İran XİN sözçüsü: "Məktəbə zərbə nəticəsində 160-a yaxın şagirdin həlak olma ehtimalı var" - YENİLƏNİB

İran XİN sözçüsü: "Məktəbə zərbə nəticəsində 160-a yaxın şagirdin həlak olma ehtimalı var" - YENİLƏNİBİran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqayi ölkənin cənubundakı Minab şəhərində məktəbə endirilən zərbə nəticəsində 150-160 nəfərə yaxın məktəbli qızın həlak olma ehtimalını dilə gətirib.

Oxu.Az xəbər verir ki, məlumatı ISNA agentliyi yayıb.

E.Baqayi hadisəni "böyük cinayət" adlandırıb və zərbənin İsrail və ABŞ tərəfindən həyata keçirildiyini iddia edib.

18:12

İranın cənubunda yerləşən məktəbə endirilən raket zərbəsi nəticəsində azı 60 uşaq həlak olub, təxminən 80 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Rəsmi məlumatlara görə, raket Minab şəhərində yerləşən qızlar üçün ibtidai məktəbə düşüb. Zərbə zamanı binada şagirdlər olublar.

16:49

İsrailin Minab şəhərindəki qızlar məktəbinə raket hücumu nəticəsində 51 şagird həlak olub, 60-dan çoxu yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Qeyd olunub ki, məktəb binası dağılıb və dağıntılar altında onlarla qız qalıb.

16:00

İrandakı qızlar məktəbinə raket zərbəsi nəticəsində 40 nəfər həlak olub, 48 nəfər yaralanıb.

Oxu.Az IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Hörmüzqan əyalətinin Minab şəhərinin qubernatoru məlumat yayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1352   Tarix: 28 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qazaxıstan və Britaniya ticarəti genişləndirmək və birgə layihələrə başlamaq niyyətindədir

Qazaxıstan və Böyük Britaniya ticarət, kritik əhəmiyyətli mineralların emalı, sənaye, energetika və logistika sahələrində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. "Report"un yerli bürosunun Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinə istinadən verdiyi məlumata görə, bu məsələləri qurumu

22 sentyabr
.

Rusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb

Rusiyanın Ulyanovsk vilayətində X-32 "Bekas" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb v

22 sentyabr
.

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib

Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah

20 sentyabr
.

İtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"

İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni

21 sentyabr
.

Cənubi Koreya Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verməyə hazırdır

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə Seulun Hörmüz boğazında gəmiçiliyin bərpasına əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib. Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb. "Ço Rubioy

20 sentyabr
.

CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib

ABŞ son bir neçə ay ərzində 1 milyard bareldən çox neftin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper "X" sosial şəbəkəsində paylaşılan videomüraciətind

20 sentyabr
.

ABŞ hərbçiləri Litvaya yola düşüb

ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür. xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda "X" sosial şəbəkəsində yazıb. "Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionu

22 sentyabr
.

ABŞ-da ovçu qadını maralla səhv salaraq öldürüb

ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunub. xəbər verir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib. Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed, Ellendale şəhərində açıq sahədə güllə yaras

21 sentyabr
.

Adanada 5,0 bal gücündə zəlzələ baş verib

Türkiyənin Adana əyalətində 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) saytında dərc olunmuş məlumatlara görə, zəlzələnin episentri Sayambaylı bölgəsində olub. Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. Adana valiliyi hazırda heç bi

21 sentyabr