İsrail qırıcısı Tehran səmasında İran təyyarəsini vurdu
İsrail Hərbi Hava Qüvvələrinə məxsus "F-35I" ("Adir") qırıcı təyyarəsi Tehran səmasında İran Hərbi Hava Qüvvələrinə məxsus "Yak-130" qırıcı təyyarəsini vurub.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
"Tarixdə ilk dəfədir ki, pilotlu qırıcı təyyarə "F-35" tərəfindən məhv edilib", - deyə SAXAL-dan bildirilib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 686 Tarix: 04 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Euronews: "Şimali Koreya Yaponiyanı hərbiləşməsinə görə hədələdi"
Şimali Koreya Yaponiyanın müdafiə qabiliyyətini gücləndirməsi və hərbi büdcəsini artırması fonunda sərt bəyanat yayıb. Pxenyan bildirib ki, Tokio bu siyasəti davam etdirərsə, buna qarşı "hərbi variantlar" da daxil olmaqla müxtəlif tədbirlər nəzərdən keçiriləcək. Euronews-a istinadən xəbər veri
5 avqustPutin ordu rəhbərliyində kadr dəyişiklikləri etdi
Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşərək bir sıra kadr dəyişiklikləri barədə məlumat verib. xəbər verir ki, dəyişikliklər silahlanma və logistika idarəetmə sisteminə aiddir. "Mərkəz" və "Şərq" hərbi qruplarının yeni komandirləri, eləcə də yen
5 avqustKonqoda Ebola virusundan ölənlərin sayı 1800-ü keçib
Konqo Demokratik Respublikasında Ebola virusundan təsdiqlənmiş ölüm hallarının sayı 1801-ə çatıb. Bu barədə dünya mediasına istinadən xəbər verir. Qeyd edilib ki, Ebola virusuna yoluxanların sayı 3973 nəfərdir. Ölüm nisbəti isə 45%-dir. Məlumata görə, 717 nəfər xəstəxanalarda və tibbi təcridxanalardadır
6 avqustÇin ABŞ şirkətlərinə qarşı cavab sanksiyaları tətbiq edir
Çin hökuməti ABŞ-ın "məcburi əmək" iddiaları ilə bağlı tətbiq etdiyi sanksiyalara cavab olaraq altı ABŞ qurumuna məhdudiyyətlər tətbiq edib. xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb. "Əks tədbirlər Applied DNA Sciences, Stratum Reservoir, Altana Technologies, Responsibl
5 avqust