Tarixin yeganə sualtı duelindən qalan qorxunc miras

Tarixin yeganə sualtı duelindən qalan qorxunc mirasII Dünya müharibəsinin buz kimi sularında yaşananlar yalnız hərbi strategiyalarla məhdudlaşmırdı. Alman donanması "Kriegsmarine"ə məxsus 1 162 sualtı qayığın okeanlarda fəaliyyət göstərdiyi illər dənizçilik tarixinin ən qanlı qarşıdurmalarına səhnə olub.

Qaynarinfo xəbər verir ki, müttəfiq gəmilərinə ciddi zərbələr vuran "U-bot" donanması müharibə boyu 3 mindən çox gəmini suların dərinliyinə qərq etdi. Lakin bu nəhəng donanmadan qalan ən sarsıdıcı hekayə hərbi qələbədən çox, dəniz dibində səssizcə gözləyən bir fəlakətlə bağlıdır. 9 fevral 1945-ci ildə "U-864" və "HMS Venturer" arasında baş verən qarşıdurma hər iki tərəfin tamamilə suyun altında olduğu halda yaşanan tarixdə yeganə sualtı dueli kimi qeydə alınıb.

Bu qeyri-adi toqquşmanın mərkəzində ingilis leytenant Cimmi Londersin komandanlığı altındakı "HMS Venturer" dayanırdı. Şetland adalarından yola çıxan Britaniya sualtı qayığı almanların "Sezar əməliyyatı" çərçivəsində Yaponiyaya olduqca mühüm yük daşıdığı barədə məlumat almışdı. Alman "U-864" sualtı qayığı mühərrikindəki texniki nasazlıq səbəbindən suyun altında səs-küy yaratdıqda Britaniya tərəfi tərəfindən aşkar edilib.

Təxminən üç saat davam edən gərgin izləmədən sonra leytenant Londers əlindəki bütün torpedoları eyni anda buraxaraq böyük riskə gedib. Dördüncü torpedo alman sualtı qayığını iki yerə bölərək 73 nəfərlik heyətlə birlikdə dərinliklərə batırıb. Lakin bu hərbi uğur yarım əsr ərzində diqqətdən kənarda qalan nəhəng ekoloji böhranın əsasını qoyub.

Okeanın qəlbində saatlı bomba: 65 ton civə

Sualtı qayıq qalıqları adətən sadəcə paslanan metal yığınları kimi qiymətləndirilsə də, "U-864"ün vəziyyəti daha təhlükəli miqyas alıb. Gəmi Yaponiyaya partlayıcı istehsalı üçün göndərilən 65 ton maye civə daşıyırmış. Polad silindrlərdə saxlanılan bu ölümcül yük sualtı qayıq batdıqdan sonra Norveçin Fedye adası yaxınlığında, təxminən 150 metr dərinlikdə dəniz dibində qalıb.

Qəzanın yeri yalnız 2003-cü ildə müəyyən edilib. Bu müddət ərzində duzlu suyun təsiri ilə korroziyaya uğrayan silindrlər sızdırmağa başlayıb. İllik olaraq ətraf mühitə yayılan civənin miqdarı 4-5 kiloqram civarında olsa da, bu həcm belə bölgədəki dəniz ekosisteminə və dolayısı ilə insan sağlamlığına ciddi təhlükə yaradır.

Norveç hökuməti problemin miqyasını anladıqdan sonra ərazini balıqçılığa bağlayıb və həll yolları axtarmağa başlayıb. Qalıqların suyun üzərinə çıxarılması paslanmış silindrlərin tam parçalanma riski səbəbindən olduqca təhlükəli hesab edildiyi üçün bu variantdan imtina olunub. Alimlər və mühəndislər Çernobıldakı nüvə reaktorunun üzərini örtən konstruksiyadan ilhamlanaraq qalıqların üstünün nəhəng örtüklə möhürlənməsi qərarına gəliblər. Təxminən 32 milyon dollarlıq layihə çərçivəsində qəza yerinin ətrafı qum, beton və daş yığınları ilə örtülərək civənin yayılmasının qarşısı alınır.

Hazırda ekoloji fəlakətin qarşısını almaq üçün görülən işlər yeni mərhələyə qədəm qoyur. 2026-cı ildən etibarən Norveç hökumətinin təhlükəsiz şəkildə çıxarıla bilən civəni təxliyə etməsi və qalan hissələri daimi olaraq möhürləməsi nəzərdə tutulan genişmiqyaslı əməliyyata start verilməsi planlaşdırılır. Müharibənin bitməsindən onilliklər keçməsinə baxmayaraq, həmin dövrdən qalan bu ağır miras təbiətin qorunması üçün müasir texnologiyaların bütün imkanlarını səfərbər etməyi zəruri edir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1403   Tarix: 25 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya Kiyev, Dnepr və Ukraynanın digər şəhərlərinə zərbələr endirib

Rusiya ordusu Ukrayna şəhərlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. xəbər verir ki, Ukrayna paytaxtının meri Vitali Kliçkonun sözlərinə görə, Kiyevin Dnepropetrovsk rayonundakı beşmərtəbəli yaşayış binasına zərbə endirilib. Binanın birinci mərtəbəsi qismən dağılıb, zirzəmidə isə yanğı

22 sentyabr
.

Qrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı

ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl

20 sentyabr
.

Vuçiç: İstefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözləyirəm

Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözlədiyini bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Vuçiç bunu Velika Planadakı "Moravski Konaci" etnokəndinə səfəri zamanı jurnalistlərin sualını cavablandırarkə

20 sentyabr
.

KXDR öz istehsalı olan kamikadze dronları təqdim edib

Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib

20 sentyabr
.

Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb

Albaniyanın Baş naziri Edi Rama 2030 Gündəliyinə və Avropa İttifaqına (Aİ) inteqrasiyaya sadiqliyini bir daha təsdiqləyib. "Report"un Balkan bürosu xəbər verir ki, Rama BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) icrasına həsr olunmuş 2026-cı il "SDG Moment" yüksək səviyyəli tədbir

20 sentyabr
.

Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür

Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs

20 sentyabr
.

Qadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı

Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli

20 sentyabr
.

Bu ölkədə niqab qadağan edilir

İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun

21 sentyabr
.

Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir

Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı

20 sentyabr