Bardella Makronun ümumavropa nüvə təşəbbüsünü tənqid edib
Fransanın ifrat sağçı lideri Jordan Bardella prezident Emmanuel Makronun ölkənin nüvə doktrinasına ümumavropa ölçüsü vermək planlarını tənqid edib.
"Report" xəbər verir ki, bu barədə "LCI" televiziya kanalı məlumat yayıb.
Bardella etiraf edib ki, Fransanın nüvə doktrinasında həmişə bir ölkənin həyati maraqlarının yalnız onun sərhədləri ilə məhdudlaşmadığı fərz edilib:
"Nüvə silahlarına gəldikdə, mən prinsipləri müdafiə edirəm və bu prinsiplər bunlardır: paylaşmamaq, birgə maliyyələşdirməmək və "nüvə düyməsi" ilə bağlı birgə qərar qəbul etməmək".
Yelisey Sarayı dəfələrlə nüvə silahından istifadə ilə bağlı istənilən qərarın Fransa Prezidentinin müstəsna səlahiyyətləri daxilində qaldığını vurğulayıb.
Qeyd etmək lazımdır ki, Bardellanın açıqlamaları Makronun Fransanın nüvə silahlarının Avropa təhlükəsizliyinə necə töhfə verə biləcəyi ilə bağlı əsas çıxışından bir neçə gün əvvəl səslənib. Paris, Fransanın nüvə imkanlarının qitənin Rusiyanı çəkindirməsinə necə kömək edə biləcəyi ilə bağlı Berlin, Stokholm və Varşava kimi Avropa paytaxtları ilə danışıqlar aparır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 303 Tarix: 01 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cey Di Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib
Baş nazirlərin tez-tez dəyişməsi Böyük Britaniyanın inkişafına mənfi təsir göstərir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "The Sunday Times" nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Britaniya hökumətinin gələcək rəhbəri seçicilərin uzu
5 iyulZelenski: Ukrayna dənizdə dronlarla müdafiə xətti yaradacaq
Ukrayna Qara dənizdə dronların tətbiqi ilə müdafiə xətti yaradacaq. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Odessaya səfəri zamanı bildirib. "Müdafiə xətti Odessanı və bütün regionu hava hücumlarından qorumalı olacaq",
5 iyulİranın Ermənistandakı səfirliyi Trampa müraciət ünvanlayıb
İranın Ermənistandakı səfirliyi ABŞ Prezidenti Donald Trampa müraciət ünvanlayıb. "Report" xəbər verir ki, səfirliyin müraciəti "X" sosial şəbəkə hesabında paylaşılıb. "Siz Ayətullah Xameneiyə (Əli Xamenei) sui-qəsd etdiniz, insanları öldürmək olar, amma idealları yox"
5 iyulTürkiyə ilə Kanada əməkdaşlığı genişləndirmək niyyətindədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanada Baş naziri Mark Karni ilə telefon danışığı aparıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-Kanada ikitərəfli münasibətləri, eləcə də regional və qloba
5 iyulEbola ilə bağlı dəhşətli proqnoz: Gündə 1000 nəfər ölə bilər
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması ilə bağlı vəziyyətin daha da ağırlaşa biləcəyi bildirilir. "Actualité" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin sosial və humanitar işlər naziri Eva Bazaiba Masudi açıqlama verib. Nazirin sözlərinə görə, virus İtur
5 iyulPaşinyan Rusiyaya getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Nazirlər Kabinetinə istinadən məlumat yayıb. N.Paşinyan Yekaterinburqda "İnnoprom-2026" sərgisində iştirak edəcək. Səfər çərçivəsində onun Rusiyanın Ba
6 iyul