. Bu adətən iynə vurulandan sonrakı ilk dəqiqələrdən bir neçə saata qədər özünü göstərə bilir. Buna görə də peyvəndlər tibb müəssisələrində çox ciddi müşayiət altında aparılır".

Pediatr qeyd edib ki, peyvənddən əvvəl bir neçə dəyər qiymətləndirilir:

"Peyvənddən əvvəl uşağın ümumi sağlamlıq vəziyyəti pediatr tərəfindən dəyərləndirilməli, əvvəllər peyvənd olunubsa, ona qarşı reaksiyaları, eləcə də anafileksiya ilə bağlı suallar valideynlərdən soruşulmalıdır. İmmun sistemi ilə bağlı problemin olub-olmadığı öyrənilməlidir. Çünki ciddi immun yetməzliyi xəstəliyi olan uşaqlarda bu məqamlar nəzərə alınır.

Bəzi hallarda orta və ya ağır-kəskin xəstəlik zamanı peyvəndi müvəqqəti təxirə salmaq olar. Heç bir simptomu olmayan, yüngül respirator infeksiyalar peyvəndə mane sayılmır.

Uşaqda təkcə peyvəndə yox, əvvəllər vurulan hər hansısa bir dərmana və ya onun tərkibinə qarşı, allergik reaksiya, anafilaksiya müşahidə olunubsa, bu halda vaksinin təkrar vurulması ciddi risk hesab edilir. Ciddi allergik reaksiya dedikdə, nəfəsalmada çətinlik, şiddətli səpkilər nəzərdə tutulur.

Çox ağır immun defisitli xəstlərə bəzən vaksinin vurulmaması məsləhət edilir. Bu halda ya peyvənd ləğv edilir, ya da dəyişdirilmiş şəkildə başqa planla əvəz edilir. Uşaqda ağır xəstəlik, yüksək hərarət olduqda, ümumi vəziyyəti yaxşılana qədər peyvənd təxirə salınır. Əvvəl vurulmuş dozada yüngül reaksiyalar olduqda belə, həkim vaksinin tarixini dəyişə bilər.

Yüngülvari soyuqdəymə, burun axıntısı, simptomsuz infeksiyalar peyvəndin vurulması üçün əngəl deyil. Bu hallar sadəcə peyvəndin vaxtını bir müddətlik təxirə salır.

Peyvənddən əvvəl bəzi suallara tam cavab tapılmalıdır. Pediatr uşağın ümumi sağlamlıq vəziyyəti qiymətləndirilməli, aktiv xəstəlik varsa, onu sağaltmalı, daha sonra vaksin etməlidir. Anada, yaxud ailədə allergik reaksiyalar varsa, araşdırılmalıdır. Bundan əlavə peyvəndin vurulma yaşı standartlara uyğun aparılmalıdır.

Valideynlərə tövsiyə edirik ki,yalnız rəsmi tibbi məlumatlara əsaslansınlar, fərdi məlumatlara əsaslanıb peyvənddən imtina etməsinlər. Çünki vaksinlər yoluxucu xəstəlikərin, onların ağır fəsadlarının alınmasında yeganə və effektiv vasitələrdən biridir".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 792   Tarix: 23 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021