Planetlərin sabahkı "parad"ında Mars olmayacaq
Fevralın 28-də astronomik hadisə olan "Planetlər paradı" baş verəcək.
Sonxeber.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, bu zaman Merkuri, Venera, Neptun, Saturn, Uran və Yupiter Günəş batdıqdan bir qədər sonra səmada bir düz xətt boyunca sıralanmış şəkildə görünəcəklər. Paradı növbəti bir neçə gün ərzində də müşahidə etmək mümkün olacaq.
Həmin gün Günəş saat 18:30-da batacaq ki, müşahidə üçün ən əlverişli vaxt da məhz Günəşin batmasından dərhal sonrakı dövrdür. Mars isə saat 17:28-də batdığı üçün sözügedən paradda iştirak etməyəcək. Paradı izləmək üçün uyğun zaman intervalı 18:30-19:37 aralığıdır.
Planetlərin paradı tamamilə vizual xarakter daşıyır. Yer səmasında onlar ardıcıl düzülmüş kimi görünsələr də, kosmosda planetlərin real konfiqurasiyası fərqli olur. Cari konfiqurasiyanı müvafiq keçid vasitəsilə izləmək mümkündür. Bundan başqa, planetlərin səmadakı mövqeyini daha asan müəyyənləşdirmək üçün "Sky Map" , "Stellarium" və ya "Sky Tonight" kimi tətbiqlərdən istifadə etmək olar.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 499 Tarix: 27 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Selena"nın Nazlısı evlənir
"Selena" serialında Nazlı obrazı ilə tanınan aktrisa Dilara Kurtulmuş və Umutcan Ekmezin toy öncəsi xına gecəsi keçirilib. xarici mediaya istinadla xəbər verir ki, cütlüyün toy həyəcanı xına gecəsi ilə başlayıb. Ailə üzvləri və yaxın dostların iştirak etdiyi gecədə musiqi və rəqslə müşayiə
28 avqustHəkim yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətini açıqladı
Tanınmış rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətlərindən birini açıqlayıb. xəbər verir ki, mütəxəssis bu barədə "Rossiya 1" telekanalında danışıb. Həkim vurğulayıb ki, yaşlı qadınlar dəmir çatışmazlığı anemiyasına diqqət yetirməlidirlər
30 avqust"Qəhvə yuxusu" nədir və hansı faydaları var? - Həkimdən İZAH
Neyrofizioloq Eduard Estivill adi gündüz yuxusu əvəzinə "qəhvə yuxusu"nu sınaqdan keçirməyi məsləhət görüb. xəbər verir ki, o, "Hola" nəşrinə müsahibəsində "qəhvə yuxusu"nun faydalarından danışıb. Eduard Estivillin sözlərinə görə, "qəhvə yuxusu" yatmazdan dərha
27 avqustŞəkildə neçə üz görürsünüz? - Xarakterin sirrini açan sadə TEST
Bu şəkildə neçə üz tapa bilərsiniz? Nəticələrin dünyanı necə qavradığınızı, qərarlar qəbul etdiyinizi və gizli detalları necə gördüyünüzü ortaya çıxara biləcəyi deyilir. -ın xəbərinə görə, ilk baxışdan illüstrasiyada yalnız bir neçə üz görə bilərsiniz, amma diqqətlə baxsanız, say xeyli arta bilər. B
30 avqust"iPhone 17 pro"nu kosmosdan yerə atdılar - ANBAAN VİDEO
"RhinoShield" şirkəti "iPhone 17 Pro" smartfonunu stratosferdən yerə ataraq qeyri-adi sınaq keçirib. Təxminən 30,6 kilometr yüksəklikdən paraşütsüz yerə düşən telefon işlək vəziyyətdə qalıb və nəticə "Ginnesin Rekordlar Kitabı" tərəfindən qeydə alınıb. xəbər verir ki, sına
28 avqustErlinq Haalandın həmişə oyun günü yediyi ən sevimli yeməyi
Erlinq Haaland - ciddi nizamintizam və qidalanma- əlamətdar fiziki vəziyyəti ilə məşhur olan "Mançester Siti"nin ulduz hücumçusu. O, ən oyun günlərində yediyi sevimli yeməyinin adını çəkib. xarici mediaya istinadla saxlanılmasının hər səhər əmələ gəlməsi vərdişləri barədə məlumat verir. Erlin
27 avqustSoyuducunu harada yerləşdirmək daha yaxşıdır?
Mətbəxdə bir neçə santimetr yerə qənaət etmək üçün soyuducunu divara sıx yerləşdirmək düzgün deyil. Çünki cihazın ətrafında saxlanılan boşluq havanın dövranı və işləmə zamanı yaranan istiliyin xaric edilməsi baxımından mühüm rol oynayır. xəbər verir ki, mütəxəssislər soyuducu həddindən artıq dar yerd
28 avqust