Oğlunun məzarı başında ürəyi tutan ana vəfat edib

Oğlunun məzarı başında ürəyi tutan ana vəfat edibTürkiyənin Bolu şəhərində baş verən faciəvi hadisə ictimaiyyəti bir daha sarsıdıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, on gün əvvəl 16 yaşlı oğlu Efe Kerem Konuku torpağa tapşıran Mine Konuk vəfat edib.

Məlumata görə, fevralın 14-də yeniyetmə yaşadığı evdə ölü tapılmış, daha sonra Kılıçarslan Mezarlığı qəbiristanlığında dəfn olunmuşdu. Gənc yaşda baş verən ölüm ailəni və yaxınlarını dərin kədərə qərq etmişdi.

Oğlunun qəfil itkisi ilə sarsılan ana Mine Konuk məzar ziyarəti zamanı halı pisləşib. Bildirilir ki, o, övladının qəbri başında ürəktutması keçirib. Əraziyə çağırılan təcili tibbi yardım briqadası tərəfindən ilkin müdaxilə göstərildikdən sonra o, xəstəxanaya çatdırılıb.

Vəziyyəti ağırlaşdığı üçün daha sonra Ankaraya göndərilən Mine Konuk reanimasiya şöbəsində müalicə alırdı. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ana və oğulun qısa zaman aralığında vəfat etməsi yaxınlarını və şəhər sakinlərini dərin hüznə boğub. Hadisə bölgədə böyük kədər doğurub.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1217   Tarix: 26 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xaçmazda eşşəyin dişlədiyi kişi öldü

Xaçmaz rayonunda bədbəxt hadisə qeydə alınıb. "Qafqazinfo" "Shimal.news"a istinadən xəbər verir ki, bir həftə əvvəl rayonun Yergüc kənd sakini, 1956-cı il təvəllüdlü Murad Müslüm oğlu Əsfəndiyarovu kənd ərazisində eşşək dişləyib. Hadisədən sonra bir müddət ev şəraitində müalicə ala

10 iyun
.

66 yaşlı kişi dənizdə boğuldu

Xəzər rayonunda ahıl kişi dənizdə batıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində baş verib. 66 yaşlı qəsəbə sakini Şirzad Əliyev dənizdə çimərkən boğulub. Onun cansız bədəni sudan çıxarılaraq təhvil verilib

12 iyun
.

Maşın vuran 15 yaşlı qız həyatını itirib - VİDEO

Türkiyənin Tekirdağ vilayətinin Çorlu rayonunda baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisə ötən gün saat 18:30 radələrində Ergene-Çorlu dairəvi yolunda qeydə alınıb. Yolun qarşı tərəfinə keçmək istəyən 15 yaşlı Rabia Celili O.Ç.-nin idarə etdiy

11 iyun
.

Dəhşətli hadisə! Mədəsindən canlı böcək çıxarıldı

Türkiyənin Aydın vilayətində mədə ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən eşitmə və nitq məhdudiyyətli Sabri Kocaçobanın mədəsindən əməliyyatla həşərat çıxarılıb. xarici mediaya istinadla xəbər verir ki, Efeler rayonunun Anbarcık kəndində yaşayan və yaylaqda çobanlıqla məşğul olan Kocaçoban bi

10 iyun
.

Bayrağa hörmət nümunəsi: Vətəndaşlardan təqdirəlayiq addım - VİDEO

Türkiyənin Hatay vilayətinin Dörtyol rayonunda güclü küləyin təsiri ilə bayraq dirəyində dalğalanan Türkiyə bayrağının ipi qırılıb və bayraq yerə düşüb. türk mediasına istinadən xəbər verir ki, hadisəni görən vətəndaşlar dərhal bayrağı yerdən götürərək ehtiramla qatlayıblar. Daha sonra bayraq aidiyyət

10 iyun
.

Bakıda obyekt yanır

Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməs

11 iyun
.

Polis 47 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb

Polis əməkdaşlarının ölkə ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 47 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, yabanı halda bitmiş 3,4 ton çəkidə 16345 ədəd çətənə kolu isə aşkarlanara

13 iyun
.

Qiymət mübahisəsi davaya çevrildi: Dərzinin qızına hücum anı kameraya düşdü - VİDEO

Türkiyənin Bolu şəhərində dərzi sexində yaşanan mübahisə fiziki qarşıdurma ilə nəticələnib. Hadisə təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, şalvarının balağını düzəltdirən qadın xidmət haqqı olaraq tələb olunan 250 lirə əvəzinə 100 lirə ödəmə

10 iyun
.

Ağdaşda avtomobili ildırım vurdu - Yanğın oldu

Ağdaşda avtomobili ildırım vurub. APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 11-də gecə saatlarında Ağdaş rayonunun Ləki kəndində baş verib. Nurlan Allahverdiyevin idarə etdiyi "DAF" markalı avtomobil ildırım vurması nəticəsində yanıb. Avtomobilin yanar konstruksiyaları və yük hissəsindək

12 iyun