İran daha beş ölkəyə RAKETLƏR ATDI: Ölən var - VİDEO

İran daha beş ölkəyə RAKETLƏR ATDI: Ölən var - VİDEOİranın BƏƏ-yə hücumu nəticəsində bir nəfər həlak olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Gulf News" ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlik bildirib ki, BƏƏ İranın ballistik raketləri ilə hücuma məruz qalıb, lakin hava hücumundan müdafiə qüvvələri bir neçə raketi uğurla ələ keçirib. Lakin raket qalıqları yaşayış məntəqəsinə düşüb və maddi ziyana səbəb olub.

Müdafiə Nazirliyi həmçinin vurğulayıb ki, BƏƏ bu eskalasiyaya cavab vermək və ərazisini müdafiə etmək üçün bütün lazımi tədbirləri görmək hüququnu özündə saxlayır.

13:43

İranın bölgədəki ABŞ bazalarına hücumları nəticəsində Bəhreyn, BƏƏ, Qətər, İordaniya və Səudiyyə Ərəbistanında çoxsaylı partlayışlar baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bəhreyndə bir neçə partlayış baş verdiyi bildirilib. Qətər hakimiyyəti isə İran raketini zərərsizləşdirdiyini açıqlayıb.

Bundan əlavə, İran BƏƏ-dəki Əl-Dəfra aviabazasına raket zərbələri endirib.

İranın İordaniyadakı ABŞ obyektlərinə hücum etməsi barədə də məlumatlar yayılıb. Partlayışlar Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda da eşidilib.

Daha öncə xəbər verildiyi kimi, Qətər, BƏƏ, İraq və Bəhreyn artıq hava məkanlarını bağlayıblar.

Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Katz əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. "Aslanın nərəsi" adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ABŞ-nin da İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1878   Tarix: 28 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyada qar uçqununa düşən turistlərdən daha ikisinin meyiti tapıldı

Rusiyanın Buryatiya Respublikasında dağlıq ərazidə qar uçqununa düşən turistlərdən daha ikisinin meyiti tapılıb. xəbər verir ki, bu barədə respublikanın Mülki Müdafiə və Fövqəladə Hallar Agentliyi məlumat yayıb. Məlumata görə, Buryatiya dağlarında 38 və 45 yaşlı iki alpinistin cəsədi aşkarlanıb. Qrupu

26 aprel
.

Narendra Modi oteldəki atışmadan sonra Trampa uğurlar arzulayıb

Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Donald Trampın, Birinci xanım Melaniya Trampın və Vitse-prezident Cey Di Vensin Vaşinqtonda baş verən atışmada xəsarət almadığını eşidəndə rahat olduğunu bildirib. "Report"un məlumatına görə, o, bunu "X" sosial şəbəkəsində yazıb

26 aprel
.

Pezeşkian 30 milyon könüllüdən kömək istəyib

İran Prezidenti Məsud Pezeşkian 30 milyon könüllüdən kömək istəyib. "Report" xəbər verir ki, bununla bağlı SNNTV məlumat yayıb. "30 milyon könüllü, lütfən, enerji istehlakının idarə olunmasında bizə kömək edin, sənaye üçün elektrik və qazı kəsmək olmaz", - Pezeşkian bildirib və əlav

26 aprel
.

"X" sosial şəbəkəsi yeni mesencerini istifadəyə verdi

"X" sosial şəbəkəsində (keçmiş "Twitter") "XChat" adlı mesencer istifadəyə verilib. xəbər verir ki, yeni xidmətin xüsusiyyətləri barədə şirkətin saytında və rəsmi hesablarında məlumat verilib. Tətbiq "iOS" əməliyyat sistemi istifadəçiləri üçün əlçatandır. Qeydiyya

26 aprel
.

Bessent Rusiya neftinin sanksiyalardan bir daha azad olunmasını istisna edib

Vaşinqton Rusiya nefti və neft məhsulları üçün ABŞ-nin sanksiyaları rejimindən müvəqqəti istisnaların daha da uzadılması imkanını nəzərdən keçirmir. "Report" xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent "Associated Press" agentliyi ilə söhbətində bildirib. "Güma

26 aprel
.

Fransa silahlanmanı sürətləndirir - Hərbi istehsal artırılır

Fransanın Hərbi Hava-Kosmik Qüvvələrinin Baş Qərargah rəisi Jerom Bellanje ölkədə hərbi texnika istehsalının artırılmasının zəruri olduğunu bildirib. xəbər verir ki, bu barədə o, "Le Journal du Dimanche" qəzetinə müsahibəsində danışıb. Generalın sözlərinə görə, Fransa aviasiyasının müxtəli

26 aprel
.

Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq

Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 26-da Kiyevdə Moldova parlamenti Maya Sandu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. O, ölkəsinin hansı formada təmsi

26 aprel
.

Trampın olduğu tədbirdə atəş açan şəxs kimi hədəfə aldığını açıqlayıb

ABŞ Prezidenti Donald Trampın "Washington Hilton" hotelində iştirak etdiyi tədbirdə atəş açmaqda şübhəli bilinən Koul Tomas Allen bəyan edib ki, onun hədəfi dövlət başçısının özü deyil, administrasiya rəsmiləri olub. bildirir ki. bu barədə "CBS News" mənbələrə istinadən xəbər verir

26 aprel
.

Tbilisidə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT

Gürcüstanın paytaxtı Tbilisidə 37 yaşlı azərbaycanlı turist İradə Quliyeva qətlə yetirilib. bu barədə "Pirveli TV"yə istinadən xəbər verir. Qeyd olunub ki, iki gün əvvəl Tbilisinin Mqaloblişvili küçəsində baş vermiş hadisə ilə ilə bağlı aparılan araşdırmalarda yeni faktlar ortaya çıxıb. İttiha

26 aprel