Ağdamda ailə davası: 63 yaşlı kişi oğlu ilə birlikdə qardaşını döydü

Ağdamda ailə davası: 63 yaşlı kişi oğlu ilə birlikdə qardaşını döydüAğdam rayonunda 63 yaşlı kişi oğlu ilə birlikdə qardaşını döyüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Əfətli kəndində baş verib. Kənd sakini, 1963-cü il təvəllüdlü Müzəffər Ağayev (soyadı şərtidir) həyətindəki alaq otlarını təmizləyərək küçəyə atıb. O, həmin alaq otlarını qardaşı Nərimanın həyətinə gedən su borusunun üstünə yığaraq, od vurub yandırıb. Alovun təsirindən Nərimanın həyətinə gedən su borusu yararsız vəziyyətə düşüb və onun evinə gedən su kəsilib. Nəticədə Nərimanla Müzəffər arasında mübahisə yaranıb. Mübahisə zamanı hadisə yerinə Müzəffərin oğlu Elvin də gəlib, ata-oğul birlikdə Nərimanı döyüb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Hadisə yerinə polis əməkdaşları gəliblər və ata-oğul saxlanılıblar. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.

Ağdam Rayon Məhkəməsinin qərarı ilə hadisəni törətməkdə təqsirləndirilən M.Ağayev və Elvinə "Konstitusiya və Suverenlik İli" münasibəti ilə elan edilən Amnistiya aktı tətbiq edilib və onlar cinayət məsuliyyətində azad olunublar.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 398   Tarix: 28 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sərnişin avtobusunda saxlanılan kişinin mədəsindən görün nələr tapıldı

Türkiyənin Muş şəhərində polis əməkdaşlarının narkotik vasitələrə qarşı keçirdiyi yoxlamalar zamanı sərnişin avtobusunda diqqət çəkən hadisə qeydə alınıb. türk mediasına istinadən xəbər verir ki, Muş İl Emniyet Müdürlüğü Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən tətbiq nöqtəsində saxlanıla

15 aprel
.

Öz qazdığı nəhəng çuxurda can verdi - VİDEO

Aydında qanunsuz qazıntı faciə ilə nəticələndi: 1 nəfər həyatını itirdi. Türkiyənin Aydın vilayətinin Nazilli rayonunda qanunsuz qazıntı zamanı baş verən torpaq sürüşməsi faciə ilə nəticələnib. türk mediasına istinadən xəbər verir ki, hadisə rayonun Yeşildere Mahallesi yaxınlığında yerləşən təpəlik ərazid

10 aprel
.

Bakıda 10 min manatlıq oğurluq edən şəxs TUTULDU

Paytaxtın Binəqədi rayonunda talama cinayəti baş verib. Biləcəri qəsəbəsi ərazisində yerləşən iki evdən ümumilikdə 10 050 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları talanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarını

11 aprel
.

Tapdığı bank kartı ilə onlayn alış-veriş edən şəxs saxlanıldı

Paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi baş verib. "Teleqraf"a istinadla xəbər verir ki, bir nəfər polisə müraciət edərək bank kartından oğurluq edildiyi barədə məlumat verib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı N.Kərimov müəyyən edilərə

11 aprel
.

Salyanda yol qəzası olub, ölən və xəsarət alanlar var

Salyanda bir nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, hadisə Yeni Ələt-astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınınb. Belə ki, "Opel" markalı avtomobil idarəetmədə

12 aprel
.

Göydən sərvət yağdı: pəncərədən milyonları səpdi - VİDEO

Çinin Şantou şəhərində baş verən qeyri-adi hadisə "göydən pul yağarmı?" sualına real cavab kimi dəyərləndirilib. türk mediasına istinadən xəbər verir ki, lüks yaşayış binasının eyvanına çıxan yaşlı qadın əlindəki pul dəstələrini aşağı ataraq küçədəkiləri heyrətə gətirib. Şahidlərin sözlərin

15 aprel
.

Gecə klubunda tanış olduğu qadını evinə dəvət edən kişi həyatının şokunu yaşadı

İstanbulda gecə klubunda tanış olduğu qadını evinə aparan iş adamı həyatının şokunu yaşayıb. xəbər verir ki, gecə əyləncə məkanında tanış olduğu qadınla birlikdə evinə gedən iş adamı, qısa müddət sonra gözlənilməz vəziyyətlə üzləşib. İddiaya görə, qadın evdə olarkən qəfil halının pisləşdiyini bildiri

10 aprel
.

44 yaşlı qadın 5-ci mərtəbədən yıxılaraq həyatını itirdi

Türkiyənin Aydın vilayətinin Efeler rayonunda faciəli hadisə baş verib. türk mediasına istinadən xəbər verir ki, 44 yaşlı Dilek Turan müştərinin yaşadığı 5 mərtəbəli binanın sonuncu mərtəbəsində ev təmizliyi apararkən pəncərəni silən zaman bir anlıq tarazlığını itirib. Metrlərlə hündürlükdən yıxıla

10 aprel
.

"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi

"Azəriqaz" İstehsalat Birliyinin (İB) İT və Rəqəmsallaşma departamentinin rəisi Zabil Vəfaddin oğlu İbayev 39 yaşında vəfat edib. xəbər verir ki, bu barədə istehsalat birliyi məlumat yayıb. Bildirilib ki, Zabil İbayev ailəli olub, bir övladı var. O, "Azəriqaz" İB-də əmək fəaliyyət

10 aprel