90 yaşlı insanlar ən çox nəyə görə peşman olurlar? - Psixoloq cavabları açıqladı
Yaşlılıq tez-tez müdrikliklə əlaqələndirilir. Lakin bəzi dünya liderlərinin hörmətli yaşlarında etdiklərinə baxanda biz buna şübhə ilə yanaşa bilərik, amma bir şeydə şübhə yoxdur: yaşanmış illərin verdiyi perspektivlə keçmişdəki səhvlər daha aydın görünür.
Sonxeber.az xəbər verir ki, psixoloq Lahlan Braun yaşlı insanlar arasında (90 yaş və yuxarı) kiçik bir sorğu keçirib: təqaüdə çıxandan sonra hansı səhvləri etdiklərini soruşdu. Ümumilikdə Braun 20 nəfəri sorğulaya bilib və cavabların əksəriyyəti oxşar oplub. Psixoloq bu mini-sorğunun nəticələrini "Veg Out" nəşrində paylaşıb.
Fiziki aktivlikdən imtina
Bu, ən çox edilən şikayət olub. Onun danışdığı demək olar ki, hamı "könüllü fəaliyyətsizlik" etdiklərini etiraf edib və nəticədə bədənin ümumi zəifləməsi baş verib.
"Mən düşündüm ki, yetmiş yaş artıq qocalıqdır. Ona görə də yaşlı kimi davrandım. Səhər gəzintilərimi dayandırdım, üzməkdən imtina etdim. Səksən yaşa çatanda bədənim düzgün hərəkət etməyi unutmuşdu", deyə sorğulananlardan biri danışıb.
Özünü inkişaf etdirməmək
"Birdən-birə bütün bu vaxt mənim üçün açıldı. Amma həyatımın mənasını verən şeylərə daha dərindən dalmaq əvəzinə televizora baxırdım və nəzarət edə bilmədiyim məsələlərə görə narahat olurdum", deyə əvvəllər müəllim olmuş bir təqaüdçü etiraf edib.
Pul yığmaq
Bir çox yaşlı insanlar etiraf edir ki, əslində xərcləyə biləcəklərindən daha çox pulları olub. Braunun sorğuladığı şəxslər bildirib ki, təqaüdə çıxmalarına baxmayaraq, vərdiş üzrə pulu qənaətlə xərcləyirdilər və gələcək üçün saxlayıblar. Bəziləri indi peşmandır ki, sağlamlıq imkan verəndə səyahət və restoran ziyarətlərindən imtina etmişdilər.
"Səksən və doxsan yaşlarımda hər qəpiyimi yığıb saxlayırdım. Amma indi səyahət edə bilmirəm, istədiyim yeməkləri yeyə bilmirəm, demək olar ki, bu otaqdan çıxmaq mümkün deyil. İndi nə üçün yığıram?", deyə bir kişi izah edib.
Paylaşılmamış xatirələr
90 yaşlılar həyatlarının çox detallarını unutduqlarından şikayətlənirlər. Lakin etiraf edirlər ki, 20 il əvvəl onları xatırlayırlar, amma uşaqlarına və nəvələrinə danışmayıblar. Bu, paylaşmalı olduqları itirilmiş təcrübədir.
"Nəvələrim mənim kim olduğumu bilmir. Onlar məni nənə kimi tanıyırlar, amma mənim macəralarımı, çətinliklərimi, necə onların babası ilə tanış olduğumu, onların doğulmasından əvvəl həyatın necə olduğunu bilmirlər", deyə bir qadın göz yaşları ilə etiraf edib.
Bağışlanmamış incikliklər
Bu, 90 yaşlıların ən böyük emosional yükünü daşıyan şeylərdən biridir. Braunun sorğuladığı yaşlılar illər əvvəl küsülü olduqları qardaşlar, bacılar, uşaqlar və uzun illər əvvəl dostlarını xatırlayıblar.
"Mən qardaşımla iyirmi ildir danışmıram. Biz niyə küsülmüşdük, hətta xatırlamıram", deyə bir qadın söyləyib.(qaynarinfo)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1004 Tarix: 05 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrAvtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?
Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını
11 oktyabr"Köhnə ruh" olduğunuzu göstərən 5 rəng - Siz hansını geyinirsiniz?
Vintage üslubu mahiyyət etibarilə zamanla münasibətdir. Bu üslub boğuq rəng palitrasının estetikasından daha böyük məna daşıyır. Bu üsluba maraq göstərən insanlar sadəcə köhnə geyimlərlə maraqlanmırlar. Onları keçmişə aid bəzi əşyaların müasir trendlərdən daha əhəmiyyətli görünən keyfiyyət, dərinli
12 oktyabrWi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər
Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni
11 oktyabrYaş saçla yatmayın: Bu riski artıra bilər
Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş
4 oktyabr"50 qəpik"də maşın yuyanların diqqətinə
Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara
11 oktyabrAzərbaycanda ən gənc müəllimin neçə yaşı var?
2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib
4 oktyabrHavasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın
İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav
11 oktyabrTurşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara
11 oktyabr