İsrail ordusu Tehranda strateji mərkəzləri VURDU

İsrail ordusu Tehranda strateji mərkəzləri VURDUİsrail Hərbi Hava Qüvvələri Tehranın mərkəzində bir neçə küçəni əhatə edən hökumət binaları kompleksinə zərbələr endirib.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələri Tehranın mərkəzində yerləşən İran obyektlərinə zərbələr endirib. Hücum zamanı prezident iqamətgahına və Ali Milli Təhlükəsizlik Şurasının binasına çoxsaylı mərmilər atılıb. Zərbələr zamanı yüksəksəviyyəli təhlükəsizlik qərarları qəbul edənlərin toplantı yeri, eləcə də İranın hərbi zabitləri üçün təlim mərkəzi hədəfə alınıb", - deyə SAXAL-dan bildirilib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. SAXAL zərbələri təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 351   Tarix: 03 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Serb Patriarxı: Kosovo və Metoxiya olmadan serb xalqının gələcəyi yoxdur

Kosovo və Metoxiyadan imtinaya yol vermək olmaz, çünki bu region serb xalqının mənəvi və tarixi mərkəzi olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Serbiya Pravoslav Kilsəsinin rəhbəri, Serb Patriarxı Porfiri öz Pasxa müraciətində bildirib. Onun sözlərinə görə, Kosovo və Metoxiyada yaşaya

12 aprel
.

Tramp Hörmüz boğazını blokadaya almağı əmr etdi

ABŞ Hörmüz boğazından keçməyə cəhd edən bütün gəmiləri dayandırmağa başlayacaq. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb. Onun sözlərinə görə, blokada tezliklə başlayacaq və burada digər dövlətlər də iştirak edəcəklər. Bununla belə, o, hansı dövlətləri

12 aprel
.

Səhranın mərkəzində çiçəklənən sahilləri olan çay: Bunu necə yaradıblar?

Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadın təmizlənmiş tullantı sularını Ərəbistan səhrasının mərkəzində yerləşən Vadi Hənifə vadisi boyunca 120 kilometrlik bir axına çevirərək canlı yaşıl ekosistem yaradıb. Bu süni su sistemi artıq onlarla quş və balıq növünü dəstəkləyir. Qayanrinfo "Ecoticias"

14 aprel
.

Türkiyədə 8-ci sinif şagirdinin məktəbdə törətdiyi qətliamın TƏFƏRRÜATI - FOTO - VİDEO

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərdən birinə silahlı hücum edən şagird özünə qəsd edib. xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. Məlumata görə, şagird məktəbə 5 silah və 7 daraqla gəlib. Qeyd olunub ki, hadisəni törədən şəxsin atası keçmiş polis əməkdaşı olub. Hadisə yerin

15 aprel
.

İnternet fenomeni olmuş "Punch" adlı meymuna görə Yaponiyada zooparka gələnlərin sayı rekord həddə çatıb

Anasını yumşaq oyuncağın əvəz etdiyi "Punch" ləqəbli makakaya görə Yaponiyadakı zooparka gələnlərin sayı rekord həddə çatıb. xəbər verir ki, bu barədə parkın rəhbəri Takasi Yasunaqa "RIA Novosti" agentliyinə açıqlamasında bildirib. "Fevral ayından etibarən ("Punch"ı

12 aprel
.

Marsa gedən yol Aydan keçir - YENİ PLAN

Ay Marsın mənimsənilməsi yolunda hazırlıq və sınaq platforması rolunu oynaya bilər. TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliya Kosmik Agentliyinin rəhbəri Teodoro Valente bildirib. Onun sözlərinə görə, Artemis proqramı çərçivəsində Ayda qalmaq, yerli resurslardan istifadə etmək və gələcək Mar

12 aprel
.

Gələn həftə Zelenski və Meloni arasında Romada görüş keçiriləcək

İtaliya Baş naziri Ciorcia Meloni aprelin 15-də Romada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. "Report"un məlumatına görə, bu barədə İtaliya hökumətinin saytında bildirilib. Qeyd olunub ki, görüş günorta saatlarında "Palazzo Chigi" sarayında baş tutacaq

12 aprel
.

Rusiyada həkimlər divan yeyən uşağı xilas ediblər

Rusiyanın paytaxtı Moskva şəhərinin Morozov Uşaq Xəstəxanasının həkimləri qeyri-adi vərdiş səbəbindən kəskin qida pozuntusu yaranan uşağı xilas ediblər. -ın -ya istinadən xəbərinə görə, bu barədə Moskva Səhiyyə Departamentindən məlumat verilib. Məlumata görə, oğlan uşağı bir neçə gün ərzində divan örtüy

12 aprel
.

Tramp Hörmüz boğazına blokadanın qoyulacağı saatı açıqladı

ABŞ 13 aprel Şərq vaxtı ilə saat 10:00-dan (Bakı vaxtı ilə 18.00) İran limanlarına daxil olan və ya oradan çıxan gəmiləri blokadaya alacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində paylaşım edib

13 aprel