Yeddinci mərtəbədən düşən uşağı havada tutaraq xilas etdi - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində Petroqradskaya küçəsində yerləşən binanın 7-ci mərtəbəsində bir uşaq açıq pəncərə önündə oyun oynayarkən təsadüfən pəncərədən yıxılıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, binanın girişində dayanmış Özbəkistan vətəndaşı olan bina işçisi uşağın yıxıldığını görərək onu havada tutub. Uşaq qısa müddət şok yaşadıqdan sonra binanın qarşısına gələn təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hadisə zamanı uşağın bir ayağında sınıq olduğu bildirilib.
Uşağı xilas edən bina işçisi də ambulansla xəstəxanaya aparılıb. Müayinələr göstərib ki, işçinin qabırğalarında sınıq əmələ gəlib. Sağlamlıq vəziyyəti yaxşı olan bina işçisi Rusiyada qəhrəman kimi təqdim olunub və hadisə ölkədə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Xilas edilən uşağın autizm xəstəsi olduğu, atasının bir il əvvəl vəfat etdiyi, anasının isə hadisə zamanı işdə olduğu üçün uşağı evdə tək buraxmalı olduğu məlum olub.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 634 Tarix: 23 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şübhələri doğru çıxdı: Ərini izləyərək onu başqa qadınla yaxaladı - VİDEO
Denizli şəhərində 3 uşaq anası olan qadın həyat yoldaşının ona xəyanət etdiyindən şübhələnərək onu izləməyə başlayıb. türk mediasına istinadən xəbər verir ki, qadın telefon mesajlarından şübhələndiyini bildirərək ərini addım-addım təqib edib və nəticədə onu başqa evli qadınla bir mənzildə uyğunsuz vəziyyətd
7 aprelGəncədə bir yaşlı uşaq xəstəxanada öldü
Gəncədə körpə xəstəxanada ölüb. xəbər verir ki, hadisə Gəncədə yerləşən xəstəxanaların birinə baş verib. Belə ki, şəhər sakini 2025-ci il təvəllüdlü A.S ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona yardım edilsə də, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır
5 aprelGündüz vaxtı bankı soymağa cəhd etdi - VİDEO
Türkiyənin Mersin şəhərində bank filialına silahlı basqın cəhdinin qarşısı polis əməkdaşlarının operativ müdaxiləsi nəticəsində alınıb. türk mediasına istinadən xəbər verir ki, üzünü maska ilə gizlədən şəxs bank filialına daxil olaraq qarət etməyə cəhd göstərib. Lakin bankın təhlükəsizlik əməkdaşlar
9 aprelGoranboyda 43 yaşlı qadın dəm qazından zəhərlənib
Goranboyda zəhərlənmə faktı qeydə alınıb. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1983-cü il təvəllüdlü T.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 43 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib
5 aprelUniversitet yataqxanasında qalmaqal iddiası - otaqlara girən şəxs saxlanıldı
İstanbul Texniki Universitetinin Ayazağa kampusundakı qız tələbə yataqxanasında qalmaqal iddiası gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, iddialara görə, naməlum kişi yataqxanaya daxil olaraq tələbələrin otaqlarına qədər gedib, qapıları açaraq onlara əl yelləyib. Hadisə ilə bağlı məluma
9 aprelGüclü sel Siyəzəndə körpünü uçurdu
"Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində Siyəzən-Məşrif avtomobil yolunun 11-ci kilometrliyindəki Gilgilçay üzərində yerləşən körpünün bir hissəsinin uçması ilə əlaqədar təhlükəsizlik tədbirləri görülür". Bunu -a açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA
6 aprel