Hansı hallarda işəgötürən əməkdaşını qanuni şəkildə işdən çıxara bilər? - AÇIQLAMA
Əmək münasibətləri həm işçi, həm də işəgötürən üçün hüquqi çərçivələrlə tənzimlənir. Bəzən əmək müqaviləsinin ləğvi qaçılmaz olur, lakin bu proses yalnız qanunla müəyyən edilmiş əsaslar olduqda mümkündür.
Əks halda işdən çıxarma qanunsuz hesab edilə və məhkəmə qaydasında ləğv oluna bilər.
Bəs görəsən hansı hallarda işəgötürən əməkdaşını qanuni şəkildə işdən çıxara bilər?
Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işəgötürən əmək müqaviləsini yalnız qanunda açıq şəkildə göstərilən hallarda ləğv edə bilər. Bu əsaslar əsasən aşağıdakılardır:
Birincisi, müəssisənin ləğvi və ya işçilərin ixtisarı. Əgər ştat vahidi ləğv edilirsə və ya iş yerində struktur dəyişikliyi aparılırsa, işəgötürən ixtisar yolu ilə müqaviləyə xitam verə bilər. Bu zaman işçiyə əvvəlcədən rəsmi xəbərdarlıq edilməli və qanunla nəzərdə tutulan kompensasiya ödənilməlidir.
İkincisi, işçinin peşə yararsızlığı. Əgər işçi tutduğu vəzifəyə sağlamlıq vəziyyətinə və ya peşə bacarığına görə uyğun deyilsə və bu, rəsmi tibbi rəy və ya attestasiyanın nəticəsi ilə təsdiqlənirsə, müqaviləyə xitam verilə bilər.
Üçüncüsü, əmək funksiyasının kobud şəkildə pozulması. Buraya iş yerinə səbəbsiz gəlməmək, sərxoş vəziyyətdə işə gəlmək, iş yerində oğurluq və ya digər ciddi intizam pozuntuları daxildir. Lakin hər bir hal sənədləşdirilməli və prosedur qaydalarına əməl olunmalıdır.
Dördüncüsü, sınaq müddətinin nəticələrinin qənaətbəxş olmaması. Əgər əmək müqaviləsində sınaq müddəti nəzərdə tutulubsa və işçi bu müddətdə özünü doğrultmayıbsa, işəgötürən müqaviləni ləğv edə bilər.
Beşincisi, əmək müqaviləsinin müddətinin başa çatması. Müddətli müqavilələrdə tərəflərdən biri davam etdirmək istəmədikdə, müqavilə bitmiş sayılır.
Qeyd edilməlidir ki, hamilə qadınların, azyaşlı uşağı olan qadınların və müəyyən sosial həssas qrupların işdən çıxarılması ilə bağlı qanun əlavə təminatlar nəzərdə tutur. Bu kateqoriyadan olan şəxslərin işdən azad edilməsi yalnız xüsusi hallarda mümkündür"
Əgər işçi hesab edirsə ki, işdən çıxarılma qanunsuzdur, o, bir ay müddətində məhkəməyə müraciət edərək işə bərpa və məcburi işburaxma dövrü üçün əməkhaqqının ödənilməsini tələb edə bilər.
Əmək münasibətlərində əsas prinsip budur: işdən çıxarma subyektiv qərar deyil, hüquqi əsas və prosedur tələb edən prosesdir. Qanuni əsas olmadan verilən hər bir qərar hüquqi məsuliyyət yarada bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın