Qorunma altında olan şahinə alkoqol içizdirən şəxs həbs olunub
ABŞ-ın Los Angeles şəhərində yaşayan 25 yaşlı Sezar Qustavo Dias qoruma altında olan bir şahini tutaraq ona zorla alkoqol içirdiyi görüntülərə görə həbs cəzasına məhkum edilib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı məlumatı Kaliforniya Balıq və Vəhşi Təbiət Departamenti (CDFW) yayıb. Qurumun açıqlamasına görə, Dias 2025-ci ilin iyun ayında Saut Uittiyer ərazisində yerləşən Amelia Mayberry Parkında gənc Kuper şahini tutub. Daha sonra YouTube platformasında yayılan videoda onun quşun dimdiyinə yaşıl rəngli kokteyl qabından alkoqollu içki tökdüyü açıq şəkildə görünür.
Görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra vətəndaşlar məsələ ilə bağlı CDFW-ni məlumatlandırıblar. Qurumun Xüsusi Əməliyyatlar Bölməsi tərəfindən başladılan istintaq çərçivəsində beş ayrı axtarış qərarı icra olunub. Araşdırmalara Los Angeles İlçe Şerif Departmanının "Təhlükəsiz Küçələr" əməliyyat qrupu da dəstək verib və nəticədə Diasın kimliyi müəyyən edilib.
Fevralın 19-da məhkəmə qarşısına çıxarılan və ittihamları qəbul edən Dias heyvanlara qarşı qəddarlıqda təqsirli bilinib. Məhkəmənin qərarına əsasən, o, 45 gün azadlıqdan məhrum edilib və 12 ay şərti nəzarətə verilib.
Bundan əlavə, Dias 20 gün ictimai işlərə cəlb olunacaq, heyvanlara qarşı zorakılıqla bağlı 24 seanslıq məsləhət proqramını başa vurmalı olacaq. Ona 5 il müddətinə heyvan saxlamaq, 10 il müddətinə isə odlu silah gəzdirmək qadağan edilib. Həmçinin 220 dollar məbləğində cərimə və məhkəmə xərclərini ödəmək öhdəliyi qoyulub.
Qeyd edək ki, Cooper şahini ABŞ-da qorunan yırtıcı quş növlərindən biridir və ona qarşı hər hansı müdaxilə qanunla qadağandır. Hadisə sosial mediada diqqət qazanmaq naminə vəhşi təbiətə qarşı edilən məsuliyyətsiz davranışların hüquqi nəticələrini bir daha gündəmə gətirib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 853 Tarix: 27 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə
4 oktyabrGecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil
Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə
11 oktyabrTelefonda iki Wi-Fi işarəsi nə deməkdir?
Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil. Qoşa işarə "Dual Wi-Fi Acceleration" adlanan funksiyanın aktiv olduğunu göstərir. "Dual-Channel Acceleration"
11 oktyabrBu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10 oktyabrTurşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara
11 oktyabrDalinin üz qabığını hazırladığı kitab oğurlandı
Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd
6 oktyabrLimon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
10 oktyabrQayğanağı yumşaq edən sadə sirr
Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt
4 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabr