Ev heyvanları xərçənglə mübarizədə kömək edir

Ev heyvanları xərçənglə mübarizədə kömək edirMəlum olub ki, pişiklərdə rast gəlinən xərçənglə insan onkologiyası arasında ortaq mexanizmlər var.

Lent.az xəbər verir ki, ev pişikləri insanlarda xərçəngin müalicəsi üçün yeni üsulların tapılmasında mühüm rol oynaya bilər. Çünki pişiklərdə onkoloji xəstəliklərin inkişafına səbəb olan genetik mexanizmlərin insanlardakı mexanizmlərlə təəccüblü dərəcədə oxşar olduğu müəyyən edilib. Tədqiqatçılar ev pişiklərində xərçəngin ilk detallı genetik xəritəsini hazırlayıblar. Araşdırma çərçivəsində təxminən 500 heyvanın şiş DNT-si analiz edilib və onkoloji xəstəliklərin inkişafı ilə əlaqəli əsas genetik mutasiyalar aşkar olunub.

Xərçəng pişiklər arasında əsas xəstələnmə və ölüm səbəblərindən biridir. Lakin bu vaxta qədər onun yaranma və inkişaf mexanizmləri kifayət qədər öyrənilməmişdi. Pişiklərdə xərçəng genetikası uzun müddət demək olar ki, araşdırılmamış sahə olub. Alimlər pişiklərdə rast gəlinən 13 müxtəlif xərçəng növü ilə əlaqəli təxminən min geni təhlil ediblər. Məlum olub ki, pişiklərdə xərçəngə səbəb olan genlərin əhəmiyyətli hissəsi insanlarda da mövcuddur. Bu isə iki növdə şişlərin yaranması və yayılmasına cavabdeh olan ortaq bioloji proseslərin mövcudluğunu göstərir.

Xüsusilə süd vəzisi xərçənginin bəzi formalarına, o cümlədən "triple-negativ" adlanan alt tipə diqqət yetirilib. İnsanlarda bu alt tip süd vəzi xərçəngi hallarının təxminən 15 faizini təşkil edir. Pişiklərdə isə bu forma daha tez-tez rast gəlinir. Alimlərin fikrincə, bu vəziyyət daha çox bioloji nümunə toplamağa və xəstəliyin mexanizmlərini daha dərindən anlamağa imkan verir. Bu da həm heyvanlar, həm də insanlar üçün yeni dərman vasitələrinin hazırlanmasına kömək edə bilər. Böyük Britaniyada 10 milyondan çox pişik ev heyvanı kimi saxlanılır və ev təsərrüfatlarının təxminən dörddə birində ən azı bir pişik var. Maraqlıdır ki, itlərdə onkoloji xəstəliklər kifayət qədər geniş araşdırıldığı halda, pişiklər uzun müddət elmi diqqətdən kənarda qalıb. Tədqiqatçılar bildirirlər ki, həm pişiklər, həm də itlər ətraf mühit faktorlarının xərçəngin inkişafına təsirini anlamaqda da faydalı ola bilər. Çünki ev heyvanları insanlarla eyni mühitdə yaşayır və eyni ekoloji risklərə məruz qalırlar.

Ontario Baytarlıq Kollecindən professor Cefri Vudun sözlərinə görə, bu cür araşdırmalar xərçəngin niyə həm pişiklərdə, həm də insanlarda inkişaf etdiyini daha yaxşı anlamağa, ətraf mühitin xəstəlik riskinə təsirini qiymətləndirməyə və gələcəkdə profilaktika və müalicə üsullarını təkmilləşdirməyə imkan yarada bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 581   Tarix: 24 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021